Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avstraliyadakı fəlakətdə ölən uşaqların sayı 6-ya çatıb

Avstraliyadakı fəlakətdə ölən uşaqların sayı 6-ya çatıb

20.12.2021 [16:51]

Avstraliyanın Tasmaniya əyalətində ibtidai məktəbdə açıq havada keçirilən əyləncə böyük faciəyə səbəb olub. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, dəhşətli hadisədə məktəb bağçasında qurulan hava ilə doldurulan “qala”da əylənərkən baş verən güclü külək nəticəsində həyatını itirən uşaqların sayı 6-ya çatıb.

Küləyin havaya qaldırıldığı “qala”da 10 metr hündürlükdən yıxılan 9 uşaqdan 5-i həlak olub. Xəstəxanada müalicə olunan 11 yaşlı uşağın da həyatını itirməsi ilə ölənlərin sayı 6-ya çatıb. Müalicəsi davam edən iki uşağın səhhətinin vəziyyəti ağırdır.

Polis ibtidai siniflərdə tədrisin son günündə keçirilən tədbirdə 40 uşaq, o cümlədən çoxlu müəllim və valideynin iştirak etdiyini bildirib.

30 mindən az əhalisi olan sahilyanı Devonport şəhərində baş verən qəza Avstraliya ictimaiyyətini şoka salıb.

 

Paylaş
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31