Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Şair ruhlu qüdrətli hökmdar

Şair ruhlu qüdrətli hökmdar

16.07.2022 [10:14]

Dilimizi saraylara daşıyan adam - Şah İsmayıl Xətai

G.QABİLQIZI

Dərdi-hicrindən sənin hərgiz şikayət qılmazam,

Heç əlac etmən tələb, neyçün ki, dərmandır mana.

Yazımıza Şah İsmayıl Xətainin müəllifi olduğu anlamlı misralarla başlamağımızın öz mənası var. Söz yox ki, dahi şəxsiyyətlərdən ilin hər ayında, günündə yazmaq, onları xatırlamaq lazımdır. Ancaq bu gün şair ruhlu qüdrətli hökmdarın həyatından bəhs etməyimiz əbəs deyil. Çünki iyulun 17-si Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, Azərbaycan Türkünün qürur tarixinə imza atmış Şah İsmayıl Xətainin doğum günüdür. Xətai 535 il bundan əvvəl - 1487-ci ildə Ərdəbildə dünyaya göz açıb. O, yeganə türkdür ki, 14 yaşında hakimiyyətə gələrək yeni bir dövlətin əsasını qoyub. Şah İsmayıl Xətai məhz bu xüsusiyyətlərinə görə xalqımızın tarixində, yaddaşında özünəməxsus yer tutub.

Xətainin yaradıcılığı dövlətimizin, tarix və mədəniyyətimizin yaşadıcısıdır. Ümumiyyətlə, Azərbaycan tarixində elə şəxsiyyətlərin izləri var ki, onların adı çox böyük bir dövrü əhatə edir. Bu şəxsiyyətlər olmasaydı, bəlkə də onların yaşayıb-yaratdığı mühit həddən artıq kasıb görünərdi. Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixinə Şah İsmayıl Xətai kimi nəhəng şəxsiyyətin, söz-sənət adamının adı da həkk olunub. O, bir şair kimi Azərbaycan xalqının mənəviyyatının zənginləşməsində müstəsna rol oynayıb.

Milli ədəbiyyatımızın formalaşmasına, poeziya nümunələrinin ana dilimizdə yaranmasına Şah İsmayıl Xətai çox böyük dəstək verib. O, dilimizi xalq içindən çıxarıb yüksəklərə - saraya gətirib. Doğma Azərbaycan türkcəsini dövlət dili elan etdi. Şah İsmayıl əsrlər uzunu dövlət dili kimi gözləmə mövqeyində dayanan ana dilimizi öz layiq olduğu mərtəbəyə qaldırdı. Azərbaycan dili, tariximizin yaşaması kimi məsələlər Şah İsmayıl Xətai poeziyasının əsasını təşkil etdi. Xətainin özü ana dilimizdə şeir yazmaqla yanaşı, başqa şairləri də ana dilində yazıb-yaratmağa çağırırdı. Artıq onun dövründə Azərbaycan türkcəsində danışmaq, ədəbiyyat-poeziya nümunələri yaratmaq bir ənənəyə çevrildi. Xətai anadilli poeziyamızın bayraqdarlarından bir? kimi dilimizin yaşaması, gələcək nəsillərə ötürülməsi üçün böyük işlər görüb. Onun poeziyası çiyinlərində müqəddəs dilimizin şəhdi-şirəsini, gözəlliyini, əbədiliyini daşıyıb. Xətai poeziyasının mayası xalqımızın tarixi ilə, ana dilimizlə, aşıq yaradıcılığı ilə, sazla tutulub. Xətaişünaslar deyir ki, Şah İsmayıl Xətai anadilli poeziyanın beşiyi başında durmaqla böyük bir tarixi dünəndən bu günə ötürə bilib. Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra tariximizin, mədəniyyətimizin, milli təhsilimizin yeni səhifələri işlənib hazırlanıb. Bəllidir ki, onun dövründə anadilli mədrəsələr, təhsil müəssisələri fəaliyyətə başlayıb, yüzlərlə həmvətənimiz onun açdığı məktəblərdə təhsil alıb.

Həm qılınc, həm qələm...

