8 ayda dirçələn Xocalı
31.05.2024 [09:50]
Müharibələrin kədərli izlərini aradan qaldırmaq, viran qalmış şəhər və kəndləri yenidən qurmaq çox ağır və çətin prosesdir. Dünya tarixindən bəllidir ki, müxtəlif dövrlərdə döyüş səhnələrinə şahidlik etmiş yaşayış məntəqələrinin bərpası on illiklər boyunca davam edib. Həm də müharibədən əziyyət çəkən ölkələrə bir qayda olaraq digər dövlətlər, beynəlxalq qurumlar, donor təşkilatları hərtərəfli yardımlar göstəriblər.
Qalib Azərbaycan isə Vətən müharibəsində işğaldan azad edilmiş təxminən 11 min kvadratkilometr ərazinin bərpasının, buradakı şəhər və kəndlərin sıfırdan yenidən qurulmasının timsalında dünyaya yenə də özünün fərqli nümunəsini ortaya qoyur. Azərbaycan üç onillik ərzində düşmənin nəzarəti altında qalmış və yerlə-yeksan edilmiş əraziləri yüksək səviyyədə bərpa etməyi, bütövlükdə, Qarabağı dünyanın cənnət guşəsinə çevirməyi hədəfləyib. Buna dövlətimizin gücü, xalqımızın iradəsi var. Ölkəmiz bütün bərpa və quruculuq işlərini öz potensialına arxalanmaqla, donor təşkilatlarının köməyi olmadan həyata keçirir. Hazırda yenidən qurulan yaşayış məntəqələrinin məskunlaşdırılması uğurla davam etdirilir. Mayın 28-də - müstəqilliyimizin 106-cı ildönümü günündə Xocalıya da ilk köç baş tutub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Dövlətimizin başçısı bildirib ki, “Böyük Qayıdış”ın Xocalı səhifəsi açılıb.
XX əsrin faciəsini yaşayan Xocalıda...
1992-ci ilin qanlı faciəsinə qədər Xocalıda 7 min əhali yaşayırdı. Şəhər öz ritmi ilə inkişaf edir, böyüyürdü. Bütün insanlar kimi, xocalılar da gələcəklə bağlı planlar qurur, oğul-uşaq böyütmək, övladlarına yaxşı təhsil vermək, toy-büsqat qurmaq barədə düşünürdülər. Ancaq1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən erməni təcavüzü onların həyatını dəyişdi, hər şeyi alt-üst etdi. Xocalılar XX əsrin qanlı soyqırımı faciəsini yaşadılar. Həmin gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd tərəfdən ermənilər tərəfindən mühasirəyə alındı, sonra isə artilleriya zərbələrinə və ağır hərbi texnikadan açılan amansız atəşə məruz qaldı. Canını qurtarmaq üçün soyuq qış gecəsində meşələrə səpələnən dinc sakinlər pusquya salınaraq vəhşicəsinə qətilə yetirildilər və yaxud əsir alındılar. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində həmin gecə Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst edilib, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Faciədə 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib.
Bu, əsl soyqırımı faciəsi idi. Biz dünyada baş verən soyqırımları barədə məlumatları adətən kitablardan, internet resusrslarından əldə edirik. Müstəqillik Günümüzdə Prezidentlə və birinci xanımla baş tutan görüşdə isə Xocalı faciəsinin canlı şahidləri danışırdılar. O amansız, qan donduran səhnələr indi də onların gözləri önündədir. Xatırlamaq çətindir, əzablıdır. Axı sənin ikiaddımlığında doğman amansızlıqla qətlə yetirilib, sən isə onun həyatını xilas etməkdə aciz qalmısan, əlindən heç nə gəlməyib. Sevinc, qürur yeri isə ondadır ki, ötən onilliklər, yaşanan ağır məcburi köçkünlük taleyi bu insanların ümid və inamını qıra bilməyib. Onlar dövlətə, Prezidentə inanaraq qayıdış gününün gələcəyini gözləyiblər. O gün indi gəldi. Görüşdə bu xoşbəxt günü gətirən dövlət başçısına səmimni minnətdarlıqlarını bildirn soyqırımı şahidlərinin bir gözündəki kədəri, digər gözündəki sevinc yaşlarını izləmək, acı xatirələrini dinləmək olduqca təsirli idi...
Mənfur düşmən soyqırımı törədəndən sonra növbəti müharibə cinayətinə yol verməklə burada qanunsuz məskunlaşma aparıb, şəhərin simasından azərbaycanlı izlərini silməyə cəhdlər edib. Hətta Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırlar. İlahi ədalət öz yerini tapdı. 32 il əsirlikdə qalan şəhər 2023-cü il sentyabrın 23-də baş tutan uğurlu lokal xarakterli antiterror tədbirlərində azadlığa qovuşdu.
Xocalının işğaldan azad edilməsi tarixindən cəmi səkkiz ay ötüb. Ancaq tamamilə yadlaşdırılan, qondarma erməni simvolları yamaq edilən Xocalını dirçəltmək üçün bu qısa zaman kəsiyi kifayət etdi. Antiterror tədbirlərindən sonra Prezident İlham Əliyev şəhərin birinci növbədə bərpa edilməsi ilə bağlı tapşırıqlarını verib. Qısa müddətdə Xocalıda böyük həcmli işlər görülüb, bir sıra layihələr uğurla tamamlanıb. Hələ şəhərin yenidən qurulması planının birinci mərhələsi üzrə işlər aparılır. Bu gün Xocalı milli ruhlu müasir şəhər kimi inkişaf etdirilir. Şəhərdə küçələr boyunca bir-birindən yaraşıqlı evlər sıralanıb. Mənzillərdə yaşayış üçün bütün rahatlıqlar təmin edilib. Eyni zamanda, yenidənqurma planında asudə vaxt amili nəzərə alınıb, istirahət guşələri, sosial təyinatlı obyektlər yaradılıb. Gələcəkdə layihələrin miqyası daha da genişlənəcək. Mayın 28-də baş tutan ilk məskunlaşmadan sonra şəhərə daha bir köç karvanı yola salınıb. Görüşdə Prezident İlham Əliyev görlən işlərdən məmnunluğunu bildirərək “Xocalı necə gözəlləşib”, - deyə vurğulayıb.
