Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" birinci ilinin icrası uğurla həyata keçirilib

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" birinci ilinin icrası uğurla həyata keçirilib

10.03.2010 [10:35]

Yeni Dövlət Proqramı çərçivəsində ötən bir il ərzində paytaxtda və bölgələrdə 200-dən çox tədbir görülüb
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin icrası uğurla həyata keçirilib. Proqramın ilk ilinin icrası qarşıya qoyulmuş məqsədlərə əhəmiyyətli dərəcədə nail olunduğunu göstərir. Dövlət Proqramına uyğun olaraq ötən müddət ərzində çox mühüm tədbirlər həyata keçirilib, regionların inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər davam etdirilib, rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılıb.
Bakı şəhəri və onun qəsəbələrində, rayonlarda, ucqar yaşayış məntəqələrində həyata keçirilmiş sosial-iqtisadi inkişaf layihələri və genişmiqyaslı islahatlar onu göstərir ki, yeni proqramın icrasının birinci ili çox uğurlu olub. ümumiyyətlə, Dövlət Proqramında nəzərdə tutulmuş geniş və əhatəli layihələrin həyata keçirilməsi bütün bölgələrin yaşayış ərazilərində kompleks tədbirlərin reallaşması ilə yadda qalıb. Proqrama uyğun olaraq həm makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilib. Eyni zamanda, rayon və kəndlərdə həll olunmamış məsələlərin, əsasən də, kommunal xidmətlərin təminatı və infrastrukturun yaxşılaşdırılması ilə bağlı tədbirlər planının həyata keçirilməsi bütün bölgələrin sosial-məişət qayğılarının minimuma enməsi üçün əlverişli imkanlar yaradıb.
ümumiyyətlə, 2009-2013-cu illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin icrası dövründə paytaxtda və bölgələrdə 200-dən çox tədbir görülüb. Qeyd edək ki, 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı ilə müqayisədə yeni sənəd tədbirlərin miqyasının həddindən artıq geniş olması ilə fərqlənir. Birinci proqramda 714 tədbirin keçirilməsi nəzərdə tutulurdusa, hazırkı Dövlət Proqramında 1066 tədbir (əlavə olaraq 300 tədbir) planlaşdırılıb.
Yeni Dövlət Proqramının icrasına başlanılması dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrə təsadüf etməsinə baxmayaraq hökumətin düşünülmüş makroiqtisadi siyasəti və böhrana qarşı effektiv tədbirlər görmək məharəti, respublikamızın dinamik inkişafını sürətləndirməklə yanaşı, regionlarda həyata keçirilən islahatların və layihələrin də dinamizminin yüksəlməsinə səbəb olub. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tədbirlərin vaxtında və əhatəli şəkildə icra olunması, həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası nəticəsində iqtisadiyyatın modernizasiyası, maliyyə-valyuta ehtiyatlarının artması hesabına makroqtisadi dayanıqlıq potensialının yaradılması öz effektiv səmərəsini verib və bu dinamika regionların inkişafının sürətlənməsinə daha da təkan verib.
Azərbaycan ən yüksək inkişaf templəri ilə irəliləyir...
ötən il bütün dünya ölkələrində qlobal böhranın ağır fəsadları nəticəsində iqtisadi fəallıq aşağı düşüb və iqtisadi tənəzzül qeydə alınıb. Amma respublikamızda həyata keçirilən mükəmməl antiböhran strategiyası öz mühüm nəticəsini verib və makroiqtisadi siyasətin uğurları iqtisadiyyatda pozitiv meyillərin dərinləşməsinə səbəb olub. İqtisadiyyatın və sosial bölmələrin bütün sahələrində inkişaf meyilləri müşayiət olunub. Milli iqtisadiyyatın bazasını təşkil edən ümumi daxili məhsul (üDM) 9,3 faiz artıb, sənaye istehsalı 8,6 faiz artımla qeydə alınıb. Eləcə də, kənd təsərrüfatında 3,5 faiz artım müşahidə edilib. Sənayenin və kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunda dinamizmin artmasına əlverişli stimul verib.
