Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Təkrar sertifikatlaşdırma imtahanında 2006 müəllim keçid balını toplaya bilməyib RƏSMİ

Təkrar sertifikatlaşdırma imtahanında 2006 müəllim keçid balını toplaya bilməyib RƏSMİ

01.07.2025 [15:09]

İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. 2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib.

Bu barədə Elm və Təhsil Nazilriyindən məlumat verilib. Eyni zamanda, imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub.

Xatırladaq ki, cari ilin əvvəlindən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə ehtiyaclarına uyğun olaraq Təhsil İnstitutu tərəfindən təlimlər, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub.

Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə iyunun 20-dın 23-dək apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb. Müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib.

Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

14 iyul plenumu...

12 İyul 10:38  

Sosial

Siyasət

8-ci səfər...

12 İyul 09:55  

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

12 İyul 08:31  

YAP xəbərləri

Turizm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31