Prezident İlham Əliyev Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə görüşüb
29.04.2009 [16:48]
O, Azərbaycan Prezidenti İlham Əliyevi görüş iştirakçılarına təqdim edib.
Dövlətimizin başçısı İlham Əliyev görüşdə çıxış edərək deyib ki, son beş ildə Azərbaycanda sürətli iqtisadi inkişaf gedir, təhsil, səhiyyə və digər sahələrdə uğurlu islahatlar həyata keçirilir. İqtisadiyyatda özəl sektorun payı xeyli artıb, əlverişli biznes mühiti yaranıb, demokratikləşmə, qanunun aliliyi sahələrində də islahatlar aparılır. Dövlət bu işlərin görülməsində xalqdan dəstək alır. Azərbaycanda neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində tədbirlər görülür, transmilli enerji layihələrinin həyata keçirilməsi diqqətdə saxlanılır. Təsadüfi deyil ki, indi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Aparılan uğurlu iqtisadi siyasət beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı ölkə elan edib. ölkəmizdə neft hasilatının getdikcə artdığını deyən Prezident İlham Əliyev Azərbaycanın tranzit imkanlarının da yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Azərbaycanın enerji siyasətində uğurlar əldə etdiyini və ölkəmizin Xəzərin karbohidrogen ehtiyatlarının Qərbə nəqlində böyük imkanlarının olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan yerləşdiyi bölgədə regional əməkdaşlığa böyük önəm verir. Buna baxmayaraq, regionda hələ həllini tapmayan problemlər var. İyirmi ilə yaxındır ki, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Bunun nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq təşkilatlar bu işğalı pisləyən qətnamələr qəbul etsə də, Ermənistan buna məhəl qoymur. Azərbaycanın mövqeyi qətidir. İşğal olunan ərazilər boşaldılmalı, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. ölkəmizin xarici siyasətindən danışan dövlətimizin başçısı deyib ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Avropa İttifaqı ilə də əlaqələr genişlənir.
Sonra Prezident İlham Əliyev suallara cavab verib. Dövlətimizin başçısı bildirib ki, Ermənistan təkcə Dağlıq Qarabağı yox, onun ətrafındakı 7 rayonu da işğal edib və həmin ərazilərdəki infrastrukturu məhv edib. Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək. Münaqişənin yeganə həll yolu Ermənistanın işğal altında saxladığı torpaqları azad etməsidir. Bundan sonra Azərbaycan Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verə bilər. İşğal siyasətinin sonu yoxdur. ölkəmizin regiondakı mövqeyi ilə bağlı suala cavab verən dövlətimizin başçısı deyib ki, Azərbaycan Xəzər hövzəsində geniş tranzit imkanlarına malikdir və bu imkanları bütün tərəfdaş ölkələrlə paylaşır. Azərbaycanın məqsədinin dünyada ən inkişaf etmiş ölkələrdən birinə çevrilmək olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi inkişafın nəticəsində son illərdə ölkədə 700 mindən çox yeni iş yeri yaradılıb, bununla da insanların rifah halı yaxşılaşıb, ölkəmizin maliyyə imkanları genişlənib. Dövlətimizin başçısı deyib ki, bir müddət öncə Azərbaycan qaz idxal edən ölkə idi. İndi isə ölkəmiz əsas qaz ixracatçılarından birinə çevrilib. Azərbaycan qazı hazırda Gürcüstana, Türkiyəyə, oradan da Avropa İttifaqı bazarına ixrac olunur. Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində əməkdaşlıq Azərbaycana və Avropa İttifaqına fayda verəcək. Türkiyə-Ermənistan əlaqələri ilə bağlı suala cavabında Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan heç bir dövlətin siyasətinə qarışmır. Amma məlumdur ki, Ermənistan-Türkiyə sərhədləri Azərbaycan ərazilərinin işğalına görə bağlanıb. Bu işğal indi də davam edir.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22

