İqtisadi əlaqələr intensivləşir
24.01.2026 [11:51]
İnvestisiya tərəfdaşlığının ikitərəfli biznes missiyası hazırlayır
Cari il fevralın 9-10-da ABŞ Ticarət Palatası, ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyinin nümayəndələri birlikdə Azərbaycana ilk dəfə ikitərəfli biznes missiyasının təşkili nəzərdə tutulur. İki günlük səfər çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti ABŞ şirkətlərinə Azərbaycan dövlət orqanları, dövlət şirkətləri və özəl sektorun aparıcı oyunçuları ilə birbaşa əlaqə qurmaq imkanı yaradacaq.
Əsas diqqət energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcək. Missiyanın proqramında Prezident Administrasiyası və Nazirlər Kabineti, müvafiq nazirliklər, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Dövlət Neft Fondu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), “PAŞA Holdinq” MMC, Azərbaycan Amerika Ticarət Palatası (“AmCham”), həmçinin digər dövlət və özəl qurumların nümayəndələri ilə görüşlər nəzərdə tutulub.
Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi mübadilələri artırmaqdadır
Missiya Azərbaycan və ABŞ arasında iqtisadi münasibətlərin çoxşaxəli inkişafı üçün yeni dövrün başlandığına işarə edir. Tərəflər arasında münasibətlərin yeni gündəliyini müəyyən edən Strateji Tərəfdaşlıq Xartiyası üzrə Memorandum iqtisadi-ticari-enerji sahəsində çoxistiqamətli konsepsiya olmaqla, əməkdaşlığın inkişafına təkan verməkdədir. Son aylarda iki dövlət arasında iqtisadi və siyasi bloklarda ardıcıl xarakter alan sıx təmasların artması və qətiyyətli iradənin ortaya qoyulması Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni dövrə daxil olmasını təmin etməkdədir.
Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili, xanım Emi Karlon da son aylarda ABŞ-Azərbaycan münasibətlərinin sürətli inkişafının müşahidə edildiyini vurğulayaraq bu dinamikanın irəliləməsində ötən ilin avqustunda təsis edilmiş strateji əməkdaşlıq üzrə sənədin əhəmiyyətinə toxunub. İki ölkə arasında imzalanmış Anlaşma Memorandumu ABŞ və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün çərçivəni müəyyən etməklə biznes sektorları üçün də dərin münasibətlər qurub.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində dünyanın iri korporasiya rəhbərləri ilə görüşlərində də ABŞ-ın nüfuzlu şirkət və maliyyə holdinqləri xüsusi yer tutub. Dünyanın nəhəng investisiya və maliyyə şirkətlərindən biri olan “J.P. Morgan” şirkətinin rəhbər heyəti ilə görüşdə bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində yeni əməkdaşlıq imkanları müzakirə olunub. Eləcə də ABŞ-ın digər investisiya nəhəngi - “Dell Technologies” şirkəti ilə Azərbaycan arasında “rəqəmsal iqtisadiyyat” quruculuğunda birgə fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
İkinci neft bumu və enerji diplomatiyasının yeni səhifəsi
Şərq-Qərb enerji dəhlizlərinin formalaşmasına hər zaman davamlı dəstək verən Amerika BTC, TANAP, TAP layihələrin sülh və rifah, əsil enerji həmrəyliyi dəhlizləri olmasını bəyan edərək Azərbaycanın enerji siyasətini alqışlayıb. ABŞ-ın nəhəng enerji korporasiyası - “ExxonMobil” hazırda Azərbaycanda quruda yerləşən neft və qaz ehtiyatlarının potensial inkişafını qiymətləndirir. Bu isə yeni neft bumunun başlanması və ABŞ-Azərbaycan enerji tərəfdaşlığının yeni mərhələyə daxil olması deməkdir. Bu əməkdaşlıq digər ABŞ şirkətlərinin də ölkəmizin enerji sektoruna gəlişinə dərin zəmin yaradacaq, ələlxüsus da “yaşıl enerji” sahəsində nəzərdə tutulan gündəliyi inkişaf etdirəcək. Bu, eyni zamanda, Azərbaycanın “yaşıl enerji keçidi” layihələrində, xüsusilə külək və Günəş enerjisi sahəsində Amerika şirkətlərinin iştirakının da genişləndirilməsini təşviq edir.
