/ / Londonda XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olub
Londonda XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olub
06.08.2012 [22:44]
London XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olub.
Avqustun 5-də Olimpiya Oyunlarında güləş yarışları başlayıb.
Azərbaycan idmançılarına dəstək vermək üçün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxıb.
Təmsilçilərimizdən ilkin olaraq mübarizəyə yunan-Roma güləşində 55 kiloqram çəki dərəcəsində Rövşən Bayramov qoşulub. Rövşən Bayramovun ilk rəqibi rusiyalı Minqiyan Semyonov olub. 1/16 final mərhələsinin görüşü dünya çempionumuz üçün uğurlu alınıb. İlk hissədə 1:0 hesabı ilə qələbə qazanan Rövşən növbəti hissədə də eyni hesab ilə qalib gələrək 1/8 finala yüksəlib. Bu dəfə onun rəqibi amerikalı Tomas Manqo Spenser olub. Pəhləvanımız üçün asan keçən ilk hissə rəqibin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Amerikalı güləşçi ikinci hissədə də çətin anlar yaşayıb və Rövşən yenə 4:0 hesabı ilə qələbə qazanıb. Nəticədə güləşçimiz daha bir mərhələyə adlayıb.
Rövşən Bayramov 1/4 finalda çinli Li Şujin ilə üz-üzə gəlib. Güləşçimiz ilk iki görüşündəki uğuru bu dəfə də təkrarlayıb. O, birinci hissədə rəqibindən üç, ikinci hissədə isə iki xal alaraq yarımfinala çıxıb. Finala gedən yolda Rövşən Koreya Respublikasının təmsilçisi Qyunjin çoi ilə güləşib. R.Bayramov ilk hissədə rəqibin parter vəziyyətindən xal qazanmasına imkan verməyib və nəticədə bir xal qazanıb. İkinci hissədə isə Qyunjin çoi parter vəziyyətinə düşmüşdür. Burada aşırma fəndini ustalıqla yerinə yetirən güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi iranlı Məhəmməd Soryan olub. Həlledici qarşılaşmada pəhləvanımız cüzi fərq ilə uduzaraq gümüş medalla kifayətlənib. Bununla da Rövşən Bayramov Pekin Olimpiadasında olduğu kimi, Londonda da yarışı gümüş mükafatla başa vurub.
Olimpiyaçılarımızdan bürünc medalı isə yunan-Roma güləşi yarışlarında başqa bir idmançımız - 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Emin Əhmədov qazanıb. İlk dəfə Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı qazanan Emin Əhmədov 74 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Püşkün nəticəsinə görə, dördilliyin ən mötəbər yarışına 1/8 final mərhələsindən başlayan Emin əvvəlcə xorvatiyalı Neven Zuqaj ilə qarşılaşıb.
Bu görüşədək digər həmyerlimiz Rövşən Bayramovun növbəti mərhələyə yüksəlməsi E.Əhmədova əlavə ruh yüksəkliyi verib. Bunun da nəticəsi kimi pəhləvanımız Xorvatiya təmsilçisini hər iki hissədə məğlub edərək 1/4 final mərhələsinə adlayıb. Növbəti mərhələdə isə E.Əhmədovun rəqibi daha güclü idmançı olub. Buna baxmayaraq, gənc güləşçimiz gürcüstanlı Zurab Datunaşvilini də mübarizədən kənarlaşdırıb. O, ilk hissədə rəqibinə uduzsa da, sonrakı hissələrdə qələbə qazanıb və yarımfinala çıxıb. Lakin təəssüf ki, pəhləvanımız finala vəsiqə qazana bilməyib. Buna baxmayaraq, o, Olimpiya Oyunlarını mükafatla başa vurub. Emin Əhmədov bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kikinyov ilə görüşüb. Gərgin keçən qarşılaşmanın ilk hissəsində rəqib irəlidə olsa da, Emin növbəti hissələrdə ona heç bir şans verməyib. Nəticədə ardıcıl iki hissədə qalib gələn pəhləvanımız bürünc medala yiyələnib. Bu, Azərbaycan yığmasının Londonda qazandığı üçüncü medal olub.
Yunan-Roma güləşi üzrə 55 və 74 kiloqram çəki dərəcələrində yarışlar başa çatdıqdan sonra Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının baş məşqçisi Saleh Bora ilə görüşüb.
Dövlətimizin başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirib, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş edib.
XXX London Yay Olimpiya Oyunlarının boks yarışında artıq Azərbaycan milli komandasının bir üzvünün medal qazanması rəsmiləşib. 91 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov 1/4 finalda belaruslu Sergey Korneyevi məğlub edərək, yarımfinala vəsiqə qazanıb. İlk raundda rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz beş xallıq üstünlük əldə edib - 9:4. T.Məmmədov ikinci və üçüncü hissələrdə təşəbbüsü əldən versə də, yekunda qələbə qazanıb. Boksçumuz bu uğura ilk raunddakı gözəl döyüşün nəticəsində nail olub. Belə ki, qarşılaşma 19:19 hesabı ilə heç-heçə bitib. Teymur hakimlərin rəyinə əsasən, qalib elan olunub. Bununla da T.Məmmədov ən azı bürünc medalı özünə təmin edib.
Qadınların boks yarışında yeganə təmsilçimiz Yelena Vıstropova təəssüf ki, elə ilk görüşündə məğlubiyyətlə barışmalı olub. 75 kiloqram çəki dərəcəsində yarışan idmançımız nigeriyalı Edit Oqokeyə iki xal fərqi ilə uduzub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

