Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib
12.08.2014 [09:53]
Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirilib
AzərTAc xəbər verir ki, avqustun 10-da Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın birgə görüşü keçirilib.
Rusiya dövlətinin başçısı Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərini salamlayaraq deyib: “Hörmətli İlham Heydər oğlu,
Hörmətli Serj Azatoviç,
Sizinlə Rusiyada görüşmək imkanına görə bir daha təşəkkür etmək istəyirəm.
Dünən bizim həm Ermənistan Prezidenti, həm də Azərbaycan Prezidenti ilə ikitərəfli münasibətlər barədə söhbət etmək imkanımız oldu. Axşam qeyri-formal şəraitdə də görüşdük. Düzdür, şükür Tanrıya ki, dünən axşam biz işgüzar xarakterli məsələlərə toxunmadıq. Bununla belə, bir-birimizlə müxtəlif mövzularda söhbət etməyə imkan oldu. Mənim fikrimcə, bu, regional tənzimləmə ilə bağlı ən mürəkkəb, ağır məsələlər barədə səmimi söhbət etmək üçün müəyyən şərait yaradır.
Təbii ki, bu problemlərin həllinin, Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq formatları mövcuddur. Şübhəsiz ki, biz bütün bu beynəlxalq formatlara hörmətlə yanaşırıq və həmkarlarımızla işləməkdə davam edəcəyik.
Lakin hər halda bizim xüsusi, daha yaxın münasibətlərimizin mövcud olmasını nəzərə alsaq, dərin tarixi keçmişimiz bizim harada olmağımız və keçmişdən bizə miras qalmış bütün bu problemlərin nizamlanmasında irəliləmək üçün nə etmək lazım gəldiyi barədə səmimi fikir mübadiləsi aparmağa imkan verir. Hər halda mənə elə gəlir ki, bu, faydalıdır. İstənilən halda faydalıdır. Bu gün sizinlə görüşmək və bütün bu mövzular barədə söhbət etmək imkanına görə çox şadam”.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Sağ olun, Vladimir Vladimiroviç.
Bu məsələyə münasibətinizə görə sağ olun. Dünən müzakirə etdiyimiz kimi, bu məsələ öz həllini tələb edir. O, həddən artıq uzandı. Ümidvaram ki, bu prosesdə Sizin şəxsən iştirak etməyiniz danışıqlar prosesinə yeni təkan verəcəkdir.
Qeyd etdiyiniz kimi, danışıqların formatı artıq mövcuddur, münaqişənin tənzimlənməsi üçün hüquqi baza da vardır. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çox keçib, amma həmin qətnamələr hələ də kağız üzərində qalıb.
Minsk qrupu həmsədrlərin şəxsində işləyir, tərəfləri yaxınlaşdırmağa cəhd göstərir, lakin bu, o qədər də yaxşı alınmır. Buna görə düşünürəm ki, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz kimi, tənzimləmə prosesində, əlbəttə, xüsusi rol oynayır. Ümid edirik ki, biz ən yaxın vaxtda danışıqlar yolu ilə, sülh yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həlli tapacağıq”.
* * *
Rusiya Prezidenti Vladimir Putin deyib: “Məmnuniyyətlə bildirirəm ki, Azərbaycan Prezidenti də problemin sülh yolu ilə həll edilməsinin zəruriliyinə diqqət yetirdi. Bu, həqiqətən, ən başlıca məsələdir, çünki insanların həlak olmasından daha böyük faciə yoxdur.
Hər halda, bunu nəzərə almaq lazımdır ki, münaqişəli vəziyyət çoxdan yaranıb, bizə keçmişdən, deyə bilərik və demək lazımdır ki, Sovet İttifaqının mirası kimi qalıb. Biz bu məsələnin həllini tapmaq üçün səbir, müdriklik, bir-birimizə hörmət nümayiş etdirməliyik.
Şübhəsiz, xoş məram varsa, hər hansı mürəkkəb vəziyyət tənzimlənə bilər. Mənə elə gəlir ki, Azərbaycan xalqı tərəfindən, erməni xalqı tərəfindən bu cür xoş məram mövcuddur. Gəlin, bu tərkibdə söhbət edək, sonra isə həmkarlarımızla bərabər oturub bir qədər də məsləhətləşək”.
* * *
AzərTAc xəbər verir ki, avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