Şah İsmayıl Xətai həm də qılıncı ilə Azərbaycan tarixində dərin iz qoymuş böyük şəxsiyyətdir. O, vahid Azərbaycan dövlətinin əsasını qoymuş, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmış, lirik və epik növlərdə gözəl əsərlər yaratmış hökmdar-şair olub. Şah İsmayıl Xətai Ərdəbildə məşhur təriqət başçısı Şeyx Səfiəddinin nəslindən olan Şeyx Heydərin ailəsində dünyaya göz açıb. Ana babası Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən idi. Babası öləndən sonra Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda savaş başlayıb. Atası Şeyx Heydər Şirvanşahlarla müharibədə öldürüləndən sonra anası Aləmşahbəyim və qardaşları ilə birlikdə İstəxr qalasına salınıb. İsmayıl həbsxanadan azad olunandan sonra Lahicanda görkəmli alim Şəmsəddin Lahicidən ərəb, fars dillərini öyrənib, müxtəlif elmlərə yiyələnib.

Hələ uşaq ikən saray çəkişmələri nəticəsində ailəsini itirən İsmayılın at çapmaqda, qılınc oynatmaqda, igidlikdə, məclislərdə söz deməkdə, sərkərdə kimi tayı-bərabəri yox imiş. O, hakimiyyət uğrunda mübarizəyə kiçik yaşlarında başlayıb, atasından və qardaşı Sultanəlidən sonra qızılbaşlar hərəkatına (başlarına 12 zolaqlı qırmızı çalma qoyduqları üçün onları qızılbaşlar adlandırırdılar) başçılıq edib. 1499-cu ilin avqustunda Lahicandan Ərdəbilə yola düşəndə cəmi 12 yaşı varmış. Şərurda Ağqoyunlu hök?darı Əlvənd Mirzəni məğlubiyyətə uğradandan sonra Təbrizdə özünü şah elan edib. Azərbaycan Səfəvilər Dövlətinin əsası belə qoyulub.

Şah İsmayıl hərbi yürüşlərini uğurla davam etdirib. Azərbaycan dövlətinin sərhədlərini xeyli genişləndirib. Lakin qüdrətləndikcə, Osmanlı İmperiyası ilə münasibətləri kəskinləşib. İki türk dövləti arasında yaranmış gərginlik 1514-cü ilin avqustunda Çaldıran düzündə qanlı döyüşlə nəticələnib. Şah İsmayıl məğlubiyyətin acısını ilk dəfə Çaldıranda dadıb.

Deyilənə görə, Şah İsmayıl öz məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl “Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil”, - deyir.

Bu məğlubiyyətdən sonra Şah İsmayıl hərbi yürüşlərini dayandırır, ömrünün qalan hissəsini mədəniyyətin inkişafına, ölkənin abadlığına həsr edir.

Ömrünün son günlərinə qədər dövlətçiliyə sadiq qalan, bu yolda unudulmaz işlər görən Şah İsmayıl 1524-cü ildə Ərdəbilə atasının məqbərəsinə gələrkən gözlənilmədən vəfat edib. O, Şeyx Səfi məqbərəsində dəfn edilib. Zaman keçdikcə Şah İsmayıl Xətai həm Azərbaycan, həm də dünya üçün çox önəmli şəxslərdən birinə çevrilib. Bəstəkar Müslüm Maqomayev Şah İsmayıl Xətainin xatirəsinə “Şah İsmayıl” operasını (1915-1919), Sərdar Fərəcov - “Şah Xətai” simfoniyasını yaradıb. Bakıda, Ərdəbildə, Xaçmazda, Gəncədə onun xatirəsinə abidələr ucaldılıb. Hazırda onun adına Şah İsmayıl Xətai fondu, Xətai metrostansiyası, Bakıda və Gəncədə küçə və prospektlər mövcuddur. Xətainin şərəfinə həyata keçirilən ən mütərəqqi işlərdən biri də Avropa Parlamentində “Şah İsmayıl” Ordeninin təsis edilməsidir.

Paylaş:
Baxılıb: 128 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31