/ / Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarının din xadimlərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarının din xadimlərini qəbul edib
27.12.2014 [09:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Heydər məscidinin açılışında iştirak etmək üçün Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini qəbul edib.
Prezident İlham Əliyev Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gəlmiş din xadimlərinə Heydər məscidinin açılışında iştiraklarına görə təşəkkür edib və bunu xalqlarımız arasında dostluq və qardaşlığın göstəricisi kimi dəyərləndirib. Belə tədbirlərin Qafqaz müsəlmanlarını bir-birinə daha da yaxınlaşdırdığını və regionda sülhə və sabitliyə xidmət etdiyini deyən dövlətimizin başçısı qonaqların təmsil etdikləri Şimali Qafqaz respublikalarında gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. Yeni məscidin açılışını Azərbaycan üçün tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev tarix boyu xalqımızın öz dini-mənəvi dəyərlərinə sadiq qaldığını vurğulayıb. Prezident İlham Əliyev dinin azad olduğu müasir dövrdə mövcud olan təhlükənin - müəyyən dairələrin gəncləri öz tarixi köklərindən ayırmaq cəhdlərinin olduğunu söyləyib və bu prosesin qarşısının alınmasında, eləcə də gənc nəslin milli adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasında dini liderlərin rolundan, həmçinin dinlərarası dialoqun genişləndirilməsinin əhəmiyyətindən danışıb. Dövlətimizin başçısı qonaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev yeni məscidin açılışında iştiraka dəvətə görə minnətdarlığını bildirib. Qonaq Heydər məscidinin çox gözəl tikildiyini və öz əzəməti ilə Ulu öndər Heydər Əliyevin adına layiq olduğunu söyləyib. İsmayıl Berdiyev qeyd edib ki, Azərbaycanda belə bir möhtəşəm məbədin istifadəyə verilməsi Heydər Əliyev müdrikliyini yaşadan Prezident İlham Əliyevin xidmətləri sayəsində mümkün olub. Belə məscidlərdə hər zaman sülhün, əmin-amanlığın bərqərar olması üçün Tanrıya dua etdiklərini və dualar zamanı işğal altındakı Qarabağ torpağını unutmadıqlarını bildirən İsmayıl Berdiyev, bu məsələnin tezliklə həllini tapacağına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31

