Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni hədəflərə doğru...

Yeni hədəflərə doğru...

05.03.2022 [10:03]

Nurlan QƏLƏNDƏRLİ

Azərbaycan inkişafı siyasi təkamül yolu ilə təmin edən ölkələrdəndir. Burada iki məqam diqqəti xüsusi cəlb edir: bütün sahələri əhatə edən kompleks islahatların həyata keçirilməsi və resursların qarşıda duran strateji hədəflər üçün səfərbər olunması.

İslahatlar davamlı xarakter daşıyır. Xüsusilə də, 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı reformaların reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin edib. Paralel olaraq ölkəmiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından istifadə edərək milli məqsədlərini reallaşdırır - hədəflərə çatır. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası bu səpkidə xüsusi qeyd edilməlidir. Hərb meydanında qazanılmış Qələbənin siyasi və diplomatik müstəvidə strateji prosesə çevrilməsi isə əsas vəzifədir. Bu, daha qüdrətli Azərbaycan deməkdir. Dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar yeni mərhələdə qarşıda duran vəzifələri reallaşdırmağa imkan verir. Xüsusilə də, ölkənin ictimai-siyasi həyatında yeniləşmə və müasirləşmənin təmin olunmasına yönəlik tədbirlər bu səpkidə böyük önəm daşıyır.

5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının keçirilməsi də islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, YAP-ın 2018-ci ildə keçirilmiş VI qurultayından ötən  vaxtda ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib. Ölkədə parlament və prezident seçkiləri keçirilib, cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər olub, yeni siyasi konfiqurasiya yaranıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və s. Bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranıb. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edib. Beləliklə, partiyanın VII qurultayının keçirilməsi bu baxımdan müstəsna önəm daşıyıb.

 Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” ,- deyə vurğulayıb. Dövlət başçısı, eyni zamanda, qarşıya çox mühüm vəzifələr qoyub. Bunlar partiyanın və ölkəmizin inkişafı, qarşıda duran hədəflərə çatmaq baxımından müstəsna önəm daşıyır. Eyni zamanda, VII qurultayda qəbul edilən qərarlar və daha sonra görülən işlər milli maraqlara və müasir çağırışlara adekvat müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsinə imkan verir. Bu, həm də partiyanın fəaliyyətində keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu baxımdan, bir neçə məqama xüsusi diqqət yetirmək məqsədəuyğun olar.

Əvvəla, Yeni Azərbaycan Partiyasının daha təkmil idarəetmə forması müəyyən olunub. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunub. Digər müavin və partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavinin təyin edilməsi idarəetmənin təkmilləşdirilməsi üçün vacib və əlamətdardır. Əlbəttə, partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amildir.

Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması fəaliyyətin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb,  kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də partiyanın İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlərin təyinatı olub. Eyni zamanda, “Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru təyin edilib. Bütün bunlar peşəkarlığın və işin səmərəliliyinin artırılması baxımından olduqca faydalı və əhəmiyyətlidir. 

Yeni Azərbaycan Partiyasının VII qurultayı, eyni zamanda, YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını şərtləndirib. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi isə siyasi sistemin inkişafı baxımından önəmlidir. Digər tərəfdən, bu, siyasi dialoq prosesinə mühüm töhfələr verən YAP-ın müsbət imicini, ictimai-siyasi prestijini göstərir. Ümumiyyətlə, YAP əməkdaşlığa açıq və siyasi dialoq ilə bağlı prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.

Ən mühüm məqamlardan biri YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət və yeni reallıqların əks olunduğu Proqramının təsdiq edilməsidir. Yeni Proqramda siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətləri əhatə olunub, siyasi dəyərlər və prinsiplər, əsas hədəflər əksini tapıb.  Bu, eyni zamanda, gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir.

Bunlarla yanaşı, YAP qurultaydan ötən bir il ərzində xarici təmaslarını və beynəlxalq əlaqələrini uğurla davam etdirib, Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə, reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfələr verib. Ötən il Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında Əməkdaşlığa dair Niyyət Protokolunun imzlanması, hər iki partiyanın birgə təşkilatçılığı ilə videoformatda konfransların keçirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu baxımdan xüsusi qeyd edilməlidir. Hakim partiyalar olan YAP ilə AK Parti arasında təmasların intensiv xarakter daşıması və çoxşaxəli əlaqələrin əhatə dairəsinin qarşılıqlı səfərlər vasitəsilə genişləndirilməsi çox mühüm əhəmiyyətə malikdir. Bu, heç şübhəsiz:

- Bir millətin iki dövləti arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan, zirvədə olan münasibətlərin daha da möhkəmləndirilməsinə;

- Ortaq tarixi keçmişə, milli dəyərlərə və mənəvi bağlılığa malik xalqlarımızın birliyinin gücləndirilməsinə;

- Qlobal informasiya platformasında hər iki ölkənin maraqlarının müdafiə olunmasına, dezinformasiyaların qarşısının alınmasına və qara piar kampaniyasının iflasa uğradılmasına və s. müstəsna töhfədir. 

Bununla yanaşı, 2021-ci ildə Ukraynanın, Qazaxıstanın hakim partiyaları, eləcə də Çin Kommunist Partiyası və digər bir sıra partiyalarla faydalı təmasların davam etdirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə üçün önəmlidir.

Bütövlükdə, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan olacaq. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin başlanğıcıdır. Şübhə yoxdur ki, qalib xalqın Zəfər partiyası olan YAP bundan sonra da milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına, Azərbaycanın qüdrətinin artmasına və strateji hədəflərə çatmasına müstəsna töhfə verəcək!

Paylaş:
Baxılıb: 748 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30