Azərbaycan hökuməti 2009-cu ildə bütün bölmələrdə iqtisadi fəallığı artırmağa nail olub, sosial layihələri, investisiya və infrastruktur proqramlarını uğurla başa çatdırıb. Hökumət həm daxili maliyyə resursları, həm də xarici investisiyaların artımı hesabına bütün infrastruktur layihələrini uğurla davam etdirməyə nail olub.
2009-cu ili uğurlu makroiqtisadi göstəricilərlə başa vuran Azərbaycanda artım meyilləri 2010-cu ilin əvvəllərindən başlayaraq davam etməkdədir. Yeni maliyyə ilinin ötən dövrü üzrə iqtisadiyyatın bir sıra sahələrində qeydə alınan makroiqtisadi göstəricilər ötən illə müqayisədə daha pozitivliyi ilə diqqəti cəlb edir. Belə ki, yanvar ayında iqtisadi-sosial, infrastruktur və investisiya bölmələrində artım meyilləri 10 faizi ötüb. 2010-cu ilin ötən iki ayında 9 faizdən çox artıb və bununla yanaşı, milli məhsulun strukturunda bəzi sahələrin dinamik inkişafı daha yüksək olub. Məsələn, iqtisadiyyatın ən aparıcı və perspektivli sahələrindən olan sənayedə artım dinamikası daha yüksək göstəricilərlə müşayiət olunub. Sənaye sektorunda inkişaf tempi 13,5 faiz təşkil edib.
2009-cu ildə Azərbaycana 9,2 milyard dollar investisiya qoyulub ki, bunun 7,3 milyardı daxili sərmayələrdir. Yəni, ölkə iqtisadiyyatına yatırılan investisiyaların böyük bir hissəsi, təxminən 80 faizi Azərbaycanın daxili resurslarından ibarətdir. Bu tendensiya isə respublikamızın yüksək maliyyə potensialına malik olduğunu göstərir. ötən il investisiya, infrastruktur layihələrinin icrasının davam etdirilməsi ilə yanaşı, hətta onların maliyyə tutumu və miqyası bir qədər də genişləndirilib. Böhrana baxmayaraq, ötən il ölkəmizdə dəyəri 1 milyard dollara bərabər olan bir neçə nəhəng layihənin təməli qoyulub ki, bu da respublikamızda investisiya fəallığının daha da genişlənməsinə stimul vermiş olur. Xarici investisiyaların həcmi 2 milyard dollardan artıq olub. 2010-cu ilin ilk günlərindən etibarən bölgələrdə irimiqyaslı investisiya layihələrinin həyata keçirilməsi geniş vüsət alıb və bu prosesdə əvvəlki illərdə olduğu kimi, dünyanın ən nüfuzlu maliyyə institutları və bankları iştirak etməkdədir.
Göründüyü kimi, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından ötən bir il ərzində ölkəmizdə dinamik inkişaf meyilləri davam edib, bütün iqtisadi bölmələrdə fəallıq təmin edilib, investisiya qoyuluşları davamlı olub, əhalinin sosial şəraitinin yaxşılaşması və digər tədbirlər uğurla həyata keçirilib.
Prezident İlham Əliyev regionların inkişafı ilə bağlı ötən il görülmüş işləri təqdir edib və uğurların davamlı olacağına inandığını bildirib: “Keçən il regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam etmişdir.ümumiyyətlə, keçən il 74 min yeni iş yeri açılmışdır. Bu da onu göstərir ki, bu proses davam edir. Baxmayaraq ki, biz işsizliklə bağlı əsas məsələləri demək olar həll etmişik”.
Yeni iş yerlərinin yaradılması geniş vüsət alıb...
Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət ölkənin hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verib. Regionlarda infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturunun, sosial infrastrukturun inkişafı istiqamətində uğurlu nəticələr qazanılıb. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb olub. Bölgələr arasında iqtisadi tarazlığın bərpa olunması, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bütövlükdə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb.
