Gəncəlilər əlavə və dəyişikliklərə "hə" deyəcək
11.03.2009 [15:56]
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov qeyd edib ki, ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər insan hüquqlarının qorunub saxlanmasına, dövlətin konstitusion əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir. Əsas Qanunumuza təklif edilmiş əlavələr haqqında danışan səlahiyyətli nümayəndə bildirib ki, bütün dəyişikliklərdə əsas məqsəd xalq üçün daha xoş güzəran yaratmaq, idarəçilik sistemində mükəmməl prinsiplərə üstünlük verməkdən ibarətdir. O, qeyd edib ki, Konstitusiyanın 12-ci maddəsinə təklif edilən əlavə ilə dövlətin əsas məqsədi kimi ölkə vətəndaşlarının layiqli və firavan həyat səviyyəsinin təmin olunması göstərilir: “Ona görə də, hesab edirəm ki, gəncəlilər ümumxalq səsverməsində fəal iştirak edərək əlavə və dəyişikliklərə “hə” deyəcəklər”.
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Asəf Hacıyev deyib ki, Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən dəyişikliklərin hər biri dövlətimizin istər siyasi, istərsə də iqtisadi inkişafı üçün xüsusilə vacibdir. Səlahiyyətli nümayəndə Ali Qanunun əhəmiyyəti barədə açıqlama verərək bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin əsasında dövlətin qüdrətlənməsi, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının mükəmməl qorunması, dövlət rəmzlərinə hörmət və ehtiramla yanaşılması kimi ali məqsədlər dayanır: “Əminəm ki, Gəncə vətəndaşları həmrəylik və birliklərini ümumxalq səsverməsində də göstərəcəklər”.
Sonra çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun üzvü, Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov, referendumun keçirilməsini qanunauyğun bir proses kimi dəyərləndirib: “12-ci maddədə qeyd olunduğu kimi dövlət-vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi kimi vacib məsələni özünün ali məqsədi hesab edir. Mən inanıram ki, Gəncə şəhər əhalisi də martın 18-də Əsas Qanunumuza edilən əlavə və dəyişikliklərin lehinə səs verəcəklər”.
çıxış edən “Şəhər” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, professor Mirdamət Sadıqov martın 18-də keçiriləcək ümumxalq səsverməsi ilə bağlı ölkəmizdə həyata keçirilən bütün tədbirlərin istiqamətinin cəmiyyətin maarifləndirilməsinə yönəldiyini vurğulayıb. O, Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinə təklif olunmuş əlavə və dəyişikliklə əlaqədar olaraq bildirib ki, Azərbaycan dövləti sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, ölkəmizdə azad sahibkarlığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir: “Dövlətimizin sahibkarlara yaratdığı münbit şərait, Azərbaycan Respublikası iqtisadiyyatının bazar münasibətləri əsasında sürətli inkişafı deməkdir. Bu baxımdan martın 18-də keçiriləcək ümumxalq səsverməsi ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir”.
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Telman Məlikov qeyd edib ki, müasir dövrdə hər bir dövlətin demokratik və hüquqi cəmiyyət quruculuğu onun insan hüquq və azadlıqlarına münasibəti əsasında müəyyən olunur: “Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər insan hüquqlarının qorunub saxlanmasına, dövlətin konstitusion əsaslarının daha da möhkəmlənməsinə xidmət edir. Mən sizin hamınızı referendumda fəal iştirak etməyə dəvət edirəm”.
Sonda görüşdə çıxış edən seçicilər Referendum Aktını dəstəklədiklərini bildiriblər.
Fazil İSMAYILOV,
“Yeni Azərbaycan” qəzetinin bölgə müxbiri
Xəbər lenti
Hamısına baxSiyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10

