Serj Sarkisyan Ermənistanı marionet dövlətə çevirib
20.12.2016 [10:19]
Ekspertlərin fikrincə, indi bu ölkəni nəinki beynəlxalq arenada, heç MDB-də belə hesaba alan yoxdur
Serj Sarkisyan hakimiyyətinin ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçuruma sürükləməkdədir. İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşməkdədir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. Ölkənin xarici borclarının 6 milyard ABŞ dollarına çatması belə hakimiyyəti heç narahat etmir. Yerli ekspertlərin sözlərinə görə, son iki ildə Serj Sarkisyanın başı öz hakimiyyətinin ömrünü uzatmaq məsələlərinə qarışması səbəbindən ölkə iqtisadiyyatı sürətlə tənəzzülə doğru istiqamət götürüb. Hələ bu azmış kimi ölkənin beynəlxalq nüfuzu da getdikcə aşağı enməkdədir. İndi bu ölkəni nəinki beynəlxalq arenada, heç MDB-də belə hesaba alan yoxdur.
Ermənistanın populyar internet resurslarından olan “Lragir.am” saytı yazır ki, Serj Sarkisyanın prezidentlik dövrü Ermənistanın müstəqilliyinin itirilməsi ilə nəticələnib və indi bu ölkə beynəlxalq arenada, o cümlədən postsovet məkanında marionet dövlət imici qazanmaqdadır. Saytın yazdığına görə, əgər belə olmasaydı, Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katiblik postuna oturması üçün iki il vaxt gözləməli olmazdı. Halbuki, bu vəzifə üzv ölkələrin birindən digərinə rotasiya qaydasında keçir və quruma sədrlik edən ölkənin təmsilçisi, adətən, təşkilatın baş katibi təyin edilir. Yerli analitiklərin fikrincə, bu, hər şeydən əvvəl Ermənistan rəhbərliyinin getdikcə öz nüfuzunu itirməsi ilə bağlıdır.
Saytın yazdığına görə, Ermənistan nümayəndəsi rotasiya qaydasında hələ 2015-ci ildə KTMT-nin baş katibi vəzifəsini tutmalı idi. Lakin, qəribə də olsa, indiyədək bu baş verməyib. Hətta oktyabr ayında Yerevanda keçirilən KTMT-nin sammitində belə ev sahibi ölkəyə hörmətsizlik edilib. Məsələyə münasibət bildirən xarici işlər nazirinin müavini Şavarş Koçaryan “Lragir.am” saytına müsahibəsində Ermənistanın baş katiblik postu tutmasında tərəflər arasında konsensusa gəlinmədiyini vurğulayıb. O, hansı ölkənin bu məsələdə Ermənistanın əleyhinə olmasını və ya bitərəf qalmasını söyləməkdən yayınıb. Eyni zamanda, ümidlərini də itirmədiklərini bildirib. Dekabrın sonunda Sank-Peterburqda keçiriləcək təşkilatın növbəti sammitində bu məsələni yenidən gündəmə gətirəcəklərini söyləyib.
Yerli analitiklər isə fərqli düşünürlər. Belə ki, hazırda təşkilata Belarus sədrlik edir. Baş katib vəzifəsi isə əlifba sırasına uyğun olaraq rotasiya edilir. Bu isə o deməkdir ki, Ermənistan bu arzusunun reallaşması üçün hələ bir neçə il də gözləməli olacaq. Ekspertlər belə hesab edirlər ki, həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqında Ermənistanın təmsil olunması yalnız simvolik xarakter daşıyır. Çünki Serj Sarkisyanın bir dövlət başçısı kimi nüfuzu postsovet məkanında çox aşağıdır və onun yürütdüyü daxili və xarici siyasətin ölkəni hansı vəziyyətə düşürdüyü hər kəsə bəllidir. Sadəcə, görüntü naminə, say çoxluğu olsun deyə, Ermənistanı bu kimi birliklərə daxil edirlər.
“Lragir.am” saytı yazır ki, iki il əvvəl də Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmasını Serj Sarkisyan hakimiyyəti xalqa “bəh-bəh”lə təbliğ edirdi. Amma aylar keçdikcə bunun tam əksi baş verdi. Məlum oldu ki, sən demə, Aİİ-yə daxil olması Ermənistan üçün yalnız mənfi göstəriciləri ilə yaddaqalan olub. Odur ki, indi yerli KİV-lər Ermənistanın Aİİ-ni tərk etməsi məsələsini daha çox qabardırlar.
Belə ki, bunun bir neçə əsas səbəb var. Əvvəla, Avrasiya İqtisadi İttifaqına daxil olduqdan ötən iki il ərzində Ermənistanda ÜDM 2014-cü ildəki səviyyədən təqribən 10 faiz aşağı enib. Bundan əlavə, ölkənin xarici ticarət dövriyyəsində də geriləmə qeydə alınıb - idxal 20 faiz, ixrac isə 5 faiz azalıb. Hətta Ermənistanın ən böyük iqtisadi tərəfdaşı olan Rusiya ilə olan ticarət dövriyyəsinin həcmi də təqribən 15 faiz aşağı düşüb. Bunun qarşılığında isə Ermənistanın xarici borcu xeyli yüksəlib. Əgər 2014-cü ilin yanvarında Ermənistanın xarici borclarının həcmi 4,4 milyard dollar təşkil edirdisə, 2016-cı ilin sonunda bu rəqəm təqribən 45 faiz artaraq 6 milyard ABŞ dolları həddinə yaxınlaşıb.
Bütün bunlar isə Serj Sarkisyanın hakimiyyətinin yarıtmaz fəaliyyətinin nəticəsidir.
Saytın yazdığına görə, indi Serj Sarkisyanın başı öz hakimiyyətinin ömrünü uzatmaq məsələlərinə qarışması səbəbindən ölkə iqtisadiyyatı sürətlə tənəzzülə doğru istiqamət götürüb, eyni zamanda, onun beynəlxalq nüfuzuna ciddi zərbə vurulub. Başqa sözlə, Serj Sarkisyanın sərgilədiyi iqtisadi siyasət Ermənistanı artıq borc bataqlığına sürükləyib, xarici siyasəti isə iflasa uğrayıb.
Yerli ekspertlər belə hesab edirlər ki, bütün bunlar Serj Sarkisyan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Belə ki, qarşıdan parlament seçkiləri gəlir. Əgər hakimiyyətdən narazı siyasi qüvvələr vahid cəbhədə birləşərlərsə, bu seçkilər ölkənin gələcək taleyini dəyişə, eləcə də hakimiyyəti uzun illərdən bəri zəbt etmiş Serj Sarkisyan rejiminin sonunu yaxınlaşdıra bilər. Maraqlıdır, aprel ayında Ermənistanda nə baş verəcək? Böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda sadə vətəndaşlar, görəsən, yenə də Serj Sarkisyan, eləcə də onun kriminal rejiminə belə boyun əyəcəklər? Bəs ölkə müxalifəti necə - Serj Sarkisyanın ötən on il boyunca öz xalqına tutduğu divanı ona belə asanlıqla bağışlayacaqlarmı? Bunu zaman göstərəcək...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46

