Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib
15.11.2016 [09:59]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı qurumun prezidenti Takehiko Nakao ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının ötən il Bakıda keçirilən 48-ci illik toplantısı zamanı görüşünü məmnunluqla xatırlayıb. Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin uğurla keçirildiyini, quruma üzv olan ölkələrdən çoxlu sayda nümayəndələrin burada iştirak etdiyini deyən Prezident İlham Əliyev bu tədbirdən sonra Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığında yeni dinamikanın müşahidə olunduğunu bildirib. Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini deyən dövlətimizin başçısı bank tərəfindən Azərbaycanda həyata keçirilən çox mühüm layihələrə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə verilən dəstəyə görə Vençay Janqa minnətdarlığını bildirib. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Ölkəmizin Asiya İnkişaf Bankı ilə bir sıra digər sahələrdə də əməkdaşlığına toxunan dövlətimizin başçısı birgə həyata keçirilən infrastruktur layihələrinin əksəriyyətinin artıq başa çatdırıldığını bildirib. Qurumla əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri, həmçinin son illərdə görülən işlərlə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd edib.
Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırıb. O, 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci illik toplantısına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin olmasından məmnunluğunu ifadə edən Vençay Janq ölkəmizin Asiya İnkişaf Bankına qoşulduğu 1999-cu ildən ötən dövr ərzində qurum tərəfindən Azərbaycana 2,8 milyard dollar məbləğində vəsaitin ayrıldığını qeyd edib. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən bir sıra layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi” və “Şahdəniz” kimi mühüm layihələrə də dəstək və önəm verdiyini xatırladan Vençay Janq layihələrlə bağlı məsələləri müzakirə etmək üçün bank daxilində xüsusi şuranın yaradıldığını vurğulayıb.
Görüşdə Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin, o cümlədən Şimal-Cənub dəmir yolu dəhlizi, su təchizatı, yol şəbəkəsinin genişləndirilməsi və digər layihələrin önəmi vurğulanıb, 2017-2019-cu illərdə ölkəmizə dair bu cür layihələrin həyata keçirilməsinin bankın kreditləşmə proqramına daxil edilməsindən məmnunluq ifadə edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