“ExxonMobil” və yaxın partnyorları, habelə Azərbaycanın qeyri-enerji sektorlarında da cığır açır və bu, biznes qurmaq istəyən bütün ABŞ şirkətlərini tam şəkildə birgə biznes alyansının formalaşmasına töhfə verəcək. Eləcə də daşınmaz əmlak, maliyyə, turizm və kənd təsərrüfatını əməkdaşlıq üçün potensiallı sahələrə hüquqi-iqtisadi baza yaradır. Amerika IT şirkətlərinin və vençur investorlarının bu sahəyə cəlb edilməsi də nəzərdə tutulur. ABŞ bu sahədə dünyanın ən qabaqcıl texnologiyalarına malik olduğuna görə, biz həmin texnologiyaları ölkəmizə gətirmək niyyətindəyik.
Orta Dəhlizdə yeni kommunikasiyalar quruculuğu başlayır
Orta Dəhliz çərçivəsində ABŞ ilə Azərbaycan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın perspektivləri də çox ümidvericidir. TRIPP layihəsi burada açar rolunu oynamaqla digər kommunikasiyaların vəhdəti üçün təşəbbüslər gerçəkləşdirəcək.
Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır.
Azad ərazilərdə Amerika sərmayəsi üçün imkanlar böyükdür
Amerika biznesi Azərbaycan Respublikasında azad edilmiş ərazilərin bərpasında və inkişafında da əhəmiyyətli dərəcədə rol oynayacaq. Hazırda bu ölkənin qeyri-hökumət təşkilatı Marşal Fondu Azərbaycanın ANAMA təşkilatına ərazilərin minalardan təmizlənməsi işinə dəstək verir. ABŞ nümayəndə heyəti və diplomatik korpusun üzvləri Füzuli, Cəbrayıl, Zəngilan və bir sıra digər yerlərdə olublar. Səfər zamanı hava limanlarını, dəmir yollarında və avtomobil magistrallarında həyata keçirilmiş işlərlə yaxından tanış olan amerikalılar öz qabaqcıl təcrübələrini bu ərazilərdə də bölüşməyə razıdır. ABŞ şirkətləri mühəndislik və infrastruktur da daxil olmaqla, bütün sahələr üzrə texniki təcrübəyə malik olan nüfuzlu investisiya qruplarını bu bölgədə iqtisadi əməkdaşlıq zəncirinə qoşulacaqlarını istisna etmir. Bütün bunlar Amerika şirkətlərinin ərazilərdəki aqrar, aqrar-sənaye, enerji layihələrində təmsil olunmasına stimul verə bilər.
ABŞ-ın Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler də Azərbaycanda əlverişli sərmayə mühitinin mövcudluğuna toxunaraq bu amilin ABŞ investorları üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Beləliklə, çoxistiqamətli əməkdaşlıq platformaları Azərbaycan iqtisadiyyatına ABŞ şirkətlərinin yeni axınlarına və ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəyə yüksəlməsini təmin edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50
Dünya
30 Yanvar 21:33
Sosial
30 Yanvar 21:19
Dünya
30 Yanvar 20:54
Dünya
30 Yanvar 20:22
Siyasət
30 Yanvar 20:13
Dünya
30 Yanvar 20:07
Dünya
30 Yanvar 19:45
Hadisə
30 Yanvar 19:30
Dünya
30 Yanvar 19:11
YAP xəbərləri
30 Yanvar 18:51
Əlaqə
30 Yanvar 18:34
Siyasət
30 Yanvar 18:09
Siyasət
30 Yanvar 17:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |

