Dünyanı birlikdə xilas edək!
17.05.2024 [09:50]
Mübariz ABDULLAYEV
Bəşəriyyət inkişafın yüksək səviyyəsinə müxtəlif etiqatlardan, fərqli irqlərdən və ayrı-ayrı milli mənsubiyyətlərdən olan xalqların töhfələri sayəsində çatıb. Dünyanın çələng kimi al-əlvan olması və birgə zənginləşdirilməsi, əlbəttə ki, bəşəriyyətin xoşbəxtliyidir. Ancaq təəssüf doğuran haldır ki, bu gün biz qlobal səviyyədə, xüsusilə də Avropa məkanında geri dönüşün - multikulturalizmin inkar edilməsinin, milli-dini-irqi dözümsüzlüyün şahidi oluruq ki, bu da ciddi narahatlıq doğurur. Prezident İlham Əliyev bu günlərdə “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına ünvanladığı məktubunda dünyaya bir daha çağırış edərək vurğulayıb: “Bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərin vaxtında qarşısının alınması üçün hər kəs öz məsuliyyətini dərk etməli, dövlət rəhbərlərinin və dini liderlərin bütün səy və imkanları narahat dünyamızın firavan, sabit və dayanıqlı gələcəyi naminə səfərbər olunmalıdır”.
Yer üzündə sivilizasiyalararası dialoqa ciddi ehtiyac var
Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Bugünkü dünyada isə mənzərə tamam fərqlidir. Hətta dini dəyərlərin belə manipulyasiya predmetinə çevrildiyini müşahidə etmək çox məyusedicidir. Qlobal səviyyədə elə məkrli qüvvələr peyda olublar ki, onlar məqsədli şəkildə insanlar, xalqlar arasında milli və dini baxımdan ayırıcı xətlər yaratmağa, hətta eyni bir inanc daxilində məzhəb çəkişmələrini yenidən qızışdırmağa səy göstərirlər və bu istiqamətdə planlaşdırılmış fəaliyyətlər həyata keçirirlər. Təəssüf doğuran haldır ki, bir sıra hallarda ayrı-ayrı dövlətlər və bəzi beynəlxalq təşkilatlar da belə təhlükəli proseslərə qoşularaq yanan odun üstünə yağ tökürlər. Müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə İslamofobiya və ksenofobiya təzahürlərinin artması acı reallıqdır. Açıq deyək ki, bu kimi təhlükəli tendensiyalar daha çox dərəcədə Qərb dünyasında intişar tapır. Hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan “qoca qitə”də bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, İslamofobiya həyat normasına çevrilir. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa ölkələrinin payına düşür. Məktubda da bildirildiyi kimi, hazırda planetimizin müxtəlif bölgələrində, fərqli coğrafiyalarda baş verən geostrateji ziddiyyətlər beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni yanaşmalar tələb edir. Müasir çağırışlar dinin cəmiyyət həyatında və beynəlxalq münasibətlərdə rolunun düzgün müəyyənləşdirilməsi, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməsi və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsi zərurətini qarşıya qoyur. Dünyanın kədərli mənzərəsini göz önündə canlandıran Prezident İlham Əliyev yaranmış şəraitdə dünyəvi və dini ittifaqların birgə səylərinə böyük ehtiyac olduğunu bildirirb: “Qloballaşan və sürətlə transformasiya olunan müasir dünyada son dərəcə mürəkkəb ictimai-siyasi proseslər baş verir, etnik-dini zəmində münaqişələr və qütbləşmələr, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizliyi və bəşəriyyətin əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə dünya dinlərinin sülh və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa, dünyəvi və dini ittifaqların birgə səylərinə ciddi ehtiyac vardır”.
Yaranmış vəziyyətdə dinlərin üzərinə düşən məsuliyyətdən söhbət açarkən Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID ) fəallığını xüsusi qeyd etmək lazımdır. KAICIID müxtəlif din və inanc mənsublarını, dini liderləri, vətəndaş cəmiyyəti nümayəndələrini və siyasətçiləri bir araya gətirən, insanlar arasında ədaləti, sülhü, sosial-mənəvi vəhdəti təşviq edən bir qurumdur. KAICIID tərəfindən böhranlı vəziyyətlərdə sülh quruculuğu, inklüziv cəmiyyət və ətraf mühitlə bağlı aktual problemlərin müzakirəyə çıxarılması təqdirəlayiq haldır.
Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış norması - multikulturalizm
Azərbaycan davamlı olaraq Qərbdən gələn İslamofobiya təzyiqlərinə baxmayaraq, multikulturalizmi cəsarətlə təşviq edir. Bu gün dünyada İlham Əliyev kimi, tolerantlıq ideyalarının qorunub saxlanılmasına və daha da zənginləşdirlməsinə səmimi şəkildə çağırışlar edən liderlərin sayı elə də çox deyil. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin və multikulturalizmin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Artıq qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində respublikamızda müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, eləcə də Dünya Dini Liderlərinin Sammitinə, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumuna məmnuniyyətlə ev sahibliyi edir. Diqqət çəkən ən önəmli məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan “Bakı Prosesi” çərçivəsində Avropa İttifaqı (Aİ) məkanında və İslam coğrafiyasında yerləşən ölkələrin rəsmi şəxslərini və cəmiyyətlərinin təmsilçilərini bir araya toplamağa nail olur. Bir qədər bundan əvvəl Bakı sayca altıncı Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi.
Ölkəmiz mədəniyyətlərarası dialoq platformalarına ev sahibliyini öz üzərinə götürməklə və multikulturalizmi geniş şəkildə təşviq etməklə bir tərəfdən özünün tarixi ənənələrini, digər tərəfdən isə müasir reallıqlarını ortaya qoyur. Azərbaycan tarixən çoxmədəniyyətli mühiti ilə fərqlənib. Eyni zamanda, tarixi ənənələr qorunaraq yaşadılır və daha da zənginləşdirilir. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda bütün dinlərə aid icmalar sərbəst şəkildə fəaliyyət göstərirlər. Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. “Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Heydər Əliyev Fondunun həssas yanaşması
Azərbaycanın geniş əhatə dairəsinə malik olan multikulturalizm siyasətinin həyata keçirlməsində Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da fəal şəkildə iştirak edir. Qurum respublikamızda və bütün dünyada müxtəlif mədəniyyətlərə aid olan irsin qorunmasına son dərəcə həssas yanaşma sərgiləyir. Fondun bu istiqamətdə reallaşdırdığı layihələr sərhəd tanımır. İndiyədək Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında Azərbaycanın müxtəlif bölgələrində həm İslam dininə, həm də digər dinlərə aid tarixi abidələr bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Hazırda isə Fond tərəfindən belə layihələr işğaldan azad olunmuş ərazilərdə reallaşdırılır.
Heydər Əliyev Fondu həmçinin dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən də Vatikanda bir sıra tarixi-dini abidələrin bərpasını öz üzərinə götürərək onlara ikinci həyat bəxş edib. İndiyədək Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub. “Trapezitsa” qoruğu dost bolqar xalqının milli sərvətidir, eyni zamanda, o, Ümumavropa mədəni irsidir. Vatikanda, Boqarıstanda və digər ünvanlarda dünya əhəmiyyətli tarixi-mədəni abidələrə ikinci həyat bəxş etməklə Heydər Əliyev Fondu Azərbaycanın xoş məramını və bəşəriyyətin mədəni irsinə qayğıkeş münasibətini nümayiş etdirib.
Xəbər lenti
Hamısına baxSiyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:40
YAP xəbərləri
23 Oktyabr 16:40
Maraqlı
23 Oktyabr 16:30
YAP xəbərləri
23 Oktyabr 16:14
Dünya
23 Oktyabr 15:48
YAP xəbərləri
23 Oktyabr 15:46
Siyasət
23 Oktyabr 15:40
Dünya
23 Oktyabr 15:22
YAP xəbərləri
23 Oktyabr 15:09
YAP xəbərləri
23 Oktyabr 15:03
YAP xəbərləri
23 Oktyabr 15:02
YAP xəbərləri
23 Oktyabr 14:55
YAP xəbərləri
23 Oktyabr 14:50
YAP xəbərləri
23 Oktyabr 14:50
Dünya
23 Oktyabr 14:42
YAP xəbərləri
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 13:51
YAP xəbərləri
23 Oktyabr 13:40
Dünya
23 Oktyabr 13:26
Sosial
23 Oktyabr 12:46
Dünya
23 Oktyabr 12:44
Hadisə
23 Oktyabr 12:35
Dünya
23 Oktyabr 12:19
YAP xəbərləri
23 Oktyabr 12:13
Elm
23 Oktyabr 12:01
Gündəm
23 Oktyabr 11:46
Gündəm
23 Oktyabr 11:26
Siyasət
23 Oktyabr 11:20
İqtisadiyyat
23 Oktyabr 11:02
Siyasət
23 Oktyabr 10:56
Hərbi
23 Oktyabr 10:38
İqtisadiyyat
23 Oktyabr 10:25
İqtisadiyyat
23 Oktyabr 10:23
Siyasət
23 Oktyabr 10:15
Xəbər lenti
23 Oktyabr 10:14
Sosial
23 Oktyabr 10:11

