Azərbaycan-Rusiya münasibətləri olduqca dinamik, səmərəli inkişaf edir
25.11.2009 [10:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə dünən Rusiyanın Ulyanovsk şəhərinə işgüzar səfərə yola düşüb. Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Ulyanovskın “Vostok” Beynəlxalq hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi Rusiya Prezidenti Dmitri Medvedev qarşılayıb.
Ulyanovskda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev Volqa çayı üzərində körpü-keçidin birinci hissəsinin - ikiyaruslu yeni körpünün təntənəli açılış mərasimində iştirak ediblər. Körpü “2002-2010-cu illər üçün Rusiyanın nəqliyyat sisteminin modernləşdirilməsi” məqsədli federal proqramına daxil edilib və Rusiyanın Avropa hissəsini Ural, Sibir və Uzaq Şərqlə birləşdirən nəqliyyat dəhlizinin mühüm qovşağıdır. Tikintisi keçən əsrin 80-ci illərindən aparılan bu körpünün inşası barədə qərar o vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyevin bilavasitə iştirakı ilə qəbul edilib.
Mərasimə toplaşanlar dövlət başçılarını hərarətlə qarşılayıblar. Prezidentlər mərasimdə çıxış ediblər.
Rusiya Prezidenti Dmitri Medvedev çıxış edərək deyib ki, körpünün tikintisi barədə qərarın qəbul edilməsi o vaxt hökumətin - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Heydər Əlirza oğlu Əliyev ilə bilavasitə bağlı idi: “Əslində bu körpü bizim ucsuz-bucaqsız ölkəmizin hissələrini - bir tərəfdən Avropanı, digər tərəfdən Uralı və Sibiri birləşdirir. Bu, həm tikintisinə görə, həm də ölçülərinə görə misilsiz körpüdür. Onun yalnız körpü hissəsinin uzunluğu 5,8 kilometrdir. İndicə biz İlham Heydər oğlu ilə bu körpüdən keçdik. Biz maşınla gedirik, gedirik, söhbət edirik, körpü isə elə hey uzanır. Bu, sadəcə olaraq fantastikadır. Əlbəttə, bu, həm də bizim ölkədə həll etdiyimiz texnoloji məsələlərin miqyasını göstərir. Biz bəzən çətinliklərlə üzləşsək də, həmin məsələləri həll edirik və nəticə etibarilə çox yaxşı nailiyyətlər qazanırıq. Mən ölkəmiz üçün çox gərəkli olan bu nadir və mürəkkəb obyektin inşasında iştirak edənlərin hamısına səmimi təşəkkürümü bildirmək istərdim. Mən burada iştirak edən, bu obyektin yaradılmasının başa çatmasına və istifadəyə verilməsinə qüvvə sərf etmiş, can qoymuş inşaatçılara təşəkkür etmək istərdim. Müvafiq qərarlar qəbul edilməsində iştirak edənlərin hamısına, burada iştirak edən veteranlarımıza təşəkkür etmək istərdim. Mən bu körpünün yaradılmasında aidiyyəti olanların hamısını, o cümlədən Heydər Əliyevi də xatırlamaq istərdim. Mən çox məmnunam ki, İlham Heydər oğlu burada iştirak edir. Bu, bizi çox sevindirir, xüsusən ona görə ki, həmin işlər barədə və ümumiyyətlə, Heydər Əliyevin iştirakı barədə xatirə burada ehtiramla qorunub saxlanılır”.
