/ / Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-nazirini qəbul edib
31.08.2016 [09:21]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisavanı qəbul edib.
Dövlətimizin başçısı Motome Takisavanın ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını, ölkələrimiz arasındakı mövcud dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. İyirmi ildən artıq bir müddət ərzində ölkələrimizin uğurlu əməkdaşlığının həyata keçirildiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğulayıb. Ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin mövcud olduğunu qeyd edən dövlətimizin başçısı Yaponiyanın çoxlu sayda şirkətlərinin ölkəmizdə müxtəlif layihələrdə iştirak etdiyini, biznes strukturları arasında əlaqələrin yaxşı perspektivləri olduğunu bildirib. “Bizim əlaqələrimiz çoxşaxəlidir”, - deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib, bu səfərin əlaqələrimizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından önəmini vurğulayıb.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması üçün əlverişli imkanların olduğu qeyd edilib, neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil və digər sahələrdə əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparılıb, bu sahələrin yaxşı perspektivləri olduğu bildirilib.
Prezident İlham Əliyevin idmanı qəlbən sevən bir dövlət xadimi olması barədə məlumatlı olduqlarını deyən Motome Takisava Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların maraqla izlənildiyini bildirib. O, birinci Avropa Oyunlarının Bakıda uğurla keçirildiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidentinə 2020-ci il Tokio Olimpiadasına Yaponiya tərəfinin dəvətini çatdırıb. Qonaq Azərbaycan və Yaponiya idmançılarının Rio-de-Janeyro Olimpiadasında uğurlu nəticələr əldə etməsini məmnunluqla qeyd edib.
Dövlətimizin başçısı 2020-ci il Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və bu tədbirin də yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

