/ / Prezident İlham Əliyev XDMX-nin xüsusi rabitə və informasiya təhlükəsizliyi departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışında iştirak edib
Prezident İlham Əliyev XDMX-nin xüsusi rabitə və informasiya təhlükəsizliyi departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışında iştirak edib
17.03.2010 [11:17]
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev inzibati binanın açılışını bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub.
Foyedə Ulu öndər Heydər Əliyevin büstü qoyulu, ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş fotoguşə yaradılıb.
Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov binada aparılmış yenidənqurma işləri barədə dövlətimizin başçısına məruzə edib.
Prezident İlham Əliyev mərkəzin videokonfrans otağında olub. Burada yaradılmış şəraitlə tanışlıqdan sonra videobağlantı yaradılıb.
DATA mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, burada Prezidentin 2004-cü il 29 dekabr tarixli Fərmanının və 2005-ci il 21 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən və hazırda Avropa dövlətlərinin əksəriyyətində istifadə olunan “TETRA” radiorabitə sisteminin, “AzStateNet” optik DWDM şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilib, bu məqsədlə “TİA942” standartlarına cavab verən 2 DATA mərkəzi yaradılıb.
Dövlət Proqramına müvafiq olaraq 2008-ci ilin sonlarında ölkənin 55 rayon mərkəzində, əvvəlcə neft kəmərlərinin mühafizəsini təmin etmək məqsədi ilə Bakı-Ağstafa, Bakı-Xudat istiqamətləri boyunca, sonra isə Bakı-Astara istiqaməti boyunca “TETRA” rabitə sistemi yaradılıb. Bu il Bakı-Şamaxı-Zaqatala-Balakən avtomobil yolu boyunca da bu sistemin quraşdırılıb istifadəyə verilməsi planlaşdırılır. 2011-ci ilin sonunadək isə ölkənin bütün ərazisinin tam əhatə olunması nəzərdə tutulur. Hazırda Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, həmçinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, bir sıra digər qurumların ümumilikdə 5430 radiostansiyası “TETRA” radiorabitə sisteminə qoşulub.
Sonra Prezident İlham Əliyev “AzStateNet” optik DWDM şəbəkəsi ilə tanış olub. Məlumat verilib ki, bu şəbəkə dövlət orqanları və onların yerli strukturları arasında yüksək sürətli informasiya mübadiləsi aparmağa imkan verir. Hazırda bu şəbəkə vasitəsilə 128 dövlət orqanı yüksək sürətli internetlə təmin edilib.
Dövlətimizin başçısı binada quraşdırılmış videonəzarət mərkəzi ilə də tanış olub. Mərkəz vasitəsilə mühüm əhəmiyyətli kabel-kommunikasiya sistemlərinin real rejimdə işləməsinə daimi nəzarət təmin olunub. Binada 60 əməkdaşın işləməsi üçün müasir texnika və mebellərlə təchiz olunmuş 22 otaq istifadəyə verilib.
Binanı fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya və 2 generator quraşdırılıb. Bina müasir mərkəzləşdirilmiş havalandırma, siqnalizasiya və buraxılış sistemləri ilə təchiz olunub. Ən müasir standartlara cavab verən yeməkxana da şəxsi heyətin ixtiyarına verilib.
Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51

