Qobustan qəsəbəsində tam orta məktəbin binası istifadəyə verilib
26.09.2012 [16:27]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
Ötən il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə dövlətimizin başçısı paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün ötən il aprelin 4-də Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində olmuşdu. Burada qəsəbə ictimaiyyətinin nümayəndələri ilə görüşdə sakinlər dövlətimizin başçısından məktəb binasının tikilməsi barədə xahiş etmişdilər.
Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamına əsasən qəsəbədə ümumtəhsil məktəbi binasının tikintisi üçün iki milyon manat vəsait ayrılıb.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidentinə məlumat verilib ki, ümumi sahəsi üç hektar olan məktəbin üçmərtəbəli binasında hər cür şərait yaradılıb. Məktəbin inşasına ötən il başlanılıb. Tikinti işləri qısa zamanda yüksək zövq və keyfiyyətlə aparılıb.
Məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.
Diqqətə çatdırılıb ki, 880 şagird yerlik bu təhsil ocağında 48 sinif otağı var. Altı min ədəbiyyat fonduna malik müasir kitabxanada müxtəlif sahələrə aid zəruri kitablar toplanıb. Burada, həmçinin şagirdlərin peşə hazırlığının yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılacaq. İbtidai sinif şagirdləri üçün yaradılan oyun otağında balacalar asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Məktəbdə şahmat otağı və sinifdənkənar işlər üçün xüsusi kabinetlər də var. Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi və təhsil almasına da xüsusi diqqət yetirilib. Hərbi vətənpərvərlik otağında ordumuzun qüdrətinin artırılması üçün dövlətimizin həyata keçirdiyi tədbirləri əks etdirən fotolar yer alıb, milli qəhrəmanlarımızla bağlı guşə yaradılıb.
Bildirilib ki, məktəbdəki şərait təlim-tərbiyə işinin və tədris prosesinin ən yüksək səviyyədə aparılmasına imkan verir. Məktəbdə linqafonla təchiz olunmuş informatika otağında ən son texniki avadanlıq quraşdırılıb. Burada 30 kompyuterin olduğu iki zal da şagirdlərin ixtiyarına verilib. Məktəbdə stomatoloq və psixoloq kabinetləri də fəaliyyət göstərəcək. Yeni təhsil ocağında ən son texniki avadanlıqla təchiz olunmuş fizika və kimya laboratoriyaları var. Məktəbdəki müxtəlif fənn kabinetləri də zəruri əyani vəsaitlə təmin olunub, sinif otaqlarında elektron lövhələr quraşdırılıb, şagirdlərin istirahət otaqları yaradılıb. Məktəbin akt zalı da müasir səviyyədə və nəfis tərtibatda inşa olunub. Akt zalında məktəblə yanaşı, qəsəbə üzrə mədəni-kütləvi tədbirlər keçirmək üçün imkan var.
Vurğulanıb ki, təhsil ocağında şagirdlərin normal qidalanmaları üçün yüksək şərait yaradılıb. Buradakı yeməkxana da ən müasir tələblərə cavab verir. Məktəbin idman zalı da müasir səviyyədə qurulub. Zalda şagirdlər mini futbol, basketbol, voleybol və idmanın digər növləri ilə məşğul ola bilərlər.
Məktəbin həyətində geniş abadlıq işləri aparılıb, futbol, voleybol və basketbol meydançaları tikilib.
Dövlətimizin başçısı məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31

