Yol-nəqliyyat infrastrukturunda inkişaf meyilləri intensiv xarakter alıb
30.03.2010 [08:18]
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr paytaxtın və bütün regionların həyatında mühüm dönüş yaradıb. Son 6 ildə nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı həyata keçirilən genişmiqyaslı layihələr bu sektorda inkişaf meyillərini daha da dərinləşdirib. Hazırda nəqliyyat sektoru inkişaf dinamikasına görə, qeyri-neft bölməsində əsas sahələrdən biri hesab olunur. Həmin sahədə inkişaf tempi hər il artmaqda davam edir. 2004-2009-cu illərdə nəqliyyat sektorunda 3 dəfədən çox artım müşahidə olunub.
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin ən mühüm prioritetlərindən biri respublikamızda müasir standartlara cavab verən nəqliyyat obyektlərinin və genişşəbəkəli nəqliyyat sisteminin yaradılmasına nail olmaqdır. ötən illər ərzində nəqliyyat bölməsində əldə olunmuş uğurlu nəticələr bu sektorun dinamik inkişafının təmin olunmasından xəbər verir. 2004-2009-cu illər ərzində regionlarda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri çərçivəsində 150 km-dən çox yeni magistral yol çəkilib. Eləcə də, 1000 km-dən artıq magistral, 800 km-dən çox respublika əhəmiyyətli və 3000 km-ə yaxın yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb. Bu müddətdə təxminən 70-dən çox yeni körpü tikilib, 40-a yaxını isə təmir edilib.
Həyata keçirilən genişmiqyaslı layihələr nəqliyyat sektorunun ən iri investisiya tutumlu sahə olmasını şərtləndirmiş olur. Bu sektorda dinamizm elementlərini möhkəmləndirən əsas amillərdən biri Azərbaycanın nəqliyyat infrastrukturunun Avropanın ən inkişaf etmiş dövlətlərinin yol təsərrüfatı ilə bağlı standartlarına, ən son texnologiyalarına uyğun qurulmasıdır. Bu gün dünyada tətbiq olunan ən modern avadanlıqlar və vasitələr respublikamızın yol təsərrüfatında istifadə olunur.
Nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı proqramlar ən ucqar rayonları və cəbhə bölgələrindəki yaşayış məntəqələrini də əhatə etməklə, ümumi dövlət siyasətinin başlıca istiqamətlərindən birinə çevrildiyini təsdiqləyir. Füzuli rayonunun Zobucuq yaşayış massivində yeni çəkilmiş 15 kilometrlik yol, eləcə də, körpünün açılışı nəqliyyat siyasəti ilə bərabər, hökumətin sosial qayğısının təzahürü kimi dəyərləndirilə bilər.
ötən il dünya maliyyə böhranına baxmayaraq ölkəmizdə yol tikintisi və nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı işlər davamlı olub və ümumi investisiyaların böyük bir hissəsi də məhz bu sahəyə yönəldilib. Məsələn, ötən il həm büdcə vəsaitləri, həm də xarici investisiyalar hesabına nəqliyyat infrastrukturu təminatının daha da yaxşılaşdırılması və dünya standartlarına uyğunlaşdırılması ilə bağlı layihələr icra olunub. ölkəmiz və region dövlətləri üçün mühüm əhəmiyyət kəsb edən transmagistral layihələrin - Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı işlər davam etdirilib.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev yol-nəqliyyat sektorunda həyata keçirilən işləri daim diqqət mərkəzində saxlayır və bu sahədə icra olunan layihələrin həm təməlqoyma, həm də açılış mərasimlərində iştirak edir. Dövlət başçısı təkcə 2009-cu il və 2010-cu ilin ötən ayları ərzində regionlara 27 dəfə səfər edib və 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak edib. Həmin obyektlərin sırasında yol-nəqliyyat layihələri xüsusi üstünlük təşkil edir.
2009-cu ildə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində körpü tipli yolötürücüsü, Heydər Əliyev prospektindəki dəmiryol körpüsünün yanındakı ikinci yardımçı körpü-tuneli, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən tunel tipli yolötürücüsü, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Xırdalan dairəsindəki tunel tipli yolötürücüsü, Xətai və Babək prospektlərinin kəsişməsində tikilən körpü-tunel, Masazır qəsəbəsi yaxınlığındakı körpü, Bakı-Şamaxı, Naxçıvan-Sədərək, Bilgəh-Sumqayıt, Ucar-Yevlax avtomobil yolları, Babək prospektindəki yeni yol qovşağı, Tovuz və Qubada inşa olunmuş yeni körpülər və digər nəqliyyat infrastrukturuna aid obyektlər istifadəyə verilib. ümumiyyətlə, ötən il yol-nəqliyyat bölməsində 700 kilometrdən çox yol çəkilib və təmir olunub.
Xatırladaq ki, ölkəmizdə yol təsərrüfatının yenidən qurulmasında beynəlxalq maliyyə qurumlarının yönəltdiyi sərmayələr də mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq maliyyə institutlarının yol-nəqliyyat layihələrinə yönəltdiyi kreditlərin məbləği ötən 6 il ərzində 1 milyard dolları ötüb. Təkcə Dünya Bankı (DB) bu sahəyə 500 milyon dollardan artıq vəsait yönəldib. Hazırda DB yol hərəkətinin tənzimlənməsi layihəsi çərçivəsində respublikamıza 1 milyard dollar kredit ayırmaq niyyətindədir. Bank Bakı və şəhərətrafı yol təsərrüfatının modernləşdirilməsi, paytaxtla ətraf əraziləri birləşdirən yeni dairəvi yolların çəkilməsi, 2-3 mərtəbəli yol şəbəkələrinin salınması, avtomobillərin həm üfiqi, həm də şaquli hərəkəti üçün yeraltı keçid və tunellərin inşa edilməsi və Azərbaycanın Rusiya və İran sərhədlərinədək olan istiqamətlər üzrə ən mühüm layihələri maliyyələşdirməyi planlaşdırır.
Dünya Bankı ilə yanaşı, Asiya İnkişaf Bankı, Küveyt Fondu, İslam İnkişaf Bankı, Abu Dabi İnkişaf Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Fransanın “BNR Paribas” Bankı və çex İxrac Bankı Azərbaycan hökuməti ilə birgə avtomobil yollarının yenidən qurulması layihələrinə maliyyə dəstəyi göstərməkdədir.
Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi ölkəmizin nüfuzunun və strateji mövqeyinin möhkəmlənməsinə baza yaradıb. Böyük İpək Yolunun istifadəyə verilməsi və Bakı-Qars-Tbilisi tranzit dəhlizlərinin yaradılması istiqamətində işlərin həlledici mərhələyə qədəm qoyması isə Azərbaycanın regionda Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzi nöqtəsinə çevrilməsinə səbəb olmaqdadır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