Xocalının gələcəyi necə olacaq?
Görüşdə Prezident İlham Əliyev müvafiq qurumların məsul şəxslərinə müraciət edərək onlardan soruşub ki, Xocalının gələcəyi necə olacaq. Əslində, bu, bütün xocalıların, bütün Azərbaycan xalqının qəlbindən keçən bir sualdır. Çünki Xocalı artıq Azərbaycan üçün adi bir yaşayış məntəqəsi deyil, onun hər birimizin qəlbində xüsusi yeri var. Şəhərin inkişafına gəldikdə isə bütün layihələr hazırlanan baş plan əsasında reallaşdırılacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin məlumatına əsasən, Xocalının baş planını hazırlayarkən, ilk növbədə, onun regiondakı mövqeyi nəzərə alınıb. Şəhər çox strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu. Bütün bunlar Xocalının gələcəyini artıq bir nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir. Eyni zamanda, strateji əhəmiyyətə malik Ağdam, Xankəndi şəhərlərinin, mədəniyyət paytaxtımız Şuşanın yaxınlıqda yerləşdiyi nəzərə alınaraq, Xocalının regionla inteqrasiyasına xüsusi önəm verilib. Əvvəllər şəhərin mövcud ərazisi 610 hektar təşkil edirdi. Hazırda isə 1300 hektara yaxın ərazi nəzərdən keçirilir. Şəhərin baş planında gələcəyə baxış hədəfləri əks etdirilib. Təbii ki, Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm də bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar formalaşdırılacaq. Bütün şəhər boyunca təbiətlə daim təmasa imkan verən rekreasiya guşələrinin, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış ərazilərinin yaradılması nəzərdə tutulub. Burada əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər inşa olunacaq. Onlardan bir neçəsi dövlət başçısına və birinci xanıma təqdim olunub, həmçinin bərpa olunan evlər də vacib elementlərdən biridir.
Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək. Burada çox zəngin kənd təsərrüfatı torpaqları olduğunu nəzərə alaraq, şəhər daxilində kiçik aqropark yaradılması təklif olunur. Müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye, qida sənayesi obyektləri yaradılacaq, nəqliyyat və logistika ənənəvi əsas sektor olaraq inkişaf etdiriləcək. “Mən dəmir yolu ilə də bağlı göstəriş verdim. Ağdam-Xankəndi dəmir yolunun bərpası, yəni yenidən qurulması layihəsi hazırlanır. Xankəndi dəmir yolu vağzalının layihəsi mənə təqdim edilmişdir. Yəqin ki, o vağzal bir az fərqli yerdə yerləşəcək, daha uyğun. Ona görə də dəmir yolu ilə buradan - Xankəndidən, Xocalıdan istənilən istiqamətə getmək mümkün olacaq. Həm Bakıya, həm qərb istiqamətinə, Gəncəyə. Ona görə də gediş-gəliş rahat olacaq. İndi Ağdam, Əsgəran, Xankəndi yolunu da genişləndiririk. Siz yaxşı bilirsiniz ki, o yol dar idi”, - deyə Prezident İlham Əliyev bildirib.
Heydər Əliyev Fondunun inşa edəcəyi Soyqırımı muzeyi
Xocalıda Heydər Əliyev Fondunun inşa edəcəyi Soyqırımı muzeyi - Memorial Kompleks, heç şübhəsiz ki, şəhərin yeni rəmzlərindən birinə çevriləcək. Bu, çox mühüm tikili olacaq, bütünlükdə faciəmizi simvolizə edəcək. Bildirildiyi kimi, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq Prezident İlham Əliyev hər il onun son təsdiqini yubadıb. Dövlətimizin başçısı səmimi şəkildə bildirib: “Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”.
Artıq Xocalı şəhəri azaddır. Soyqırımı muzeyini indi burada yaratmaq üçün heç bir maneə qalmayıb. “Layihə çoxdan hazırdır. Mehriban xanım onu çoxdan təsdiqləyib.
Heydər Əliyev Fondu tərəfindən hazırlanıb və Heydər Əliyev Fondu tərəfindən inşa edilir”, - deyə dövlətimizin başçısı bildirib.
Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Memorial müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:40
YAP xəbərləri
23 Oktyabr 16:40
Maraqlı
23 Oktyabr 16:30
YAP xəbərləri
23 Oktyabr 16:14
Dünya
23 Oktyabr 15:48
YAP xəbərləri
23 Oktyabr 15:46
Siyasət
23 Oktyabr 15:40
Dünya
23 Oktyabr 15:22
YAP xəbərləri
23 Oktyabr 15:09
YAP xəbərləri
23 Oktyabr 15:03
YAP xəbərləri
23 Oktyabr 15:02
YAP xəbərləri
23 Oktyabr 14:55
YAP xəbərləri
23 Oktyabr 14:50
YAP xəbərləri
23 Oktyabr 14:50
Dünya
23 Oktyabr 14:42
YAP xəbərləri
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 14:18
Dünya
23 Oktyabr 13:51
YAP xəbərləri
23 Oktyabr 13:40
Dünya
23 Oktyabr 13:26

