Prezident məmurların davranış və əxlaq kodekslərini müəyyən edir
18.02.2022 [23:54]
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyev Bakı şəhərinin Nizami və Nərimanov rayon icra hakimiyyətlərinin, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyətinin başçılarını videoformatda qəbulu zamanı çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. Qarşıda duran əsas vəzifələrin icrasından bəhs edən dövlət başçısı vurğuladı ki, Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir: “Amma bu, o demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə qarşısında hələ də problemlər var və bu problemlər həll olunmalıdır”.
Strateji vəzifələr uğurla icra olunur, yola davam...
İlham Əliyev milli maraqlara və müasir çağırışlara əsaslanan siyasət həyata keçirməklə yeni milli inkişaf modeli - Azərbaycan nümunəsi yaradıb. Bu gün Azərbaycanın dayanqlı iqtisadi sistemi inkişaf etməkdə olan ölkələr üçün mütərəqqi örnəkdir. Pandemiya şəraitinin yaratdığı çətinliklər fonunda inkişaf etmiş ölkələrin ciddi problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan risklərdən qoruna, iqtisadiyyatın funksionallığını təmin edə bilib. Neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının artırılması, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi mühüm tədbirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əlbəttə, bu nailiyyətlərlə kifayətlənmək olmaz. Qarşıda duran strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycanın milli gücünün artmasını təmin edəcək. Bir sözlə, yola davam!
Yeni çağırış - postmüharibə dövründə özəl sektorun üzərinə mühüm vəzifələr düşür
Dövlət başçısının diqqət yetirdiyi mühüm məsələlərdən biri özəl sektorun inkişafı istiqamətində addımların atılması - sistemli fəaliyyətin aparılmasıdır. Azərbaycan Prezidenti “Son vaxtlar özəl sektorun inkişafı nəticəsində biz daha böyük uğurlara nail olmuşuq” , - deyə vurğulayıb. Ümumiyyətlə, İlham Əliyev özəl sektorun, sahibkarlığın inkişafına, sahibkarlıq subyektlərinin dəstəklənməsinə xüsusi diqqət yetirir, bu istiqamətdə mütəmadi olaraq müvafiq qərarlar qəbul edir, sənədlər imzalayır. Aparılan islahatlar və həyata keçirilən dəstək tədbirləri çoxminli sahibkarlar ordusunun öz imkanlarını asanlıqla reallaşdıra bilməsinə və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfələr verməsinə hədəflənib. Kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması, sahibkarlıq subyektlərinin, xüsusilə qadın və gənc sahibkarların ümumi daxili məhsulda, məşğulluqda iştirak payının daha da yüksəldilməsi üçün zəruri tədbirlər görülür. Prezident İlham Əliyev sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında iştirak edir. Sahibkarlar isə onların fəaliyyətinə dövlət tərəfindən dəstəyin göstərilməsini yüksək qiymətləndirirlər. Bu isə sahibkarların sosial məsuliyyətinin artırılmasına təkan verir. Bütün bunların nəticəsidir ki, ölkəmizin sosial-iqtisadi inkişafında özəl sektorun çox yüksək payı var və burada sahibkarların rolunun önəmi vurğulanmalıdır. Bunlarla yanaşı, ölkəmiz 2030-cu il?dək olan dövrü əhatə edən yeni strateji mərhələyə daxil olub. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması hədəflənib. Burada, həmçinin özəl sektorun perspektiv inkişafını özündə ehtiva edən bir sıra müddə?lar öz əksini tapıb. Beləliklə, bu mərhələdə respublikamızda kiçik və orta biznesin dinamik inkişafı mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib və atılacaq addımlar iqtisadi inkişafa əlavə təkan olacaq.
Dövlət başçısının toxunduğu vacib məsələlərdən biri postmüharibə dövründə özəl sektorun üzərinə böyük vəzifələrin düşməsidir: “İndiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür. Əlbəttə ki, ilk növbədə, onlar azad edilmiş torpaqlara fikir verməlidirlər və orada öz işlərini qurmalıdırlar”. Təbii ki, ?urada əsas məqam işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə, həmçinin sərmayə qoyuluşuna - müvafiq yatırımlara, iş yerlərinin yaradılmasına xüsusi diqqət göstərilməsidir. Bu, təkcə özəl sektorun inkişafı deyil, həm də məşğulluğun, iqtisadi fəallığın artırılması baxımından olduqca önəmlidir. Belə fəallıq, eyni zamanda, Böyük Qayıdışın və layiqli-dayanıqlı məskunlaşmanın təmin olunmasına vacib töhfə olar. Bütövlükdə, bu, milli və hər bir sahibkarın xüsusi diqqətində olmalı məsələdir.
Məmurun məsuliyyəti - xalqa xidmət öhdəliyi
Azərbaycan Prezidenti bəhs olunan qəbul zamanı kadr siyasəti - kadrların seçilməsi və fəaliyyəti ilə də əlaqədar önəmli məqamları diqqətə çatdırdı. Təbii ki, bu, islahatlar kursunun mühüm tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında və rəhbərliyi altında görülən işlər nəticəsində ölkənin idarəetmə sistemi təkmilləşdirilir, yeni kadr siyasəti bir sıra neqativ halların aradan qalxmasını təmin etməklə yanaşı, idarəetmənin təkmilləşməsinə xidmət edir.
Dövlətin onurğa sütununu yerində olan və idarəetmə aparatını işlək vəziyyətdə saxlayan məmurlar təşkil edirlər. Prezident İlham Əliyev güclü lider, təcrübəli və praqmatik siyasətçi, müdrik dövlət adamı kimi bu reallığı nəzərə alır, müvafiq addımlar atır. Kadr islahatlarının məqsədi idarəetmədə səmərəliliyin artırılması, ölkənin inkişafı naminə yenilikçi və təşəbbüskar qüvvələrin enerjisindən - potensialından istifadənin təmin olunmasıdır. Dövlət başçısı “Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır”, - deyə vurğulayıb.
İlham Əliyevin yanaşması birmənalı, tələbi aydındır. Kadrlar peşəkar olmaqla, müasir biliklərə yiyələnməklə yanaşı, vətənpərvər, dövlətə sadiq, xalqa bağlı olmalı, öz üzərinə düşən vəzifələri vicdanla, şərəflə və ləyaqətlə yerinə yetirməlidirlər: “Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır”.
İlham Əliyev qeyd edib ki, hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Dövlət başçısı bu yanaşmasını daim diqqətə çatdırır, şərt - tələb kimi məmurların qarşısında qoyur. Amma təəssüflər olsun ki, bəzi hallarda vəzifəli şəxslər öz səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuzluqlara, cinayət əməllərinə yol verirlər. Prezidentin qeyd etdiyi kimi, bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmır. Onlar cinayət məsuliyyətinə cəlb olunurlar, qanun qarşısında layiqli cəzalarını alırlar. Bu, bir daha dövlət başçısının “Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir” fikrini əyani şəkildə təsdiqləyir.
Vəzifə həm öhdəlik, həm də məsuliyyətdir. Güclü və firavan Azərbaycan naminə xalqa xidmət məsuliyyətinin dərk olunması və buna müvafiq şəffaf, dürüst, vicdanlı işləmək öhdəliyidir. “Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir”, - deyən dövlət başçısının idarəetmə məntiqi və fəlsəfəsi xalqa şərəfli, ləyaqətli xidməti özündə əks etdirir. Ən əsası, Azərbaycan Prezidenti məmurların davranış və əxlaq kodekslərini müəyyən edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20

