/ / "Caspian Agro-2009" sərgisi ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlətin prioritet istiqamətlərindən biri olduğunu sübut edir
"Caspian Agro-2009" sərgisi ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlətin prioritet istiqamətlərindən biri olduğunu sübut edir
07.10.2009 [10:22]
Dünən Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Caspian Agro-2009” kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması beynəlxalq sərgisi ilə tanış olub.
İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətini cəlb etmək, Azərbaycanda son illər baş verən sürətli inkişaf və tərəqqinin təbliği ilə bərabər, aqrar elmin qabaqcıl nailiyyətlərini və təcrübəsini öyrənməkdir. Ərzaq bolluğunun yaradılması və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi dünya ölkələri, o cümlədən Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Sərgi ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlətin prioritet istiqamətlərindən biri olduğunu, Azərbaycanda bu sahədə maksimum nəticələrin qazanılmasına yönələn siyasətin uğurla davam etdirildiyini bir daha göstərir. Son illərdə ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət göstərilməsi, bu sahədə dövlət proqramlarının icrasının sürətləndirilməsi Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında ciddi inkişafın əldə olunması ilə nəticələnir.
Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə keçirilən sərgidə Azərbaycan ilə yanaşı, ABŞ, Almaniya, Türkiyə, İtaliya, Belarus, Suriya, İsrail, Litva, Latviyanın 80-dən artıq şirkəti təmsil olunub.
Dövlətimizin başçısı əvvəlcə kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının, habelə dünyanın nüfuzlu şirkətlərinin kənd təsərrüfatı texnikasına baxıb. Bildirilib ki, Minsk və Gəncə avtomobil zavodları arasında bağlanan müqaviləyə əsasən artıq ölkəmizdə də kənd təsərrüfatı texnikasının istehsalına başlanıb.
Prezident İlham Əliyev Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin pavilyonu ilə tanış olub. Burada ölkəmizdə kənd təsərrüfatının inkişafını əks etdirən sənədlər, cədvəllər, Ulu öndər Heydər Əliyevin ölkəmizdə aqrar sahənin, emal sənayesinin inkişafı istiqamətində gördüyü işləri əks etdirən müxtəlif materiallar, habelə fotoşəkillər var. Kənd təsərrüfatı naziri İsmət Abasov ölkəmizdə kənd təsərrüfatı sahəsində əldə edilmiş uğurlar barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının pavilyonunda Muxtar Respublikada istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsulları nümayiş olunub.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinə aid pavilyona baxıb.
Şərabçılıq və quşçuluq müəssisələrinin pavilyonları ilə tanışlıq zamanı bildirilib ki, burada yerli şirkətlərlə yanaşı, xarici ölkələrin qabaqcıl müəssisələri də təmsil olunur. Diqqətə çatdırılıb ki, ölkəmizdə quşçuluq fabriklərinin yaradılması və onların ixrac qabiliyyətinin artırılması diqqətdə saxlanılır. Bununla yanaşı, Azərbaycanda həm də şərabçılığın inkişafı istiqamətində mühüm nəticələr əldə olunur. ölkəmizdə üzüm sahələrinin yaradılması və genişləndirilməsi nəticə etibarilə şərabçılığın və şərab istehsal edən yeni modern müəssisələrin yaradılmasına imkan verir. İndi Azərbaycan istehsalı olan şərablar müxtəlif ölkələrə ixrac edilir və onlar dünya bazarında kifayət qədər yüksək reytinq toplaya bilib.
Dövlətimizin başçısı “Caspian Agro-2009” beynəlxalq sərgisində iştirak edən xarici ölkələrin pavilyonları ilə də tanış olub.
Litva Ticarət Evinin təşkil etdiyi pavilyonda bu ölkədə istehsal olunan kənd təsərrüfatı və emal sənayesi məhsulları nümayiş olunub.
Latviya şirkətləri sərgidə müxtəlif qida məhsulları, kənd təsərrüfatı sahəsində istifadə olunan yardımçı vasitələrlə təmsil olunub. Bununla yanaşı, Latviya mütəxəssisləri kənd təsərrüfatı sahəsində Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərir və sərgi bu baxımdan onlar üçün geniş imkanlar açır.
Dünyada aqrar ölkə kimi tanınan İsrail də “Caspian Agro-2009” sərgisinin əsas iştirakçılarından biridir. İsraildə istehsal olunan kənd təsərrüfatı məhsullarının və texnikasının bu sərgidə nümayiş etdirilməsi beynəlxalq təcrübə mübadiləsinin aparılması və ikitərəfli əlaqələrin qurulması baxımından mühüm imkanlar yaradır.
Dövlətimizin başçısı Suriya Ərəb Respublikasında istehsal edilən kənd təsərrüfatı məhsullarının sərgisi ilə də tanış olub. Bildirilib ki, yerləşdiyi regionda Suriya əsas aqrar ölkələrdən biri kimi tanınır.
Prezident İlham Əliyev “Caspian Agro-2009” beynəlxalq sərgisində böyük heyətlə təmsil olunan Belarusun milli pavilyonuna da baxıb.
Burada dövlətimizin başçısını milli geyimli belaruslu qız duz-çörəklə qarşılayıb. Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin birinci müavini Nadejda Katkovets və bu ölkənin sənaye nazirinin birinci müavini İvan Demidoviç Belarus milli pavilyonunda nümayiş olunan məhsullar haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, dünyada aqrar sektorun inkişaf etdiyi ölkələrdən biri kimi tanınan Belarus bu sərgiyə böyük maraq göstərir və ölkə şirkətləri gələcəkdə də Azərbaycanda təşkil olunan bu cür sərgilərdə iştirak edəcək. Budəfəki sərgidə Belarus daha çox qida məhsulları və yeni texnologiyalarla təmsil olunub.
Prezident İlham Əliyev “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ölkəmizin meliorasiya və irriqasiya sisteminin müasirləşdirilməsini əks etdirən ekspozisiyası ilə də tanış olub. Qeyd edilib ki, hazırda respublikada onlarla beynəlxalq səviyyəli hidrotexniki qurğunun inşası davam etdirilir.
Dövlətimizin başçısı sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli və xarici şirkətlərin pavilyonları ilə də tanış olub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48

