Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb
15.03.2019 [17:02]
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş olub.
Təkbətək görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Dövlətimizin başçısı Əfqanıstan Prezidentinə Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirib. Bu səfərin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fürsətlər yaradacağını qeyd edib, həmçinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaratdığını vurğulayıb. Dövlət başçıları arasında mütəmadi qarşılıqlı görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Prezident Məhəmməd Əşrəf Qani, ilk növbədə, Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib və nəqliyyat sahəsində ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirib.
Əfqanıstan Prezidenti əlaqələrin inkişafı baxımından enerji, nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın vacibliyinə toxunub, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu deyib.
Sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Dəmir Yolları İdarəsi “ARA” arasında əməkdaşlıq haqqında Niyyət Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və Əfqanıstanın informasiya və mədəniyyət nazirinin vəzifəsini icra edən Hasina Safi imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

