“Polis dövləti” və ya Birləşmiş Ştatların subyektiv “demokratiya” anlayışı
08.01.2015 [09:54]
İkili standartlar, irqi diskriminasiya, polis zorakılığı, vətəndaş-məmur ziddiyyətləri, kütləvi hüquq pozuntuları kimi neqativ hallar bu ölkədə həyəcan təbilini aktuallaşdırıb
XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar xüsusilə fərqlənir. Amma məsələ ondadır ki, bu dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunəsi ortaya çıxır. Bu kontekstdə bir neçə nümunəyə nəzər yetirmək məqbuldur.
“Demokratiya keşikçisi”nin antidemokratik mahiyyəti...
Bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Amerika Birləşmiş Ştatlarının (ABŞ) mövqe və siyasətində göstərir. Sirr deyil ki, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Amerika Birləşmiş Ştatlarının özündə çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi hallar mövcuddur. Xüsusilə də vətəndaşlara qarşı ayrı-seçkilik, hüquq pozuntuları “demokratiya”, “insan hüquqlarının qorunması” adı ilə pərdələnməkdədir.
Ümumiyyətlə, bu ölkədə QHT-lər və digər vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qalması, mediaya yönəlik repressiv siyasətin həyata keçirilməsi, sərbəst toplaşmaq və vicdan azadlıqlarının pozulması kimi faktlar ABŞ ictimai-siyasi mühitinin antidemokratik mahiyyətini göstərir. Bu ölkə mətbuatı da ictimai fəallara və media nümayəndələrinə qarşı təqib və repressiya hallarının fonunda daha bir problemi gündəmə gətirib. Belə ki, ABŞ-ın CBS telekanalının sabiq aparıcısı Şeril Attkisson ölkənin Ədliyyə Nazirliyini məhkəməyə verib. Jurnalistin sözlərinə görə, buna səbəb nazirliyin onun kompüterinə haker hücumları təşkil etməsidir. Teleparıcı 3 müstəqil ekspertizaya əsaslanaraq iddia edir ki, hakerlər 2011-2013-cü illərdə onun işini gizlicə izləyiblər və bu barədə əsaslı sübutlar var.
Son hadisələr isə deməyə əsas verir ki, ABŞ-da irqi zəmində müşahidə olunan diskriminasiya halları pik nöqtəyə çatıb. Hazırda Birləşmiş Ştatlarda irqi diskriminasiyanın müxtəlif formalarına istər qaradərililər, istərsə də latın amerikalılar, asiyalılar, Yaxın Şərq, Cənubi Asiya regionlarından olan miqrantlar, onların övladları məruz qalmaqdadır.
Ümumiyyətlə, Birləşmiş Ştatlar öz vətəndaşlarının hüquq və azadlıqlarına münasibətdə atdığı addımlarla - sərgilədiyi mövqe ilə “polis dövləti” imici formalaşdırıb. Ferquson hadisələri ABŞ-ın hüquq-mühafizə orqanları, hüquq sisteminin irqi ayrı-seçkilik əsasında fəaliyyət göstərdiyi reallığını bir daha əks etdirdi. Yeri gəlmişkən, bu yaxınlarda hüquq-mühafizə orqanlarının daha bir insidenti qeydə alınıb. Arizona ştatında polis astma xəstəliyindən əziyyət çəkən qızı boğub. Bundan öncə isə həmin ştatda polis 34 yaşlı Afrika mənşəli yerli vətəndaşı güllələyib. Bütün bu hadisələrin fonunda ABŞ-ın bir çox şəhərində keçirilən etiraz aksiyaları davam edir. Qeyd edək ki, ötən ilin avqust ayında afroamerikalı gənc Maykl Braunu güllələyən Darren Uilson adlı polis məhkəmənin qərarı ilə həbsdən azad edildikdən sonra aksiyalar yeni vüsət alıb. Nyu-Yorkda qaradərili Erik Qarneri boğaraq öldürən polis Deniel Pantaleo haqda da analoji qərar verilib. Buna etiraz olaraq Nyu-Yorkda minlərlə insan küçələrə çıxıb. Manhetten körpüsündə nəqliyyatın hərəkəti bir neçə dəfə dayandırılıb, polis xeyli aksiya iştirakçısını həbs edib. Vaşinqton, Boston, Çikaqo və Pittsburq şəhərlərində güclü etiraz aksiyaları keçirilib. Bunun ardınca isə ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində polis 18 yaşlı Antonio Martini güllələyib. Bundan başqa, yanvarın 4-də San-Fransisko polisinin atəş açması nəticəsində ağır yaralar alan şəxs ölüb.
