Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

06.12.2016 [09:13]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Mövlud Çavuşoğlu deyib: “Mən buraya gəlməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım, dedim ki, cənab Prezident bizi qəbul edəcək. O dedi ki, cənab Prezidentə çoxlu salamlarım var və İlham qardaşımdan soruş, Onun bir tapşırığı varmı?”.
Türkiyə Prezidentinə möhkəm cansağlığı arzulayan dövlətimizin başçısı deyib: “Bilirsiniz ki, hörmətli Prezidentlə biz çox yaxınıq. Bizi dostluq və qardaşlıq əlaqələri bağlayır”.
Prezident İlham Əliyev ölkələrimizin müxtəlif nazirliklərinin rəhbərləri arasında da sıx əlaqələrin mövcud olmasından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 864 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31