/ / Tahir Budaqov: Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyində hər zaman müstəsna xidmətləri ilə yadda qalıb
Tahir Budaqov: Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyində hər zaman müstəsna xidmətləri ilə yadda qalıb
11.12.2021 [15:03]
“Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyində hər zaman müstəsna xidmətləri ilə yadda qalıb. Dünyada yaşayan bütün azərbayanlılar Heydər Əliyevin əziz xatirəsini daim uca tutur. İnsanlar Ulu Öndərimizin anım günündə Fəxri xiyabana axışaraq onun xatirəsini böyük ehtiramla yad edirlər”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
Tahir Budaqov bildirib ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Onun sözlərinə görə, 1993-cü ildə respublikamızın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı vaxtda xalqın təkidli tələbi ilə Ulu Öndər hakimiyyətə qayıdıb müstəqilliyimizi itirmək təhlükəsindən xilas edərək Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardı: “Heydər Əliyevin Azərbaycan Prezidenti kimi 1993-2003-cü illərdə gördüyü böyük işlər, onun müəyyənləşdirdiyi işıqlı yol bugünkü güclü, qüdrətli Azərbaycanın yaradılmasının təməlini qoyub. Ümumiyyətlə, bütün sahələrdə Heydər Əliyev siyasəti öz bəhrəsini verir. Bu böyük yolun kulminasiyası olaraq ötən il Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz ərazi bütövlüyümüzü təmin edərək Ulu Öndərimizin ən ümdə arzusunu yerinə yetirdi. Bu gün Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə Avrasiya məkanında böyük nüfuza malik dövlət olaraq regional məsələlərin həllində, bölgənin siyasi mənzərəsinin formalaşmasında mühüm rol oynayır. Təbii ki, bütün bu proseslərin təməlində Heydər Əliyevin müəyyən etdiyi siyasət dayanır. Ulu Öndərimizin azərbaycançılıq ideologiyası ətrafında bütün azərbaycanlılar birləşiblər. Bunun nəticəsində dünyada yüz illərlə formalaşmış erməni yalanlarının ifşa olunması, Azərbaycan və xalqımız haqqında mənfi imicin darmadağın edilməsi, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ərazi bütövlüyümüzün tanınması ilə bağlı sənədlərin qəbul olunmasına nail olunub. Eyni zamanda, Heydər Əliyev Azərbaycanın iqtisadiyyatını tamamilə yenidən qurub, milli maraqlarımıza əsaslanan neft strategiyası formalaşdırıb. İqtisadiyyatın dirçəldilməsi, hərbi quruculuq sahəsində görülən işlər və digər uğurlar nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlət kimi qəbul olunmasını şərtləndirib. Möhkəm təməllər üzərində müəyyənləşdirilmiş siyasət nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlət kimi bundan sonra da böyük nailiyyətlərə imza atmaq əzmindədir”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

