Növbəti dəfə təsdiqləndi
17.10.2024 [09:23]
Azərbaycanın mövqeyinə təsir etmək mümkün deyil!
Vaşinqton geri çəkildiyini bəyan edir...
Post-müharibə dövrünün əsas hədəfi regionda dayanıqlı, ədalətli sülhün formalaşmasıdır. 2020-ci il Vətən müharibəsinin və 2023-cü il antiterror əməliyyatlarının nəticələri bu hədəfi reallığa çevirir - 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ilk dəfə Cənubi Qafqaz üçün belə bir fürsət yaranır. Ermənistanın 30 ilə yaxın apardığı təcavüzkar siyasət, işğal prosesi ölkələr arasında normal münasibətlərin qurulmasına, sərhədlərin delimitasiya və demarkasiyasına mane olurdu. İndiki halda isə bu məsələ axır ki, öz həllini tapa bilər. Bunun üçün məğlub Ermənistan özündə iradə tapmalı, Azərbaycanın irəli sürdüyü hüquqi və ədalətli şərtlər əsasında sülh müqaviləsini imzalamalıdır.
Sülh üçün zəmin: Aİ “imtahandan kəsildi”...
Sülhün bərqərar olması üçün zəmini formalaşdıracaq iki şərt ortadadır: onlardan biri və birincisi Ermənistanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoymasıdır. Azərbaycanın humanist və beynəlxalq hüquqa söykənən mövqeyinin qarşılığında rəsmi İrəvanın bir sıra məsələlərdə məqsədli şəkildə ləngiməsi prosesin effektivliyini azaldan amil kimi çıxış edir. İlk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Sülh üçün ilkin və əsaslı şərt məhz budur - bunun üçün isə Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir.
Zəmini formalaşdıracaq ikinci əsas məqam isə məsələlərin vasitəçisiz və ikitərəfli təmas əsasında razılaşdırılmasıdır. Xatırladaq ki, bir müddət öncəyə qədər bir sıra platformalarda vasitəçilik məsələsi aktual idi - xüsusilə, Brüssel formatı çərçivəsində və ABŞ-ın təşəbbüskarlığı ilə baş tutan görüşlər əsasında sülhün yaranacağına ümid bəslənilirdi. Təəssüf ki, bu baş vermədi. Problem isə açıq xəttlə bəllidir - özünü vasitəçi adlandıran tərəflərin neytral mövqe sərgiləməməsi, açıq şəkildə tərəf tutması, qeyri-adekvat mövqe bildirməsi məsələnin bu formatda həllini çətinləşdirdi və bəlkə də mümkünsüz etdi. Məsələn, Aİ-nin vasitəçilik “missiyası”na sonradan Fransa “qoşulmaq” istədi - paralel olaraq Aİ özünün “xüsusi təyinatlı qrupunu” “monitorinq missiyası” adı altında Ermənistana yolladı və hələ də onların sayı gündən-günə artırılır. Avropa İttifaqı bu yolla açıq şəkildə sülh prosesini sabotaj etməyə başladı - Fransanın Ermənistanı silahlandırılmasına göz yumuldu, fərqli fondların əli ilə işğalçı dövlətə “maliyyə yardımları” verildi. Beləliklə, Aİ-nin “sülh təəssübkeşliyi” maskası yırtıldı...
Fakt ortadadır: ABŞ özünü “gizlətməyə” çalışsa da...
ABŞ-a gəldikdə isə, rəsmi Vaşinqton bir neçə dəfə XİN başçıları səviyyəsində görüşlər təşkil etməklə yadda qaldı - amma bu da onların birtərəfli fəaliyyətinin üzərini örtməyə “bəs etmədi”. Özünü “sülhpərvər” qiyafədə qələmə verən Vaşinqton prosesi fərqli addımları ilə bəzən yubatmağa, bəzən yeni “ştrixlərlə bəzəməyə”, bəzən isə sözün əsl mənasında tormozlamağa çalışdı. Məsələn:
- ABŞ konqrsi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə qarşı fərqli adlar və bəhanələr altında fəaliyyətlə yadda qaldı. Hətta bəzi məqamlarda Azərbaycanın suveren ərazilərinin adları belə təhrif olundu;
- Vaşinqtondan ölkəmizin qanunvericiliyini pozaraq cinayətdə ittiham olunan, separatizmi yaymaqda günahlandırılan və ədalət mühakiməsinə verilmiş bəzi cinayətkarların azad edilməsi ilə bağlı “çağırışlar” səslənməyə başladı;
- Son dövrlərdə regiona müdaxilə üçün yollar axtaran ABŞ-ın Zəngəzur dəhlizi məsələsindəki manipulyasiyasının açıq şahidinə çevrilmişik;
- 30 il işğal siyasəti yürüdən Ermənistanla ard-arda hərbi təlimlər keçirilir;
- ABŞ-ın Ermənistanda hərbi varlığını təmin etmək üçün 5 aprel “razılaşması”na imza atılır;
- Zəngəzura ABŞ-ın hərbi qüvvələri gətirilir və Azərbaycanla şərti sərhəddə yerləşdirilir, orada kəşfiyyat prosesinə start verilir.
