Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

12.10.2026 [10:21]

Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verdi.

Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31