Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan regional inkişafa töhfə verir 

Azərbaycan regional inkişafa töhfə verir 

16.07.2024 [10:10]

Sülh gündəliyi aydın məzmuna malikdir 

Milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursuna malik olan Azərbaycan müxtəlif beynəlxalq təsisatlarla fəal əməkdaşlığı uğurla davam etdirir. Elə bu günlərdə Prezident İlham Əliyev ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edib. Qəbul zamanı hazırda aktual olan bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və dövlətimizin başçısı ölkəmizin mövqeyini diqqətə çatdırıb.

Ümumi həmrəylik naminə səylər davam edəcək

Bu gün dünyanın mənzərəsi bir çox cəhətdən arzuedilən deyil. Qütbləşmə meyllərinin artdığını müşahidə edirik. Ayrı-ayrı regionlarda qanlı müharibələr gedir. Yeni müharibə riskləri, o cümlədən də nüvə təhdidləri artıb. 

Geosiyasi vəziyyətin pik həddədək gərginləşdiyi belə bir şəraitdə dünya həm də qlobal iqlim dəyişmələrinin yaratdığı fəsadlarla təhdid olunur. Bütövlükdə, təhdidlərin miqyası çox böyükdür. İqlim dəyişikliyinin təsirləri həyatın bütün sahələrində özünü büruzə verir. Açıq statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq.

Mövcud təhlükəli reallıqlar fonunda yaranan aktual çağırışlar dünyada həmrəyliyə nail olunmasının zəruriliyini artırıb. Azərbaycanın yanaşması ondan ibarətdir ki, yaranan qlobal təhdidlərə beynəlxalq həmrəyliyi gücləndirməklə daha səmərəli şəkildə cavab vermək mümkündür.  Son illərin təcrübəsi göstərir ki, ölkəmiz həmrəylik təşəbbüslərini yalnız söz xatirinə gündəmə gətirmir, praktiki müstəvidə buna özünün sanballı töhfələrini verir. Azərbaycanın müxtəlif məsələlərə münasibətdə həmişə ədalətli mövqe ortaya qoyması, zəruri hallarda dəstək çağırışlarına fəal şəkildə qoşulması bütün dünyada ölkəmizə və onun Liderinə böyük rəğbət qazandırıb. Bu gün Azərbaycan İslam dünyasının önəmli dövlətlərindən biri hesab olunur. Ölkəmiz bu coğrafiyadan olan ölkələri birləşdirən ayrı-ayrı təşkilatların fəal üzvüdür. Eyni zamanda, Azərbaycan Avropa İttifaqına (Aİ) daxil olan müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Bu gün respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmiz öz siyasətinə gələcəkdə də sadiq qalacaq. Qəbulda bunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının əvvəlki sədri və hazırda bu təsisatın “Troyka”sında olan, həmçinin Avropa İttifaqı ilə yaxın əlaqələrə malik ölkə kimi müxtəlif tərəflər arasında körpülərin qurulması və ümumi həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Azərbaycan BMT-nin ən böyük tədbirlərindən biri olan COP29-a ev sahibliyini öz üzərinə götürməklə hazırda aktuallığı artan iqlim çağırışlarına həssas yanaşmasını növbəti dəfə ortaya qoyub. Bununla bağlı qərar ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində verilib. BMT-nin əsas iqlim konfransına ev sahibliyi hüququnun ölkəmizə həvalə olunması Azərbaycana beynəlxalq səviyyədə etimadın artmasının göstəricisidir. Məsuliyyətli dövlət olan Azərbaycan indiyədək müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib və özünün yüksək standartlarını müəyyənləşdirib. Bu baxımdan COP29-un da uğurla keçəcəyinə heç bir şübhə yoxdur. Hazırda respublikamızda iqlim konfransına intensiv hazırlıqlar görülür.  Dövlətimizin başçısı Azərbaycanın COP29-la bağlı çoxsaylı tədbirlər keçirəcəyini xüsusi qeyd edib. Görüşdə COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bu tədbirdə iştirak edəcəyini bir daha vurğulayan Helqa Mariya Şmid COP29 çərçivəsində ölkəmizlə ATƏT arasında yaxından əməkdaşlığın həyata keçirildiyini bildirib.

COP29-un gündəliyi də kifayət qədər geniş əhatə dairəsinə malikdir. Azərbaycan iqlim çağırışları ilə əlaqədar mübahisələrə son qoyulmasını və substantiv razılaşmaların əldə olunmasını istəyir. Hazırda hər bir ölkə iqlim çağırışları ilə əlaqədar bu və ya digər dərəcədə təsirlənir. Ancaq bu, okenda yerləşən kiçik ada dpövlətləri üçün bir mövcudluq məsələsidir. Buna görə də onlara real kömək göstərilməlidir. Qəbulda dövlətimizin başçısı ölkəmizin yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışıb. Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu deyib və “Commonwealth” təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını bildirib.

