Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb
10.11.2024 [18:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Surinam Prezidenti ilə görüşdən məmnunluğunu bildirən dövlətimizin başçısı Çandrikapersad Santoxinin dəvəti qəbul edib, COP29 tədbirində iştirak etdiyinə görə minnətdarlığını bildirdi və vurğuladı ki, bu, ikitərəfli münasibətlərimizdə yüksək səviyyədə ilk rəsmi səfərdir. Azərbaycan Prezidenti bu səfərin əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını qeyd edərək, onun səmərəli nəticələr verəcəyinə ümidvarlığını bildirdi.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Surinam Prezidenti dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu vurğuladı. Qonaq Prezident İlham Əliyevin COP29 prosesində liderliyinin təqdir olunduğunu qeyd etdi və bu cür mötəbər tədbirin təşkilinə görə minnətdarlığını bildirdi. O, COP-a sədrliyin asan olmadığını dedi, ancaq bununla belə Azərbaycanın bu məsələdə liderlik göstərdiyini vurğuladı.
Söhbət zamanı xalqlarımız arasında dostluq münasibətlərinin olduğu bildirildi, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimizin yaxından əməkdaşlıq etdiyi qeyd edildi.
Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Qonaq Surinamdan olan tələbələrə Azərbaycanın ali təhsil müəssisələrində təqaüd verilməsi və universitetlərimiz arasında əməkdaşlığın yaradılması məsələsini diqqətə çatdırdı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlərin irəliləyə aparılması üçün nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı razılıq əldə olundu.
Söhbət zamanı COP-un gündəliyində duran məsələlər və ölkələrimizin COP çərçivəsində, həmçinin bərpaolunan enerji sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