Azərbaycan Prezidenti İlham Əliyev minnətdarlıq edərək deyib ki, bu körpü həqiqətən möhtəşəm memarlıq və nəqliyyat qurğusudur: “Yəqin ki, Avropa qitəsində onun analoqu yoxdur. Mənim Azərbaycan Prezidenti kimi, 1984-cü ildə bu körpünün tikilməsi haqqında qərar qəbul edilməsində iştirak etmiş Heydər Əliyevin oğlu kimi burada olmağım da mənə çox xoşdur. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev dəfələrlə Ulyanovska gəlmiş, həm xoş günlərdə, həm də Ulyanovsk üçün faciəli günlərdə xalq ilə birlikdə olmuş, Volqada dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması üzrə komissiyaya başçılıq etmişdir. Mənə çox xoşdur ki, Ulyanovskda həmin işlər barədə xatirəni, Azərbaycan Prezidenti haqqında xatirəni yaşadırlar. Bu, bizim üçün çox dəyərlidir. Bu, bütün həyatı boyu öz vətəninin rifahına xidmət etmiş insana münasibətin göstəricisidir. Heydər Əliyev Moskvada işləyəndə də, Azərbaycan Prezidenti olanda da çalışırdı ki, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız arasında həmişə qarşılıqlı anlaşma, dostluq, qarşılıqlı dəstək və əməkdaşlıq olsun. Bu gün onu qeyd etmək mənə xoşdur ki, bu işlər həqiqətən belədir. ölkələrimiz arasında qarşılıqlı əlaqələr uğurla inkişaf edir, bizim aramızda çox sıx münasibətlər yaranmışdır, prezidentlər səviyyəsində tez-tez əlaqə saxlayırıq. Biz bu münasibətləri strateji tərəfdaşların, mehriban qonşuların, dostların münasibətləri kimi səciyyələndiririk. Bugünkü görüş və Ulyanovska dəvət də bunu təsdiq edir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev dünən Ulyanovsk şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan meydanın açılış mərasimində iştirak ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vaxtilə bir neçə dəfə Ulyanovsk şəhərində olub Sovetlər Birliyində ali rəhbər vəzifədə işləyərkən ulu öndər bu şəhərin inkişafı ilə bağlı mühüm qərarların qəbul edilməsində bilavasitə iştirak edib Şəhər sakinləri dünya şöhrətli siyasi xadimin xatirəsini daim əziz tuturlar. Məhz buna görə də Ulyanovskın mərkəzi meydanlarından birinə Heydər Əliyevin adı verilib Bu meydanda ulu öndərin əzəmətli heykəli ucaldılıb. Mərasimə toplaşanlar dövlət başçılarını hərarətlə qarşıladılar. Prezidentlər Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra prezidentlər İlham Əliyev və Dmitri Medvedev Ulyanovskda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb söhbət ediblər.
Volqa çayı üzərində körpü-keçidin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev “Rusiya Federasiyası nəqliyyat kompleksinin innovasiya inkişafı” mövzusunda sərgi ilə tanış olublar. Prezidentlər İlham Əliyev və Dmitri Medvedevə Rusiyanın nəqliyyat sisteminin müasir tələblərə uyğun inkişafına xidmət edəcək innovasiya layihələri nümayiş etdirilib. Sərgidə sürücülərin iş zamanı əmək və istirahətinə nəzarət terminalı, yüksəksürətli qatarların maketləri, qaz-turbin güc qurğulu lokomotivlər, qatarların avtomatlaşdırılmış idarəetmə sistemi və sair layihələrə yer verilib. Dövlət başçılarına bildirilib ki, yüksək sürət qatarları Moskva ilə Sankt-Peterburq arasında məsafəni 3 saat 40 dəqiqəyə qət edə bilər. Bundan başqa, Prezidentlər İlham Əliyev və Dmitri Medvedevə QLONASS texnologiyasına əsaslanan intellektual nəqliyyat sistemi layihəsi də göstərilib.
Rusiya Prezidenti bir sıra layihələrin tezliklə reallaşdırılması və bazara çıxarılması barədə tapşırıqlarını verib. Dövlət başçıları Volqa üzərində körpünü tikən inşaatçılarla da söhbət ediblər.
Dünən Ulyanovsk şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin birgə işçi naharı olub.
Azərbaycan Prezidenti İlham Əliyev Ulyanovskda V.İ.Leninin ev-muzeyi ilə tanış olub. Dövlətimizin başçısı burada Ulyanovlar ailəsinin şəxsi əşyalarına - fotoşəkillərə, kitablara, məişət ləvazimatına baxıb. Azərbaycan Prezidentinə məlumat verilib ki, uzun illər boyu bu evin müxtəlif sahibləri olub. 1923-cü ildə həmin ev milliləşdirilib. Elə həmin il dekabrın 10-da burada Rusiyada ilk dəfə olaraq V.İ.Lenin adına İnqilab tarixi muzeyi açılıb. 1928-1929-cu illərdə muzeydə hərtərəfli bərpa işləri aparılandan sonra o, V.İ.Leninin memorial-məişət ev-muzeyinə çevrilib. Muzeyin yaradılmasında Ulyanovlar ailəsinin üzvləri iştirak ediblər. Muzey açılandan indiyə qədər buranı dünyanın yüzdən çox ölkəsindən 13,7 milyon nəfər ziyarət edib. Azərbaycan Prezidenti İlham Əliyev V.İ.Leninin ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.
Ulyanovskda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Nəriman Nərimanovun abidəsini də ziyarət edib. Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev burada Azərbaycan diasporunun üzvləri ilə söhbət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyasının Ulyanovsk şəhərinə işgüzar səfərini başa çatdıraraq Vətənə yola düşüb. Ulyanovsk şəhərinin “Vostok” Beynəlxalq hava limanında Prezident İlham Əliyevi Ulyanovsk vilayətinin yüksək vəzifəli hökumət nümayəndələri yola salıblar. Dövlətimizin başçısı elə həmin gün Bakıya qayıdıb. Prezident İlham Əliyevi Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

