Dövlət İdarəçilik Akademiyasının nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib
04.03.2017 [10:53]
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında dövlət qulluğu üzrə təlimlərə dəstək layihəsi” çərçivəsində DİA-nın rektoru, akademik Urxan Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisə səfər edib.
Səfər çərçivəsində nümayəndə heyətinin Fransa Baş nazirinin yanında fəaliyyət göstərən Paris Milli İdarəçilik Məktəbində (ENA) və Siyasi Elmlər İnstitutunda görüşləri olub.
ENA-da keçirilən görüşdə akademik Urxan Ələkbərov Azərbaycanın tarixi, ölkəmizdə gedən siyasi, iqtisadi proseslər barədə geniş məlumat verib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi, iqtisadi islahatlar barədə danışan rektor Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunu qeyd edib. O, BMT-nin, Beynəlxalq Bankın və digər nüfuzlu beynəlxalq qurumların ölkəmizin innovativ tərəqqisi ilə bağlı qiymətləndirmələrinə əsaslanan təhlilləri iştirakçıların diqqətinə çatdırıb.
Urxan Ələkbərov vurğulayıb ki, Azərbaycanın qısa müddətdə iqtisadi və sosial sahələrdə qazandığı yüksək nailiyyətlər, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu ölkəni bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradılıb. Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəricilərinə görə dünyanın bəzi aparıcı ölkələrini üstələyir. Bu uğurların kökündə yalnız yaxşı idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun fəaliyyətinin kombinasiyası dayanır. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti olduqca əhəmiyyətlidir.
DİA-nın fəaliyyəti barədə danışan rektor bildirib ki, bu ali məktəbdə dərs deyən müəllim heyətinin əksəriyyəti ölkənin siyasi idarəçiliyində mühüm rol oynayan şəxslərdir.
Paris Milli İdarəçilik Məktəbinin beynəlxalq əlaqələr üzrə direktor müavini Orelia Roye-Gunən qurumun missiyası, fəaliyyəti, qısamüddətli və uzunmüddətli təlim barədə danışıb. ENA-nın Avropa departamentinin rəhbəri Klodin Jüstafr beynəlxalq əməkdaşlıq və təlim proqramları, Magelon Orlianj-Ladsus Fransada dövlət idarəçiliyi sahəsində rəhbər kadrların fasiləsiz təlimi, ENA-nın dövlət qulluqçularının hazırlığı strategiyasının həyata keçirilməsində rolu ilə bağlı məlumat veriblər.
DİA-nın elmi təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli, analitik təhlil üzrə müşaviri, dosent Ziyafət Həbibova, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru, professor Gülnarə Qurbanova, akademiyanın doktorantı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin əməkdaşı Anar Həsənov dövlət idarəetmə sistemi sahəsində aparılan islahatlardan, qazanılan uğurlardan söhbət açıblar. Ölkədə insan potensialının formalaşdırılması, bu siyasətin tərkib hissəsi kimi dövlət qulluqçularının fasiləsiz hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin uğurlu nəticələrinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Görüşdə ölkəmizdə həyata keçirilən tədbirlərin insan potensialının keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, dinamik inkişaf edən cəmiyyətin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynadığı qeyd edilib.
Sonda hər iki tərəfi maraqlandıran suallar cavablandırılıb.
Proqram çərçivəsində DİA-nın nümayəndə heyəti yüksək beynəlxalq nüfuza malik olan Paris Siyasi Elmlər İnstitutunda olub. Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşlər zamanı DİA-nın nümayəndə heyətini Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, səfirliyin siyasi işlər üzrə müşaviri Nigar Hüseynova və BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Lalə Rzayeva müşayiət ediblər.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

