Fətəlikəndlilər Konstitusiya islahatlarını dəstəkləyirlər
04.03.2009 [16:52]
“Yeni Azərbaycan” təşviqat qrupu Saatlı rayonunda görüşləri davam etdirir. Dünən rayonun Fətəlikənd kəndində keçirilən görüşdə “Yeni Azərbaycan” təşviqat qrupunun Saatlı rayon şöbəsinin sədri Lütvəli Şıxəliyev vurğulayıb ki, bu kəndin sakinləri ötən prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək Prezidentimiz İlham Əliyevə səs veriblər. ümumiyyətlə isə Fətəlikənd sakinləri həmişə dövlətçiliyimizə, Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi kursa dəstək verərək, Ona böyük etimad göstərirlər: “18 martda keçiriləcək referendum zamanı da fətəlikəndlilər növbəti dəfə dövlətçiliyimizin keşiyində dayandıqlarını nümayiş etdirəcək. Mən buna inanıram”.
Sonra çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov ölkəmizdə iqtisadi inkişafı sürətləndirmək üçün görülən işlərdən danışıb. Onun sözlərinə görə, 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz təşkil edirdi. Lakin Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycanda bu rəqəm 13,2 faizə enib: “Son 5 ildə Azərbaycanda 700 mindən artıq iş yeri açılıb. Azərbaycanın birbaşa iştirakı və təşəbbüsü ilə böyük iqtisadi layihələr həyata keçirilib ki, bunun da səmərəsini hər bir azərbaycanlı hiss edir. Son illər Azərbaycanın hər bir regionunda böyük müəssisələr fəaliyyətə başlayıb və bu da vətəndaşlarımızın sosial problemlərinin həllinə şərait yaradır. Yollar yenilənir, yeni məktəblər, xəstəxanalar tikilir, şəhər və rayonlarımız, kəndlərimiz abadlaşır, inkişaf edir. Məhz bunun məntiqi nəticəsidir ki, hazırda Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahibdir. Azərbaycan dünyanın qabaqcıl maliyyə institutları tərəfindən bir nömrəli islahatçı dövlət elan olunub. Bu işlərin başında isə Prezident İlham Əliyev dayanır. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycanı inkişaf etmiş, müasir dövlətə çevirməyi başlıca məqsəd kimi müəyyənləşdirib və fəaliyyətini bu istiqamətdə qurur. Dövlət başçısına bu yolda hamımız dəstək olmalıyıq. Azərbaycanın daha da inkişaf etməsinin, müasir dövlətə çevrilməsinin yolu ölkəmizdə dünyanın sivil qanunları ilə ayaqlaşan hüquqi baza yaratmaqdan keçir. çünki hər bir addım hüquqa söykənməlidir, hər bir addımın arxasında qanunlar dayanmalıdır. Məhz bu səbədən, Azərbaycan qanunlarını təkmilləşdirmək, əsas qanun olan Konstitusiyamıza dəyişikliklər etmək vacib və başlıca şərtdir”.
Daha sonra səlahiyyətli nümayəndə vurğulayıb ki, Konstitusiyamıza təklif olunan hər bir dəyişiklik Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşamasına, ölkəmizin daha da güclənməsinə xidmət edir. Ona görə də K.Kərimov seçiciləri mart ayının 18-də keçiriləcək referendumda Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərə səs verməyə çağırıb.
çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun vəkili, Milli Məclisin üzvü Rüstəm Xəlilov Konstitusiyaya təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verib. O, xüsusilə bu gün ən çox müzakirə olunan, müxtəlif adamlar tərəfindən məqsədli şəkildə fərqli izah olunan 101-ci maddəyə təklif olunan dəyişiklik barədə danışıb. Onun sözlərinə görə, Konstitusiyanın 101-ci maddəsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır: “ötən ilin avqust ayında Gürcüstanda baş verənlər və bu gün dünyada müşahidə etdiklərimiz göstərir ki, heç bir dövlət müharibə təhlükəsindən sığortalanmayıb. Biz xüsusilə belə bir təhlükə ilə daim qarşı-qarşıyayıq. Həm düşmən Ermənistanla aramızdakı məlum problemlər, həm də böyük dövlətlərin regiondakı maraqları burada müharibə təhlükəsinin daim var olduğunu göstərir. Əgər sabah Azərbaycan hansısa istəmədiyi müharibəyə cəlb olunarsa, ölkədə hansı seçkilərin keçirilməsi mümkündür? Biz bunu bir dəfə 90-ci illərin əvvəllərində görmüşük və ağır fəsadlarını hələ də yaşamaqdayıq. Konstitusiyaya belə bir bəndin salınması Azərbaycanı gözləyən təhlükədən sığortalaycaq”.
Daha sonra tədbirdə seçicilər müxtəlif suallarla təşviqat qrupunun üzvlərinə müraciət ediblər və onların sualları cavablandırılıb.
Saniya Midrabova - Fətəlikənd kənd sakini, müəllimə, Axısxa türkü:
- Mən bu dəyişiklikləri alqışlayıram və dəstəkləyirəm. Fikrimcə, bu dəyişikliklər Azərbaycan dövlətini daha da inkişaf etdirəcək, gücləndirəcək. Hörmətli Prezidentimiz İlham Əliyevin gördüyü işlər ürəyimizcədir və biz bu siyasi kursun davam etməsini istəyirik.
Usman Aslanov - Fətəlikənd kənd sakini, Axısxa türkü:
- Fətəlikənd kəndinin sakinləri prezident seçkilərində də yüksək fəallıq nümayiş etdirmişdilər. Buna görə də kəndimizi nümunəvi kənd hesab etmək olar. Mən inanıram və əminəm ki, bu nümunəviliyi referendumda da nümayiş etdirəcəyik. Hamılıqla bu Konstitusiya islahatlarını dəstəkləyirik və referendum günü də bu dəyişikliklərin lehinə səs verəcəyik.
Məcid Yusifov - Fətəlikənd kənd sakini, müəllim, Axısxa türkü:
- Konstitusiyaya təklif olunan dəyişikliklərin hamısı ilə tanışam, hamısını bəyənirəm. çox gözəl dəyişikliklərdir. Bizim kəndimizin sakinləri də bu dəyişiklikləri dəstəkləyir, martın 18-də 100 faiz nəticə ilə bu dəyişikliklərin lehinə səs verəcəyik.
Xədicə Qayayeva - Fətəlikənd kənd sakini, müəllimə, Axısxa türkü:
- Xalqımızın, dövlətimizin rifahı naminə mən bu dəyişiklikləri ikiəlli dəstəkləyirəm və “hə” deyirəm. Martın 18-də də seçki məntəqəsinə gedərək bu fikrimi rəsmiləşdirəcəyəm.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

