Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Misir portalında “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş məqalə yayılıb

Misir portalında “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş məqalə yayılıb

19.12.2020 [00:16]

Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində təqdim edilən görkəmli yazıçı, dramaturq, klassik Azərbaycan ədəbiyyatının korifeyi Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş məqalə yayılıb.

AZƏRTAC xəbər verir ki, portalın baş redaktoru Əşrəf Əbu Urafənin müəllifi olduğu məqalədə Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı, xalqın maariflənməsi istiqamətində fəaliyyəti barədə Misir oxucusuna geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin mayında 150 illik yubileyi qeyd olunan görkəmli yazıçı Azərbaycan ədəbiyyatı və milli teatrın inkişafında mühüm rol oynayıb.

Məqalədə vurğulanıb ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Azərbaycan xalqının öz müzəffər Ordusunun qələbə xəbərlərinə sevindiyi günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

Paylaş:
Baxılıb: 1299 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31