“Molla Pənah Vaqif” biblioqrafiyası çap edilib
06.01.2018 [10:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 15 yanvar tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Molla Pənah Vaqif” adlı 438 səhifədən ibarət sanballı biblioqrafiya hazırlayaraq çap edib. Molla Pənah Vaqifin adının YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustadının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.
XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair, mütəfəkkir, ictimai-siyasi xadim Molla Pənah Vaqif haqqında hazırlanmış bu göstərici şair haqqında işıq üzü görən ilk biblioqrafiyadır. Biblioqrafik göstərici şairin ədəbi və ictimai fəaliyyətini əks etdirən 1856-2017-ci illərdə dərc olunmuş materiallar əsasında tərtib edilib.
“Molla Pənah Vaqif” biblioqrafiyası 5 hissədən - “Əsərləri”, “Həyat və yaradıcılığı haqqında”, “Rus dilində”, “Digər dillərdə” və “Köməkçi göstərici”dən ibarətdir.
Vəsaitdə yer alan bölmələrdə və yarımbölmələrdə materiallar xronoloji ardıcıllıqla, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılıb. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər tərtib edilib.
“Molla Pənah Vaqif” biblioqrafiyasını tərtib edənlər Milli Kitabxananın əməkdaşları Mədinə Vəliyeva, Mətanət İbrahimova və Gülbahar Misirova, elmi redaktoru professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, redaktoru Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır. “Molla Pənah Vaqif” biblioqrafiyası hazırlanarkən arxiv materiallarından və Milli Kitabxananın zəngin fondundan istifadə edilib.
Biblioqrafiyada ön söz əvəzi akademik Nizami Cəfərovun “Xalqın böyük şairi” məqaləsi çap olunub.
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar tərtib edərək çap etdirdiyi bu biblioqrafiya şairə və bütövlükdə Azərbaycan mədəniyyətinə layiqli ərmağandır.
Ədilə Qocayeva
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