Bu siyahını daha da artırmaq olar. Bütün bu faktoloji sübutlar isə Vaşinqtonun da “vasitəçilik” məsələsində qeyri-səmimi olduğunu göstərir - ABŞ bu kimi davranışlarla vasitəçilərin tərəfsizliyi prinsipinə xələl gətirir. Bu ilin iyul ayının 10-da məhz ABŞ-ın dövlət katibinin təşəbbüsü ilə keçirilən üçtərəli təmas da hansısa bir irəliləyişlə yadda qalmadı - beləliklə, vasitəçilərin xətti ilə masa arxasında oturmağın perspektivsizliyi və effektsizliyi birmənalı şəikldə yenidən sübut olundu.
Sentyabrın 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda keiçrilən görüşə gəldikdə isə... Artıq məsələnin ikitərəfli formatda inkişafının daha çox perspektivə malik olduğu bütün komponentləri ilə üzə çıxır.
İkitərəfli təmas: ən real həll yolu...
Sülh prosesi öz mümkün irəliləyiş tempini qoruyur - tərəflər arasında şərhlər mübadiləsi baş verib. Reallıq isə dəyişməzdir: Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib, suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi beynəlxalq gündəlikdən düşüb. Beləliklə, bizə bu məsələdə vasitəçi lazım deyil - biz öz məsələmizi həll etmişik.
Ötən ilin dekabrında hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlama yayması, qarşılıqlı olaraq hərbçilərin azad edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi, COP29-a ev sahibliyini dəstəkləməsi, bu ilin aprelində 4 kəndin qaytarılması, müvafiq delimitasiya komissiyalarının apardığı birgə müzakirələr qəbul edilən Əsasnamə, nəhayət bəzi ərazilərdə delimitasiya, hətta demarkasiya işlərinin görülməsi də bu tezisi dəstəkləyir - bütün bunlar onu göstərir ki, Azərbaycanın mövqeyi haqlı və doğrudur. Məsələ ikitərəfli təmas əsasında daha real həllə malikdir.
Yeni plan: Vaşinqton “rıçaq” axtarır...
Yuxarıda vurğulanan son görüşlər daha bir məqamı ortaya çıxardı - ABŞ prosesə daxil olmaq cəhdlərindən əl çəkmir. Elə Azərbaycana qarşı aparılan böhtan kampaniyasının da əsasında bu faktor dayanır - konqresmenlərin dövlət katibinə “müraciəti”, Lantos Komissiyasındakı “müzakirələr”, sanksiya hədələri və bu kimi fərqli təzyiqlər Azərbaycanın iradəsinə təsir etmək istəyindən qaynaqlanır. Onlar Bakının “yarımçıq sülh” imzalamaqdan imtinasını həzm edə bilmirlər. Son dövrlərə qədər bu və ya digər formada Azərbaycanın haqlı mövqeyinin Vaşinqton tərəfindən şantaja məruz qalması açıq xəttlə görünür. Onlar yenə də Ermənistanın tərəfini tutur, İrəvanı “sülhə can atan tərəf” kimi qələmə verməyə çalışır - amma, İrəvanın sülh prosesini sadəcə imitasiya etməsinə toxunulmur. Ermənistan razılaşdırılmamış bəndləri kənarda saxlamaqla sülh müqaviləsi imzalamaq, bu yolla özünün qondarma torpaq iddialarını yenidən gündəmə gətirmək üçün fürsət axtarır, vaxt qazanmağa çalışır. Qərbin, xüsusilə ABŞ-ın məsələdəki yanaşması isə Ermənistanın arzusu ilə uzlaşdırılır. ABŞ Ermənistanın qondarma iddiası vasitəsilə regiona müdaxilə üçün yeni bir “rıçaq” əldə etməyə çalışır. İllərlə separatizmi stimullaşdırmaqla özü üçün təsir vasitəsi yaradan ABŞ yeni plana əl atmaq istəyir.
Millerin etirafı: bu, ABŞ-ın işi deyil...
Son nəticədə Azərbaycanın iradəsi və qətiyyəti yenə də özünü göstərdi - bir daha sübut olunur ki, Bakının mövqeyinə təsir etmək mümkün deyil. Beləliklə də, COP29-a qədər tələm-tələsik və yarımçıq sülh üçün səfərbər olan ABŞ özünün iddialarından əl çəkir. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirməyib. “Biz heç vaxt razılaşmanı COP29-la əlaqələndirməmişik. Biz bir neçə ay əvvəl sülh sazişini görmək istəyirdik, həmçinin bu sazişin əldə olunmasına çalışırdıq. Ancaq bu, ABŞ-ın deyil, tərəflərin işidir”, - Miller deyib.