2009-2013-cü illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası yeni iş yerlərinin yaradılması istiqamətində strateji hədəflərin də uğurla yerinə yetirilməsinə səbəb olmaqdadır. Proqramın icra olunduğu 2009-cu il ərzində 5314 yeni müəssisə fəaliyyətə başlayıb ki, onların da böyük əksəriyyəti rayonlarda istifadəyə verilib. 2009-cu ildə ölkədə 73613 yeni, o cümlədən, 54515 daimi iş yerləri yaradılıb. 2010-cu ilin ötən 2 ayı ərzində də minlərlə yeni iş yeri açılıb. ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarının icrası nəticəsində son altı ildə 850 mindən çox yeni iş yeri yaradılıb.
Prezident İlham Əliyev regionların inkişafına xüsusi diqqət göstərdiyindən bölgələrdə həyata keçirilən yenidənqurma işlərini və layihələrin icra vəziyyətini daim nəzarətdə saxlayıb, davamlı olaraq rayonlara səfər edib. Son bir ildə ölkə başçısının regionlara və Bakı şəhərinin rayonlarının kənd və qəsəbələrinə səfərləri mütəmadi xarakter daşıyıb. Dövlət başçısı bölgələrdə və paytaxtda yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Prezident İlham Əliyev 2009-cu ildə Mingəçevir, Yevlax, Bərdə, Gədəbəy, Şəmkir, Gəncə, Göygöl, Naxçıvan, Hacıqabul, Quba, Qusar, İsmayıllı, Ağsu, Goranboy, Şamaxı rayonlarına, eləcə də, 2010-cu ilin ötən dövrü ərzində Ağdaş, Göyçay, Qəbələ rayonlarına səfərlər edib və ən mühüm infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub.
Prezident İlham Əliyevin regionlara səfərləri davamlı xarakter daşıyır...
Prezident İlham Əliyev regionlara səfərləri çərçivəsində Mingəçevirdə “River side” mehmanxanasının, Yevlaxda “EL-TV” regional televiziya şirkətinin, “İnter Qlass” Açıq Səhmdar Cəmiyyətinin şüşə məmulatları zavodunun, “Qaradağ Sement” ASC-də yeni sobanın, Gədəbəy qızıl-mis zavodunun, Gəncədə “Ramada Plaza” mehmanxanasının, Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun, “Şahdağ” Elektrik Stansiyasının, Hacıqabulda kərpic zavodunun açılış və təməlqoyma mərasimlərində iştirak edib. ölkə başçısı, həmçinin, bir sıra infrastruktur və nəqliyyat obyektlərinin tikintisinin və bərpasının vəziyyəti ilə də yaxından tanış olub. Dövlətimizin başçısı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində körpü tipli yolötürücünün, Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tunelin, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yolötürücüsünün, Bakıda beynəlxalq avtovağzal kompleksinin, Xırdalan dairəsində tunel tipli yolötürücünün, Şəmkir çayı üzərində inşa ediləcək dəryaçanın və həmin rayonda Olimpiya-İdman Kompleksinin, Masazır qəsəbəsi yaxınlığındakı körpünün, Naxçıvan-Sədərək avtomobil yolunun, Bilgəh-Sumqayıt avtomobil yolunun, Babək prospektindəki yeni yol qovşağının, Milli Məclisin yeni korpusunun, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının, Xətai və Babək prospektlərinin kəsişməsində tikilən körpü-tunelin, “Qəbələ” mehmanxanasının, Turizm-istirahət kompleksinin, Müalicə-Diaqnostika Mərkəzinin, Qəbələ Olimpiya-İdman Kompleksinin, “İstisu” sağlamlıq və istirahət mərkəzinin, “Qafqaz-Park” Gənclik Mərkəzinin, “Qafqaz Sahil” mehmanxana kompleksinin, “Fitnes” sağlamlıq mərkəzinin və “Qafqaz Resort” mehmanxanasının açılış mərasimlərində iştirak edib. Həmçinin, Heydər Əliyev prospektindəki yeni tunel yolunun və yeraltı piyada keçidinin, Beynəlxalq Muğam Mərkəzinin, Müasir İncəsənət