Qazaxıstandan neft tədarükünün dayandırılması Rumıniyada yanacaq böhranı riski yaradıb
23.07.2026 [23:38]
Rumıniyanın milli xəbər agentliyi “AGERPRES” xəbər verir ki, Qazaxıstandan xam neft tədarükünün dayandırılması ölkədə yanacaq bazarında ciddi problemlər yarada bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadi ekspert Adrian Neqresku bildirib.
Ekspertin sözlərinə görə, Rumıniyanın idxal etdiyi xam neftin təxminən 63 faizi Qazaxıstanın payına düşür. Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Novorossiysk terminalına neft nəqlinin dayandırılması Rumıniyanın yanacaq təminatına və bazardakı qiymətlərə birbaşa təsir göstərə bilər.
Adrian Neqresku qeyd edib ki, CPC sistemi Qazaxıstanın əsas neft ixrac marşrutudur. Təxminən 1500 kilometr uzunluğunda olan boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Novorossiysk limanı ilə birləşdirir və ölkənin ixrac etdiyi neftin böyük hissəsi bu marşrut vasitəsilə dünya bazarına çıxarılır.
Ekspert vurğulayıb ki, Rumıniyanın Petromidia və Petrobrazi neft emalı zavodları əsasən Qazaxıstan nefti ilə işləyir. Buna görə də tədarükün uzun müddət dayanması emal müəssisələrinin fəaliyyətinə, yanacaq bazarında təklifin azalmasına və benzinlə dizel yanacağının qiymətlərinin artmasına səbəb ola bilər.
A.Neqreskunun fikrincə, vəziyyət qısa müddətdə həll edilməzsə, Rumıniya alternativ xam neft mənbələrinin cəlb olunması istiqamətində təcili tədbirlər görməli olacaq. O hesab edir ki, enerji təhlükəsizliyinin təmin edilməsi hazırkı şəraitdə ölkənin əsas prioritetlərindən biri olmalıdır.
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

