İşğalçı Ermənistanda gərginlik pik həddinə çatıb
09.01.2018 [10:21]
Müxalifət Sarkisyan rejiminə qarşı ümumxalq itaətsizliyi aksiyalarına başlayacaq
2017-cı il işğalçı Ermənistanda uzun müddətdir hökm sürən iqtisadi böhranın daha da dərinləşməsi ilə yadda qaldı. Bu da səbəbsiz deyil. Belə ki, həyata keçirilən işğalçılıq siyasəti ucbatından bütün regional layihələrdən kənar qalan bu ölkədə əsasən də sənaye və kənd təsərrüfatı sahələri çöküb. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, iqtisadi geriləmə biznes mühitini də çökdürüb. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən 9-u pis yaşamağa başlayıb.
Bütün bunların fonunda Ermənistanı 2018-ci ildə daha da ağır dövr gözləyir. Bu cür durumun meydana çıxardığı iqtisadi problemlər isə işğalçı ölkədə etirazlarla nəticələnəcək. Bu proqnozla “İrs” partiyasının sədr müavini Armen Martirosyan çıxış edib. Martirosyan yerli televiziyaya müsahibəsində deyib ki, 2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır. Bunun qarşısını almaq üçün hökumətin strateji planı yoxdur. Armen Martirosyan bu il də Ermənistan iqtisadiyyatının inkişafının 0-a enəcəyini bildirib. Onun sözlərinə görə, hazırkı rejimin hakimiyyətdə olduğu dövr ölkəni ancaq məhvə aparıb. Son 10 ildə 300 mindən çox vətəndaş və ya əhalinin 10 faizi ölkəni birdəfəlik tərk edib. Yoxsulluq həddində yaşayan vətəndaşların sayı isə 30 faizə qədər yüksəlib. Xarici borc dörd dəfə artaraq ÜDM-in 60 faizi səviyyəsinə - ən təhlükəli həddə çatıb.
Armen Martirosyan ölkədəki siyasi vəziyyətə də diqqəti çəkib. Bildirib ki, hökumət ona qarşı çıxan fəalları “Sasna Srer” hərəkatı adı altında həbs edib. Ona görə də “İrs” partiyası meydanda tək qalıb. Lakin buna baxmayaraq, aktiv mitinqləri bərpa etmək iqtidarındadırlar. Martirosyan bütün təzyiqlərə rəğmən mart-aprel aylarından etibarən yenidən ümumxalq itaətsizliyi aksiyalarına başlayacaqlarını bəyan edib.
Məlumat üçün bildirək ki, sosial-iqtisadi böhranın nəticəsi olaraq Ermənistanda bu ilin dövlət büdcəsində təqaüd, müavinət və ya əməkhaqqının artırılması nəzərdə tutulmur. Bu da vətəndaşların haqlı narazılığına səbəb olub. Təqaüdçülər deyirlər ki, ölkədə vəziyyət onsuz da ağırdır. Gənclər Ermənistanı tərk edib xaricə getməyə üstünlük verirlər. Ölkə yaşlıların ümidinə qalıb. Onların isə qayğıları ilə maraqlanan yoxdur. İqtisadçı Qaqik Makaryanın sözlərinə görə, vətəndaşların etirazları gözləniləndir. Çünki ölkədə əməkhaqları və təqaüdlər ildən-ilə artan kommunal xidmətlər və ərzaq məhsullarına adekvat deyil. Yaxın bir ildə də Ermənistanda təqaüd və maaşlar deyil, vergilər və malların qiyməti artacaq. Hökumət 2018-ci ildə növbəti inflyasiya dalğasını da proqnozlaşdırır. Deməli, ölkədə hökm sürən ağır sosial-iqtisadi vəziyyət bir qədər də dərinləşəcək. Maliyyə naziri Vardan Aramyan isə təqaüd və maaşlarda artımın olmamasını büdcədə vəsait çatışmazlığı ilə əlaqələndirib. Hökumət nümayəndələrinin bədbin açıqlamaları təqaüdçülərin etirazına səbəb olub. Bu ölkədə vətəndaşları bir sual maraqlandırır: Ölkə əhalisi ildən-ilə geriləyən büdcədən nə vaxta kimi əziyyət çəkəcək? Etirazçılar deyirlər ki, onlar Ermənistanda yaxşı gələcəkdən məhrumdurlar və ömürlərini səfalət içində başa vuracaqlar.
“Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanı quldur dəstəsi idarə edir”. Bu fikri isə erməni mətbuatına iş adamı Levon Markos deyib. Ermənistan hakimiyyəti tərəfindən aldadılan biznesmen xaricdə yaşayan erməniləri Sarkisyanın hiylələrinə uymamaq üçün ayıq-sayıq olmağa çağırıb. İş adamı Levon Markos Serj Sarkisyana açıq məktub da ünvanlayıb. Məktubda Ermənistan hakimiyyətinin onun əmlakını əlindən almasından bəhs edilir. O, Ermənistan iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb. Bu vəsait mənimsənilib, iş adamı isə beynəlxalq axtarışa verilib. Levon Markos qeyd edib ki, vaxtilə Serj Sarkisyana inanıb və Ermənistan iqtisadiyyatına böyük məbləğdə vəsait qoymaq qərarına gəlib. Bu məqsədlə o, xaricdəki bəzi perspektivli və rəqabət qabiliyyətli layihələrini dayandırıb: “Sizin vədlərinizə inanaraq, bir neçə müflisləşmiş müəssisəni aldım. Bu, Ermənistanın iqtisadi inkişafına ciddi impuls verə bilərdi. Lakin sonradan iş getmədi. Heç bir konkretlik yox idi - yalnız sabun köpüyü və boş sözlər”.
İş adamı qeyd edir ki, Ermənistan iqtisadiyyatına vəsat yatırmaqla böyük məbləğdə zərərə uğrayıb. Markosun sözlərinə görə, bu gün ona müraciət edən bir çox həmvətənləri də ürək ağrısı ilə Ermənistanda törədilən qanunsuzluqlardan və özbaşınalıqdan danışırlar. Sarkisyanın qurduğu korrupsion-quldur sistem isə öz qara işlərini davam etdirməkdədir. Son illərdə bu komanda 34 iri erməni iş adamını talayıb. Ona görə də kimsənin bu quldur dəstəsinə inamı qalmayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31

