Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransa və Qrenlandiya nadir minerallarla bağlı niyyət bəyannaməsi imzalayıb

Fransa və Qrenlandiya nadir minerallarla bağlı niyyət bəyannaməsi imzalayıb

20.05.2026 [20:17]

Fransanın xarici ticarət və investisiya cəlbediciliyi üzrə naziri Nikola Forissye Nuuk şəhərində Fransa ilə Qrenlandiya arasında nadir minerallar və metallar sahəsində niyyət bəyannaməsinin imzalandığını elan edib.

AZƏRTAC xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsində paylaşımında bildirib. Qeyd edib ki, sənəd Qrenlandiyanın nümayəndəsi Mute Bourup Egedenin iştirakı ilə imzalanıb. Forissyenin sözlərinə görə, bu sənəd Avropanın enerji və sənaye gələcəyi üçün strateji tərəfdaşlıq xarakteri daşıyır.

Qrenlandiyaya səfəri çərçivəsində Nikola Forissye bu ölkənin Baş naziri Yens-Frederik Nielsen ilə də görüşüb. Görüş zamanı iqtisadi inkişaf, elmi araşdırmalar və Avropa əməkdaşlığı məsələləri müzakirə olunub.

Nazirin sözlərinə görə, tərəflər Fransa ilə Qrenlandiya arasında xüsusilə sənaye və elmi sahələrdə ortaq perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30