Muzeyinin, Mingəçevirdə Heydər Əliyev muzeyinin, Suraxanı rayonunda Heydər Əliyev Mərkəzinin, Naxçıvan şəhərində Heydər Əliyev Sarayının, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun, Talassemiya Mərkəzinin, Yevlax Şahmat məktəbinin, Yevlax Xalq Teatrı binasının, bu rayondakı Uşaq xəstəxanasının, Bərdə şəhərində musiqi məktəbinin, həmin rayonda Tarix-diyarşünaslıq muzeyinin və Müalicə-Diaqnostika mərkəzinin, Gədəbəydə Aşıq Musiqi Məktəbinin, Göygöl mədəniyyət və istirahət parkının, Nizami Gəncəvinin abidəsində aparılan yenidənqurma işlərinin, Bakı Tennis Akademiyasının, Psixonevroloji Uşaq Evinin, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının, əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş Təzəpir məscid kompleksinin, Gimnastika Kompleksinin, Şahbuz rayon mərkəzi xəstəxanasının yeni binasının, Şərur rayonunda Olimpiya-İdman Kompleksinin, Naxçıvan şəhərində Doğum Mərkəzinin, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun, Bəstəkarlar İttifaqının binasının, Hacıqabulda Uşaq Tibb Mərkəzinin istifadəyə verilməsi, Şamaxıda yeni məişət və elektrotexnika məhsulları zavodlarının açılış və təməlqoyma mərasimlərində də iştirak edib.
Prezident İlham Əliyev regionlara səfərləri zamanı etdiyi çıxışlarında bildirib ki, bölgələrdə genişmiqyaslı layihələrin icarsı uğurla davam etdirilir və bu tədbirlər davamlı olacaq: “Bu il, gələn il və ondan sonrakı illərdə bölgələrdəki mövcud problemlərin həlli üçün daha da böyük işlər görüləcəkdir”. Qarşıdakı illər ərzində kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, azad rəqabət mühitinin təmin edilməsi, infrastruktur təminatının ən yüksək səviyyəyə çatdırılması, bölgələrdə məşğulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçiriləcək.
Azərbaycanın iqtisadi yüksəlişi uzunmüddətli və davamlı olacaq...
2010-cu ildə və sonrakı illərdə bölgələrdə yeni dövrün tələblərinə uyğun olaraq zəruri tədbirlər görüləcək. Bu müddət ərzində inkişafın dinamikası yeni tələbləri ortaya çıxaracağından hökumət buna uyğun addımlar atmağı planlaşdırır. Ən qabaqcıl texnologiyalardan istifadə olunması, beynəlxalq tələblərə uyğun layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn, infrastruktur obyektlərinin tikintisi və müəssisələrin yaradılması zamanı yeni inkişaf erasının tələbləri nəzərə alınacaq və beynəlxalq standartlara uyğun qurulması yerinə yetiriləcək. Beş il ərzində ölkədə istehsalın genişləndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı sahəsində rəqabətqabiliyyətli iqtisadiyyatın, infrastrukturun, investisiya mühitinin daha da yaxşılaşdırılması və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
Azərbaycanın iqtisadi yüksəlişi uzunmüddətli və davamlı olacaq. üDM-in həcminin 2013-cü ildə 73 milyard manata çatacağı proqnozlaşdırılır. Respublikamızın yüksəkgəlirli ölkə statusuna malik olması sosial proqramların maliyyə tutumunun artırılmasına imkan verəcək. Bu isə əhalinin gəlir əldə etmək imkanları genişləndirmək, yaşlı əhalinin, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, təhsil və səhiyyə sahəsində xidmətlərin keyfiyyətini yüksəltmək, sosial infrastrukturu inkişaf etdirmək kimi strateji məqsədələrin reallaşmasına zəmin yaradacaq.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1103 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31