/ / Prezident İlham Əliyev paytaxtın Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev paytaxtın Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olub
01.03.2014 [11:59]
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yeni salınan Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda görülən inşaat işlərinin gedişi ilə tanış olub.
Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara verilir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə də işlər uğurla icra olunur. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yürüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilib. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin malik olduğu iqtisadi qüdrətin də göstəricisidir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, son illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən paytaxtın yol nəqliyyat infrastrukturunun daha da müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yenisi də əlavə edilir.
Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər salınacaq yeni yolun uzunluğu 17 kilometrdir. Yolun bəzi hissəsi dörd, bəzi hissəsi isə altızolaqlı olacaq. Şəhərin bu istiqamətində mövcud yol əvvəllər dar olduğu üçün hərəkətin intensivliyinə əngəl törədirdi və tıxaclara səbəb olurdu. Yeni yol hazır olduqdan sonra bu istiqamətdə avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaradılacaq. Yol boyu körpü, tunel və piyada keçidlərinin də inşası yüksək səviyyədə həyata keçiriləcək.
Bildirilib ki, birinci mərhələdə yolun Həsən Əliyev küçəsinə qədər hissəsi hazır olacaq. İkinci mərhələdə isə Həsən Əliyev küçəsindən metronun “Gənclik” stansiyasına qədər olan hissəsi inşa ediləcək. Dövlət Proqramına daxil olan bu layihənin reallaşdırılmasında əsas məqsəd metronun “Koroğlu” stansiyasına gələn bütün istiqamətlərdən həm şəhərin mərkəzinə, həm də Həsən Əliyev küçəsindən keçərək “Gənclik” stansiyası istiqamətinə qədər nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, bu magistral yol birbaşa yeni inşa olunan Olimpiya Stadionu ilə də səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək. Yeni avtomobil yolu, həmçinin Bakı qəsəbələrinin ölkənin beynəlxalq əhəmiyyətli magistralları ilə nəqliyyat əlaqəsinin asanlaşmasına kömək etməklə yanaşı, paytaxtın mərkəzi hissəsinin nəqliyyat yükünün azalmasına da öz təsirini göstərəcək.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikamızda, o cümlədən Bakı şəhərində yol-nəqliyyat sisteminin yenidən qurulması zamanı beynəlxalq standartlar və milli memarlıq ənənələrinin üzvi şəkildə uzlaşdırılması əsas götürülür. Bütün yeni qurğular yüksək keyfiyyəti və müasirliyi ilə diqqəti cəlb edir. Yeni yolun çəkilişi zamanı da bu ənənə gözləniləcək.
Prezident İlham Əliyev respublikamızın paytaxtının dünyanın ən gözəl və rahat yaşayış şəraiti olan şəhərlərindən birinə çevrilməsini qarşıya prioritet vəzifələrdən biri kimi qoyub. Son illər Bakının yol-nəqliyyat sisteminin dünyadakı qabaqcıl təcrübə əsasında yenidən qurulması da bu istiqamətdə ən vacib tədbirlərdəndir. Ötən illərin təcrübəsi göstərir ki, bu sahədə yüksək keyfiyyəti ilə diqqəti cəlb edən yenidənqurma tədbirləri ildən-ilə daha da geniş vüsət alır.
Prezident İlham Əliyev layihənin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

