Armen Sarkisyan niyə istefa verdi?
24.01.2022 [17:18]
Yaxud “səlahiyyət müharibəsi” Paşinyanın qələbəsi ilə başa çatdı
Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, istefasının səbəblərindən bəhs edərkən mövcud səlahiyyətlərinin daxili və xarici siyasətdə həlledici qərar qəbul etməyə imkan vermədiyini bildirib. A.Sarkisyan “Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”, -deyə vurğulayıb. Ermənistan cəmiyyətində isə istefa ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir – fərqli rəylər və proqnozlar ifadə olunur.
Müxtəlif rəylər, fərqli proqnozlar...
Məsələni daha çox diqqət mərkəzində saxlayanlar isə siyasilər, xüsusilə də parlamentarilərdir. “Hayastan” blokundan olan deputat Artur Kazinyan Sarkisyanın istefasının geosiyasi çalarları olduğunu bildirib. O, hadisələrin sonrakı inkişafının hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara biləcəyini söyləyib. Deputat Ermənistan dövlətçiliyinin mövcudluğunun aktual və müzakirə məsələsi olduğunu deyib. “Ermənistan” müxalif fraksiyasından olan deputatı Andranik Tevanyan isə deyib ki, istefa verdiyini elan etmiş prezident Armen Sarkisyan respublikanın hüdudlarından kənardadır. Məlumata əsasən, Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərini başa vurduqdan sonra tibbi müayinədən keçmək üçün qısamüddətli məzuniyyətə gedib, qayıtması barədə məlumat yoxdur. “Şərəf duyuram” fraksiyasının lideri Artur Vanesyan belə bir qənaət ifadə edib ki, Armen Sarkisyanın istefası dövlətin qarşısında duran heç bir problemi həll etmədiyi üçün gecikmişdi və ya mənasını itirdi: “Prezidentin istefası heç bir problemi həll etmir. Sağlam siyasi məntiq çərçivəsində ölkənin indiki hakimiyyətinin davranışını anlamaq kifayət qədər çətindir, hətta mümkün deyil. Sarkisyan dövlətimiz üçün ən çətin situasiyalarda və ən mühüm proseslərdə Konstitusiyanın ona verdiyi minimum səlahiyyətlərdən istifadə etməyib”.
Bəzi müxaliflər qeyd edirlər ki, Sarkisyan başlaya biləcək proseslər çərçivəsində siyasi məsuliyyətdən yayınmaq üçün istefa verib. Politoloq Vigen Akopyan isə deyib ki, Ermənistan prezidentinin istefası konstitusiya dəyişiklikləri həyata keçirmək və yarım-prezident idarəetmə formasına qayıtmaq məqsədi daşıyır. Hökumətin bu yolla getdiyini deyən siyasi şərhçinin qənaətinə əsasən, o ya istefaya məcbur edilib, ya da bu reallığı bildiyindən getmək - uzaqlaşmaq yolunu seçib. “Bütün bu proseslərin son məqsədi Paşinyanın parlament çoxluğundan asılılıq dərəcəsini azaltmaq, öz səlahiyyətlərini genişləndirməkdir. Bu sistemə qayıtmaq ona hakimiyyəti gücləndirmək üçün ciddi imkanlar verir. Konstitusiya dəyişiklikləri ilə bağlı referenduma getmək barədə qərar qəbul edildikdən sonra və bu proses uğurla başa çatarsa, bir neçə aydan sonra prezident seçkiləri təyin olunacaq”,-deyən ekspert istisna etməyib ki, konstitusiya dəyişiklikləri və seçki prosesləri başlanandan sonra prezidentliyə Paşinyan yox, başqa namizəd irəli sürülə bilər. Onun sözlərinə görə, hər şey daxili və xarici siyasi vəziyyətdən asılı olacaq: “Nikol Paşinyan dövründə, xüsusən də 44 günlük müharibədən sonra Ermənistan kənardan idarə olunur və hər şeyi Paşinyan həll etmir. Bu, xarici nəzarət altında olan ölkələr üçün xarakterikdir”.
Bütövlükdə, siyasi analitiklər istefanın sadə məsələ olmadığını, müxtəlif amillərdən qaynaqlandığını, fərqli nəticələrə yol açacağını bildirirlər.
Öncə siyasi rəqiblər, sonra hərbi elita, sonda isə prezident...
Sirr deyil ki, son zamanlar Armen Sarkisyanla Nikol Paşinyan arasında “səlahiyyət müharibəsi” müşahidə edilirdi. Xüsusilə də, İkinci Qarabağ müharibəsində Ermənistanın ağır məğlubiyyətdən sonra Sarkisyan fəallığını artırmışdı, o, Paşinyanı güzəşt xarakterli müəyyən qərarlar verməyə vadar etməyə çalışırdı. Həmin dövrdə çevriliş çağırışı ilə çıxış edən Baş Qərargah rəisinə dəstək verilməsi də Armen Sarkisyanın Paşinyan üzərində növbəti təzyiq vasitəsi idi. Məlumatlara əsasən, bütün bunların fonunda bu iki siyasi fiqur arasında aparılan konfidensial danışıqlarda prezidentin səlahiyyətlərinin artırılması məsələsi müzakirə edilmişdi və Paşinyan seçkilərdən sonra bu istiqamətdə müvafiq addımlar atmaq barədə bəzi vədlər vermişdi. Təbii ki, bu, əslində, baş nazirin növbəti gedişi, yaxud siyasi taktikası idi. Çünki o, növbədənkənar seçkilər ərəfəsində sabitliyi təmin etmək, rəqiblərindən gələn təzyiq dalğasının gücünü qırmaq – ona qarşı siyasi müqaviməti zəiflətmək üçün belə bir söz vermiş - gediş etmişdi. Amma parlament seçkilərindən sonra vədin yerinə yerinə yetirilməməsi baş nazirlə prezident arasında yeni “siyasi buzlaşma”ya səbəb oldu. Digər tərəfdən, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması məsələsində ortaq yanaşmanın olmaması – siyasi məsuliyyəti birgə bölüşmək iradəsinin ifadə edilməməsi tərəflər arasında uçurumu genişləndirən – ziddiyyətləri dərinləşdirən növbəti amil idi.
Beləliklə, Paşinyanın ilk mərhələdə siyasi rəqiblərini məğlubiyyətə uğratdıqdan, daha sonra isə hərbi elitanı neytrallaşdırdıqdan sonra sıra Armen Sarkisyanda idi. Mövcud şəraitdən istifadə etməklə və inzibati resursları işə salmaqla prezidenti istefaya məcbur etmək hədəf kimi müəyyənləşdirilmişdi və ssenari məntiqi sonluğuna çatdı...
İstefada revanşistlərin rolu varmı?
Bununla yanaşı, Armen Sarkisyanın istefasında revanşistlərin, daha dəqiq desək, Sarkisyan-Koçaryan cinayətkar cütlüyünün əlinin olması ehtimalı da var. İstefa qərarının bəhs olunan qruplaşmaların təhriki əsasında qəbul edilməsi istisna deyil.
Məlumdur ki, Armen Sarkisyan 2018-ci ildə Serj Sarkisyanın planı və nəzarəti əsasında prezident seçilmişdi. Serjik o zaman respublikanın üsul-idarəsinin dəyişməsindən və baş nazir seçilməsindən sonra öz hakimiyyət iradəsinə tabe olan Armeni prezident postuna gətirməyə nail olmaqla mühüm təsir imkanları qazanacağını düşünürdü. Amma evdəki hesabın bazara uyğun gəlməməsi – inqilab vasitəsilə devrilməsi Serj Sarkisyanın siyasi arzularının yarımçıq qalmasına səbəb oldu. Amma bundan sonra Armen Sarkisyanın Sarkisyan-Koçaryan cütlüyü tərəfindən Paşinyana qarşı təzyiq amili kimi istifadə edilməsi istisna deyildi. Xüsusilə də, müharibə dövründə və postkonflikt mərhələsində bu meyilləri müşahidə etdik. Son zamanlar isə N.Paşinyanla A.Sarkisyan arasında münasibətlərin gərginləşməsində - siyasi çatların dərinləşməsində bəhs olunan revanşist qruplaşmaların trolu və təsiri açıq hiss olunurdu. Bu amil real olduğu halda, istefa məsələsinə müxtəlif prizmalardan yanaşan Ermənistan mediasının revanşistlərin prosesdə roluna dair hər hansı bir məqama nəzər yetirməməsi qəribə - təəccüblüdür.
