Ermənistanda xalq hərbi xuntanı devirdi
25.04.2018 [08:58]
Apardığı işğalçı siyasətə görə Ermənistanı bütün regional və beynəlxalq layihələrdən kənarda qoyan Sarkisyan rejimi qovuldu
Ermənistanda aprelin 13-dən başlayan etiraz mitinqləri baş nazir Serj Sarkisyanın istefası ilə nəticələndi. Belə ki, aprelin 17-də Ermənistan parlamentinin Serj Sarkisyanı baş nazir “seçməsinin” ardından daha da güclənən etiraz aksiyaları qısa zaman kəsiyində bütün ölkəni bürüdü. Belə demək mümkündürsə, Sarkisyan rejimindən cana doymuş ermənilər hərbi xuntanın öz hakimiyyətinin ömrünü uzatması cəhdinin qarşısını aldılar. Nəticədə, etirazçıların təkidi ilə Sarkisyanın baş nazirlik sevdası yarımçıq qaldı. Baş nazir vəzifəsinin müvəqqəti icrası isə baş nazirin birinci müavini Karen Karapetyana həvalə olundu.
Vurğulayaq ki, Ermənistan prezidenti Armen Sarkisyan artıq hökumətin istefasını qəbul edib. Etirazçıların lideri Nikol Paşinyan isə Serj Sarkisyanın istefası ilə kifayətlənmədiklərini dilə gətirib. O bildirib ki, Ermənistanda yeni parlament seçkiləri keçirilməlidir. Paşinyanın sözlərinə görə, baş nazir Serj Sarkisyan vəzifəsindən istefa verdikdən sonra gündəmdə bir sıra məsələlər var. Bu sırada isə ilk addım parlamentin istefaya getməsi və yeni parlament seçkilərinin keçirilməsidir.
Erməni xalqı ölkəni öz biznesinə çevirən mafioz klandan canını qurtardı
Beləliklə, Ermənistanda baş verənlər Sarkisyan rejiminin - hərbi xuntanın həyata keçirdiyi siyasətin məntiqi sonluğu sayıla bilər. Serj Sarkisyan illərdir ki, rəhbərlik etdiyi klan vasitəsilə Ermənistanın bütün resurslarını istismar edib, sistemli korrupsiya maşını yaradaraq xarici diasporun göndərdiyi ianələri belə mənimsəyib. Bu gün Ermənistanda iqtisadi vəziyyət acınacaqlı haldadır. Ölkə iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada çöküş hiss olunmasun. İllik gəlirlər isə ildən-ilə azalmaqdadır. Uzun illərdir ki, Ermənistan hakimiyyəti rəsmi şəkildə heç bir iqtisadi inkişaf proqnozlaşdırmaq iqtidarında deyil. Bu isə Ermənistanda cinayətkarlığın sayının xeyli artmasına zəmin yaradıb. İqtisadi durumun pis olması bu ölkədə insanların istər ərzaq təminatında, istərsə də sağlamlıqla bağlı böyük problem yaradıb. Bundan başqa, Rusiyaya və digər ölkələrə miqrasiya edən ermənilərin sayı da ildən-ilə artmaqdadır. Bu faktlar ölkədə vətəndaşların acınacaqlı vəziyyətini açıq şəkildə izah edir. Bununla yanaşı, bu ölkədə, demək olar ki, hər iki aydan bir enerji tariflərinin artması müşahidə olunur və yerli kənd təsərrüfatı məhsullarının satışı çox aşağı səviyyədədir. İşsizlik problemi isə həddindən artıq böyükdür və ildən-ilə işsiz insanların sayı artmaqdadır. Yaradılan azsaylı iş yerlərində isə Sarkisyan komandasına daxil olan məmur-oliqarxların qohumları çalışırlar.
Hərbi xunta ötən 20 il ərzində Dağlıq Qarabağ kartı ilə erməniləri aldatdı
Məhz bu faktlar bir daha göstərir ki, Ermənistanın bir dövlət kimi varlığı sual altındadır. Dövlətini idarə edə bilməyən, bütün strateji obyektlərini “investisiya” adı altında xarici ölkələrin şirkətlərinə satan Serj Sarkisyan komandası apardığı işğalçı siyasətin məngənəsində boğulmaqdadır. Apardığı işğalçı siyasətə görə bölgədə reallaşan bütün qlobal və regional layihələrdən kənarda qalan, Cənubi Qafqaz regionunun ümumi inkişaf tempindən aşağı səviyyədə olan Ermənistanın iqtisadiyyatı artıq son nəfəsini vermək üzrədir. Görünən isə budur ki, erməni xalqı aparılan yanlış siyasətin - işğalçılıq və özünütəcrid siyasətinin zərərlərini hiss edir və yaşayır. Azərbaycanın artan iqtisadiyyatının, güclənən ordusunun fonunda Ermənistanın düşdüyü acınacaqlı durum bir çox mətləblərdən xəbər verir. Belə ki, artıq Ermənistan tərəfi Dağlıq Qarabağ kartı ilə hər hansı bir manevr imkanına malik deyil. Həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən Azərbaycandan dəfələrlə geri qalan işğalçı Ermənistan artıq özünü “qalib” kimi təqdim edə bilmir. 2016-cı ilin aprel döyüşlərində uğradığı ağır məğlubiyyət bütün reallıqları çılpaqlığı ilə ortaya çıxarıb. Sarkisyanın illərdir ki, arxasına sığınaraq erməniləri aldatdığı bəhanəsi də əlindən çıxıb. Bundan başqa, Ermənistanın “özünün dostu” elan etdiyi ölkələrin də Azərbaycanla yaxın münasibətlər qurması artıq Sarkisyanın yalanlarının ifşasını gerçəkləşdirən amil kimi çıxış edir.
Xocalı qatili Serj Sarkisyan məhkəmə qarşısında cavab verməlidir
Beləliklə, xalqın etirazı nəticəsində artıq istefaya göndərilən Serj Sarkisyanın etdiyi cinayətlər sayagəlməzdir. Azərbaycan torpaqlarının işğalı zamanı erməni qoşunlarına rəhbərlik edən Sarkisyan XX əsrin ən böyük hərbi cinayətlərindən sayılan, yüzlərlə dinc insanın qətlə yetirildiyi Xocalı soyqırımının təşkilatçılarından və iştirakçılarından biridir. Eləcə də Sarkisyan 2008-ci ildə Ermənistanda ona etiraz edən kütləni gülləbaran etməklə dinc etirazçıların da qətlində günahkar sayılır. Bu mənada, onun ədalət məhkəməsi qarşısında cavab verməli olması yenidən aktuallıq qazanır. Və Azərbaycan dövləti Sarkisyanın hərbi tribunal qarşısında cavab verməsi üçün əlindən gələni edəcək...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