ABŞ dünyaya sırımağa çalışdığı “demokratiya dərsləri”ndən niyə özü yararlanmır?
Nəticə etibarilə, özünü dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edən ABŞ-ın öz vətəndaşlarının hüquq və azadlıqlarına münasibəti aydın görünür. Birləşmiş Ştatlar sosial-iqtisadi və hüquqi məsələlərlə etiraza qalxan vətəndaşlara münasibətdə repressiv metodlardan yararlanmaqda və etiraz aksiyalarını aradan qaldırmaq üçün vətəndaşlara qarşı ən müxtəlif təzyiq üsullarına istinad etməkdədir.
Özlərinin sosial haqlarını ifadə və tələb etmək üçün dinc nümayişlər təşkil edən şəxslərə xəsarət yetirilməsi, kütləvi həbslərin həyata keçirilməsi və digər bu kimi zorakı vasitələrdən istifadə olunması birmənalı şəkildə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması deməkdir. Əgər sosial və hüquqi məsələlərdən qaynaqlanan nümayişlər ictimai asayişin pozulmasını, siyasi təxribatların meydana çıxmasını şərtləndirmirsə, bu zaman bu cür metodlara istinad edilməsi qanunla müəyyən olunmuş qayda və normaların, eləcə də hüquq və azadlıqların pozulmasına dəlalət edir. Belə olan halda, demokratik siyasi sistemə malik olduğunu bildirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan ABŞ hansı haqla və ya əsasla demokratik dəyərlərdən və insan hüquqlarından bəhs edir. Sual olunur: müxtəlif ölkələrdə demokratiyanın vəziyyəti ilə bağlı ən müxtəlif iradlar səsləndirən ABŞ-ın özündə baş verənlər ikili standartlara, sosial ədalətsizliyə dəlalət etmirmi? Və yaxud ABŞ dünyaya sırımağa çalışdığı “demokratiya dərsləri”ndən özü niyə yararlanmır?
ABŞ-da vətəndaşlar dövlətə etibar etmirlər
Beləliklə, bütün bunların qanunauyğun nəticəsi kimi, ABŞ-da vətəndaşlar hakimiyyətə etibar etmirlər. Aparılan sosioloji sorğuların nəticəsi bunu göstərir ki, irqi diskriminasiya zəminində baş verən sonuncu hadisələr - insan hüquqlarının kütləvi şəkildə pozulması halları vətəndaşların dövlətə etimadını xeyli dərəcədə azaldıb və faktiki olaraq sıravi insanlarla siyasi xadimlər arasında dərin uçurum meydana gəlib. Bəzi ekspertlər bunu qeyri-rəsmi ictimai-siyasi böhran kimi xarakterizə edirlər. Məhz Birləşmiş Ştatlar mətbuatı da bu vəziyyəti olduqca təhlükəli tendensiya kimi dəyərləndirir. Xüsusilə də, insanlar ölkələrinin daxili və xarici siyasətini kəskin tənqid və qınaq obyektinə çevirirlər. Hətta iş o yerə çatıb ki, vətəndaş itaətsizliyi yaranıb, insanlar hüquq-mühafizə orqanları ilə, polislə açıq qarşıdurmaya getməkdən də çəkinmirlər. Bir müddət öncə ABŞ-da 2 polis nəfərinin qətlə yetirilməsi ekspertlər tərəfindən vətəndaş itaətsizliyi və dövlətsizlik sindromu kimi səciyyələndirilir.
Beləliklə, ikili standartlar, irqi diskriminasiya, polis zorakılığı, vətəndaş-məmur ziddiyyətləri kimi neqativ hallar ABŞ-da həyəcan təbilini aktuallaşdırıb. Bu ölkə daxili sabitlik baxımından qeyri-müəyyən gələcəyə doğru irəliləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