Proseslər hansı ssenari ilə cərəyan edəcək?
Artıq hadisə baş verib – Armen Sarkisyanın istefası reallıqdır. İndi müzakirə predmetinə çevrilən əsas məsələ bundan sonra hansı proseslərin müşahidə olunacağıdır. Ekspertlər, əsas etibarilə, iki ssenari üzərində dururlar. Birincisi, yeni prezident seçkilərinin keçirilməsi: prezident parlamentdə seçildiyindən seçkilərin ilk mərhələdə başa çatması üçün 80 səs çoxluğu lazımdır. Paşinyanın rəhbərlik etdiyi partiyada təmsil olunlar isə 79 nəfərdən ibarətdir. Belə olan halda, əlavə 1 səs lazımdır, bunun üçün rəqiblərlə müəyyən siyasi alver vasitəsilə dəstək qazanılması taktikası işə salına bilər. Yetərli səs çoxluğunun təmin olunmaması səsvermənin ikinci mərhələyə daşınmasına səbəb ola bilər. Amma bütün hallarda hakim partiyanın, başqa sözlə, Paşinyanın siyasi təsir imkanları daha güclüdür. İkincisi, konstitusiya islahatları vasitəsilə ölkədə idarəetmə üsulunun dəyişdirilməsi – prezident, yaxud yarım-prezident üsul-idarəsinə keçidin təmin olunması: Paşinyan bu zamana qədər müxtəlif çıxışlarında bu məsələ ilə əlaqədar bəzi mesajlar verib. İndi ehtimal edilən variantlardan biri konstitusiya islahatlarından sonra seçkilərin keçirilməsi və Paşinyanın ali icraedici orqanda rəhbər post tutmaqla ölkəni növbəti müddətə idarə etmək səlahiyyəti qazanmasıdır.
Hakimiyyət, yoxsa dövlətçilik böhranı?
Digər tərəfdən, hazırkı proseslər fonunda siyasi qüvvələr tərəfindən səsləndirilən fikir və bəyanatlar xüsusilə iki məqamın üzərinə işıq salır. Birincisi, bu ölkədə hələ də siyasi sistem, dövlətçilik ənənələri təşəkkül tapmayıb, siyasi mədəniyyət yalnız kağız üzərindədir. İkincisi, beynəlxalq arenada asılı dövlət kimi tanınan forpost Ermənistanda hələ də siyasilərin təfəkküründə müstəqillik ideyası yoxdur. Onlar hansısa xarici geopolitik mərkəzlərə bağlı olduqlarını bəyan etməklə özlərini önə çıxarmağa və siyasi xal qazanmağa çalışırlar. Bu isə Ermənistanın dövlət suverenliyinin olmamasının, de-yure müstəqilliyinin isə formal xarakter daşımasının təsdiqidir.
Bəzi ekspertlər məğlub Ermənistanda baş verən hadisələrin hakimiyyət böhranı, həmçinin siyasi xaosun göstəricisi olduğunu ifadə edirlər. Amma məsələ təkcə hakimiyyətdaxili mübarizə, yaxud iqtidar içərisində qruplaşmaların toqquşması olmadığına görə proseslər dövlətçilik böhranını əks etdirir. Başqa sözlə, siyasi krizis vəziyyəti təkcə hakimiyyəti deyil, bütövlükdə Ermənistan dövlətini əhatə edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27