Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktorunu qəbul edib
05.02.2019 [09:35]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythingeri qəbul edib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger dövlətimizin başçısına onu qəbul etdiyinə görə minnətdarlığını bildirib. Kristian Faythinger ölkəmizə ilk dəfə səfərindən məmnunluğunu ifadə edərək, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verən Kristian Faythinger bildirib ki, bu gün Beynəlxalq Astronavtika Federasiyasına 68 ölkədən 368, o cümlədən Azərbaycandan olan 3 təşkilat daxildir. Qonaq rəhbərlik etdiyi qurumun hər il Beynəlxalq Astronavtika Konqresini keçirdiyini vurğulayıb və belə bir önəmli faktı xatırlayaraq deyib ki, bu cür tədbirlərdən biri 1973-cü ildə Bakıda keçirilib. Daha sonra o, Azərbaycanda kosmik sənayenin uğurla inkişaf etdiyini və bu sahədə ölkəmizin son vaxtlar əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Dövlətimizin başçısı 1973-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Beynəlxalq Astronavtika Federasiyasının Bakıda keçirilən XXIV konqresini məmnunluqla xatırlayıb və o zaman həmin tədbirin beynəlxalq əhəmiyyətli bir hadisəyə çevrildiyini, konqresdə məşhur kosmonavtların və astronavtların iştirak etdiyini vurğulayıb. Azərbaycanda kosmik sənayenin inkişafına toxunan Prezident İlham Əliyev bu sahənin ölkədə ən prioritet istiqamətlərdən biri olduğunu deyib və Azərbaycanın dünya kosmik ailəsinə daxil olmasını məmnunluqla qeyd edib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

