Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qırğızıstanda eks-prezident Akayevin cinayət təqibinə xitam verilib

Qırğızıstanda eks-prezident Akayevin cinayət təqibinə xitam verilib

20.12.2021 [11:00]

Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayevdən Kumtor qızıl mədəni ətrafında korrupsiya ittihamları geri götürülüb. yeniazerbaycan.com-un Qırğızıstanın “kabarlar.org” saytına istinadən verdiyi xəbərə görə, dindirilmələr başa çatıb, Ə.Akayev dünən Moskvaya qayıdıb. Araşdırma zamanı Akayevin "Centerra"da səhmlərinin olmadığı, "Kumtor"dan gəlir əldə etmədiyi müəyyən edilib.

Qeyd edək ki, 2005-ci ildə ölkədə hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk edən Ə.Akayev bu ilin avqustun 2-də Bişkekə gəlib. “Kumtor” qızıl mədəninə dair iş üzrə respublikanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsində (DMTK) dindirildikdən sonra o, sərbəst buraxılıb. Bir həftə sonra Akayev Moskvaya qayıdıb.

Xatırladaq ki, dekabrın 14-də Akayev DMTK-də dindirilmədə iştirak etmək üçün Bişkekə gəlmişdi.

Paylaş
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31