Regional əlaqələrin əhəmiyyəti

Görüşdə regional bağlantılar məsələsi müzakirə olunub. Bu məsələnin müzakirəyə çıxarılması təsadüfi deyil. Hazırkı geosiyasi reallıqlar fonunda nəqliyyat bağlantılarının önəmi heç vaxt olmadığı qədər kəskin artıb. Bir çox dəhlizlərin risk altında olduğunu nəzərə alan ölkələr və şirkətlər daha təhlükəsiz marşrutlar axtarırlar. 

Belə bir şəraitdə nəzərlər həm də respublikamıza yönəlir. Azərbaycanda aparılan ardıcıl siyasət, möhkəm daxili sabitlik, müasir infrastruktur, ölkənin eyni vaxtda bir neçə beynəlxalq dəhlizin üzərində yerləşməsi, qonşularla xoş mərama əsaslanan münasibətlər bu cəlbediciliyi şərtləndirən əsas məqamlardır. Son illərdə Azərbaycan öz imkanlarını təqdim etməklə Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin və Transxəzər marşrutunun (Orta Dəhliz) funksionallığının artmasına sanballı töhfələr verib. Bunun nəticəsidir ki,  qeyd olunan marşrutlar üzrə daşımalar əhəmiyyətli dərəcədə artıb.  Qəbulda Xəzər dənizi və Qara dəniz yaşıl dəhliz layihəsinin əhəmiyyətinə toxunan Helqa Mariya Şmid ATƏT-in gündəliyində yaşıl limanlar layihəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və Ələt Beynəlxalq Dəniz Ticarət Limanına xüsusi maraq göstərdiyini diqqətə çatdırıb. Qonaq regional ətraf mühit monitorinq mərkəzinin yaradıldığını dyib və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxunub. Bütövlükdə, ATƏT-in gündəliyində iqtisadiyyat və ətraf mühit məsələlərinin önəm kəsb etdiyini və bu layihələrin etimad quruculuğuna töhfə verdiyini vurğulayıb.

Ermənistan ərazi iddialarına konstitusional əsasda son qoymalıdır

Bəhs olunan qəbulda regional sülh gündəliyi məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesi  gazırda beynəlxalq səviyyədə diqqətlə izlənilir. Bu məsələdə qalib Azərbaycan ardıcıl və konstruktiv yanaşma ortaya qoyur. Məhz Azərbaycan müharibə başa çatdırdan az sonra qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Son vaxtlarda Prezident İlham Əliyevin təşəbbüsü əsasında danışıqlar əsasən ikitərəfli formatda aparılır və müəyyə irəliləyişlər əldə olunub. 

Bununla belə, məğlub Ermənistan sülh danışıqlarında bir sıra hallarda manipulyativ davranışlar sərgiləməklə bütövlükdə prosesləri ləngidir. O cümlədən bu ölkənin qanunvericilik aktlarında, Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların yer alması Ermənistan rəhbərliyinin danışıqlarda səmimi olduğuna şübhələr yaranmasına əsas verir. Bəhs olunan qəbulda dövlətimizin başçısı Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayıb və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişikliklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndiyini deyərək, 370-ə yaxın insidentin baş verdiyini, çoxlu sayda insanın mina partlayışları nəticəsində həlak olduğunu və yaralandığını da diqqətə çatdırıb.

Beləliklə, Azərbaycanın sülhə sadiqliyi növbəti dəfə qətiyətlə təsdiqlənir. Bunun üçün ilk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Sülh üçün ilkin və əsaslı şərt məhz budur - Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına idldia ortaya qoyur. Azərbaycan isə haqlı olaraq Ermənistan Kosntitusiyasının dəyişikliiynə ehtiyac duyulduğunu önə çəkir - rəsmi İrəvan Konstitusiyasında dəyişiklik etməklə sülh üçün maraqlı olduğunu isbat edə bilər. Hər iki dövlətin rəsmiləri açıq şəkildə bildirirlər ki, artıq bütün detallar üzrə müzakirələr yekunlaşmaq mərhələsindədir. Ötən ilin sentybarında baş tutan antiterror tədbirlərinin uğurlu nəticəsi sülh prosesi ilə bağlı mənzərəni daha da aydınlaşdırıb - artıq Ermənistanın manipulyasiya imkanları əlindən alınıb. İndiki məqamda yeganə əsas problem və başlıca şərt Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. 

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31