Bu açıqlamada əsas “şifrə” “bir neçə ay əvvəl sülh sazişini görmək istəyirdik” frazasıdır. Azərbaycan uzun müddətdir ki, dayanıqlı sülhün imzalanması üçün Ermənistanın özünün saxta iddialarından əl çəkməsi tələbini səsləndirir, konstitusiyasında dəyişikliyin edilməsi məsələsini qaldırır. ABŞ dayanıqlı və sabit sülhü formalaşdıracaq, iki ölkə arasında münasibətlərin normallaşmasında əsaslı şərtə çevriləcək bir sənədin imzalanması üçün səmimi səy göstərirsə, niyə “müttəfiqi” adlandırdığı Ermənistana bu şərti yerinə yetirməyə ən azından “məsləhət” görmür? Bir sözlə, ABŞ Azərbaycanın qətiyyətli mövqeyinə təsir göstərə bilmədi. Bu, Millerin “dilində” bütün konturları ilə açıq şəkildə səsləndirildi.
Qazaxıstanın təklifi: müzakirə platforması, görüş ünvanı...
O başqa bir məsələdir ki, regional sülhün formalaşması bölgənin siyasi-iqtisadi mənzərəsinə mühüm təsirlərlə yadda qalacaq - bu baxımdan da, həm region ölkələri, həm də beynəlxalq aləm məsələyə olduqca diqqətli və həssas yanaşma sərgiləyirlər. Məsələn, Qazaxıstan iki ölkənin rəsmi şəxslərinin görüşüb müzakirələr aparması üçün platforma təklif edib - bu tip ikitərəfli təmas artıq bir dəfə reallaşıb. Xatırladaq ki, mayın 11-də Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında danışıqlar aparılmışdı.
Sülh platformasını vasitəçilik etmədən realizə etmək üçün Qazaxıstan olduqca məqbul bir variant sayılır - həm Azərəbaycanla, həm də Ermənsitanla bu və ya digər şəkildə tərəfdaşlığa malik olan, bir sıra beynəlxalq strukturlarda çiyin-çiyinə təmsilçilik daşıyın rəsmi Astana anlayır ki, Mərkəzi Asiyaya yaxın bölgədə sülhün bərqərar edilməsi mühüm əsaslar formalaşdıracaq. Qeyd etdiyimiz kimi, Cənubi Qafqazda sülhün və davamlı sabitliyin formalaşması böyük bir coğrafiyanın - Orta Asiya - Cənubi Qafqaz - Kiçik Asiya bölgəsi üçün yeni imkanlar, perspektivlər deməkdir. Bu il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Kasım-Jomart Tokayev bəyan etmişdi ki, Qazaxıstan sülhməramlı səylərin dönmədən dəstəklənməsi uğrunda fəaliyyət göstərir.
Paralel olaraq bu səylər davam etdirilir - sentyabrın 9-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı telefon danışığı zamanı da bu məsələyə bir daha toxunulub.
Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Yeri gəlmişkən, Qazaxıstan tərəfi növbəti dəfə bu təklifini təkrarlayıb. Prezident Kasım-Jomart Tokayev Ermənistanın dövlət başçısı Vaahn Xaçaturyan ilə apardığı danışıqlar əsnasında bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanmasına dair danışıqlar üçün Almatı platformasını gələcəkdə də təklif etməyə hazırdır. Prezident Tokayev vurğulayıb: “Biz Bakı ilə İrəvan arasında sülh danışıqları üçün öz platformamızı istənilən vaxt təqdim etməyə hazırıq”.
Gələcək üçün: şərt qəbul olunmalıdır...
Bəli, ölkəmiz hər zaman sülhün və əməkdaşlığın bərpasına çalışıb - hətta Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə belə Azərbaycan məsələnin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edirdi. Konstruktiv anlaşmanı, siyasi-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini, normal qonşuluq münasibətlərini əsas götürən Azərbaycan bu gün də eyni mövqedədir. Ölkəmiz iki ildən artıqdır ki, bölgədə sülhün və anlaşmanın hökm sürməsi üçün bütün səyini səfərbər edib.
Ermənistan isə regionda yeni siyasi-iqtisadi mərhələdə iştirakçı olaraq yer almaq istəyirsə, özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü şərtlər əsasında razılaşmaya imza atmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan yeni regional, hətta qlobal səviyyəli iqtisadi layihələrdən yenə də kənarda qalmaq təhlükəsi yaşayacaq.
Reallıqlar isə ortadadır. Azərbaycan bölgənin yeni mərhələsini yaradır - bu proses Cənubi Qafqaz üçün mühüm perspektiv vəd edir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

