Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yunanıstan İsraildən 3,5 milyard avroluq hava hücumundan müdafiə sistemi alacaq

Yunanıstan İsraildən 3,5 milyard avroluq hava hücumundan müdafiə sistemi alacaq

23.07.2026 [23:10]

Yunanıstan İsraildən təxminən 3,5 milyard avro dəyərində yeni hava hücumundan müdafiə sistemi alacaq.

AZƏRTAC xəbər verir ki, Yunanıstan mətbuatının məlumatına görə, ölkənin Xarici İşlər və Müdafiə Şurasının (KYSEA) bu müqaviləni yaxın vaxtlarda təsdiqləməsi gözlənilir.

Bildirilir ki, “Axilles qalxanı” adlandırılan sistem ballistik və qanadlı raketlərə, pilotsuz uçuş aparatlarına, döyüş təyyarələrinə və digər hava təhdidlərinə qarşı çoxqatlı müdafiə təmin edəcək. Yeni kompleks İsrailin qabaqcıl müdafiə texnologiyaları əsasında qurulacaq və Yunanıstanın mövcud hava hücumundan müdafiə şəbəkəsinə inteqrasiya olunacaq.

Qeyd edilir ki, bu layihə Yunanıstan Silahlı Qüvvələrinin genişmiqyaslı modernləşdirilməsi proqramının əsas hissəsidir. Afina hökuməti 2036-cı ilədək müdafiə sahəsinin inkişafına təxminən 28 milyard avro sərmayə yatırmağı planlaşdırır. Proqram çərçivəsində ABŞ-dən F-35 beşinci nəsil qırıcılarının, Fransa və İtaliyadan yeni freqatların, həmçinin müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının alınması da nəzərdə tutulur.

Hazırda Yunanıstanın hava hücumundan müdafiəsi əsasən ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri və sovet istehsalı S-300 sistemləri vasitəsilə təmin edilir. Yeni İsrail sistemi bu imkanları genişləndirərək ölkənin hava və raket hücumlarından müdafiəsini daha müasir və inteqrasiya olunmuş səviyyəyə çatdıracaq.

Yunanıstan NATO-da müdafiəyə ən çox vəsait ayıran ölkələrdən biri hesab olunur. Son illərdə Afina ilə Təl-Əviv arasında hərbi-texniki əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. İki ölkə hava hücumundan müdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə, kibertəhlükəsizlik və birgə hərbi təlimlər sahəsində əməkdaşlığı davam etdirir.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31