Sülh sazişinə doğru bir addım
08.04.2022 [09:45]
ATƏT-in “turizm idarəsi” - Minsk qrupu lüzumsuz təsisata çevrilir
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı keçirdiyi görüşlərdə regionda sülh, sabitlik-təhlükəsizlik, əməkdaşlıqla əlaqədar çox mühüm məsələlər və məqamlar müzakirə olunub. Xüsusilə də, Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü - üçtərəfli görüş zamanı postmünaqişə mərhələsinin reallıqları diqqət mərkəzində olub. 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq edilməsi üçün humanitar addımların davam etdirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar konkret addımların atılması, kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib. Prezident Mişel gərginliklərin aradan qaldırılmasında yaxından çalışmağın, Ermənistan və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və regionda yaşayan bütün xalqların faydası naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın təşviq edilməsinə Avropa İttifaqının sadiq olduğunu bildirib. O, həll olunmamış bütün humanitar məsələlərin tam və çevik həllinə ehtiyacın olduğunu, o cümlədən hələ də saxlanılmaqda olan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı məsələnin hərtərəfli həllini vurğulayıb və Avropa İttifaqının bu işə dəstək olmağa hazır olduğunu bildirib. Qeyd olunub ki, Avropa İttifaqı öz növbəsində Azərbaycan və Ermənistan arasında etimadın qurulması tədbirlərinə və humanitar məqsədli minatəmizləmə səylərinə, o cümlədən ekspert məsləhətini təmin etməyə davam etməklə münaqişədən əziyyət çəkən əhaliyə maliyyə yardımının artırılması, bərpa və yenidənqurma işlərinə dəstək olacaqdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin Brüssel görüşü ilə əlaqədar məlumatında isə vurğulanıb ki, Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır.
Əlbəttə, Azərbaycan Prezidentinin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni formatın - Brüssel sülh gündəliyinin yaranması təmasların intensivləşdirilməsi və nəticəyə yönəlik fəaliyyətin davam etdirilməsi baxımından əhəmiyyətlidir. Sonuncu görüşün sonucları da bu reallığı təsdiqləyir. Daha dəqiq desək:
- İlk növbədə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını - prosesin davam etdiyini göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Təbii ki, burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur. Bu isə prosesin Azərbaycanın əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir;
- Razılığa gəlinən digər məsələ sərhədlərin dəqiqləşdirilməsi ilə əlaqədardır. Tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradacaqlar. Beləliklə, sərhəddə gərginlik aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi maneəsiz və ardıcıl davam etdirilir. Bu da tərəflər arasında etimad quruculuğu baxımından önəmlidir. Çünki mübahisəli məqamların aradan qaldırılması tərəflərin mövqelərinin yaxınlaşdırılmasına və ortaq - birgə hərəkət mexanizminin yaradılmasına xidmət edir;
- Digər vacib məqam minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, eyni zamanda, itkin düşmüş şəxslərin tapılması ilə bağlıdır. Avropa İttifaqı bu məsələdə Azərbaycana dəstək - kömək göstərəcəyini bəyan edir. Bu, regionda təmasların - əlaqələrin intensivləşdirilməsi baxımından əhəmiyyətlidir;
- Paralel olaraq İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması kommunikasiya xətlərinin bərpası, dəmir yolu və avtomobil yolunun çəkilməsi barədə qərarın icrası baxımından vacibdir. Bu, Cənubi Qafqazda yeni işbirliyi imkanlarının formalaşdırılması, region dövlətlərinin və bölgədənkənar qüvvələrin maraqlarının uzlaşdırılacağı əməkdaşlıq platformalarının əsasının qoyulması üçün etibarlı zəmin formalaşdırır.
Diqqətçəkən məqamlardan biri Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilməməsi və ya keçmişin qalığı olan ATƏT MQ həmsədrlik institutuna istinadın olmamasıdır. Bəs bu, nəyi göstərir?
- Əvvəla, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq beynəlxalq səviyyədə, o cümlədən Aİ-nin timsalında qəbul edilir. Avropa İttifaqı postmüharibə reallığı ilə əlaqədar mövqeyini Azərbaycanın yanaşmasına uyğun müəyyən edir;
- İkincisi, yeni mərhələdə ATƏT-in Minsk qrupu artıq faydasız - lüzumsuz təsisat kimi qəbul olunur. Bəzi qüvvələr ATƏT-in “turizm idarəsi” rolunda çıxış edən Minsk qrupunu yenidən proseslərə cəlb etməyə çalışırdılar. Azərbaycanın mövqeyi isə bəlli idi (və bəllidir): 30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Bir sözlə, bu qurum “turist diplomatiyası” ilə məşğul olub. Münaqişə isə həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas və ehtiyac yoxdur. İndi əsas məsələ müharibəsonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr Bəyanatında əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. “Siyasi reanimasiya” şəraitində olan Minsk qrupu isə varlığını qorumağa çalışsa da, yeni mərhələnin şərtlərinə və çağırışlarına fəaliyyət üçün konkret təklif və təşəbbüslərlə çıxış etmir;
- Artıq Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Yeni mərhələdə müzakirə predmeti “münaqişə qalıqları” deyil, postmünaqişə reallıqlarıdır.
Təbii ki, Avropa İttifaqının qərəzsiz və bitərəf qüvvə kimi Cənubi Qafqaz regionunda etimad quruculuğu prosesində fəal iştirak etməsi faydalı və önəmlidir. Çünki:
- Aİ regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının tərəfdarı kimi, müvafiq təklif və təşəbbüslərlə çıxış edir;
- Avropa İttifaqı bu prosesdə Bakının mövqeyini əsas götürür. Çünki bu mövqe haqlı və qalib tərəfin, etibarlı tərəfdaşın yanaşmasını özündə əks etdirir, quruculuğa və proqressə xidmət edir.
Beləliklə, Brüssel görüşünün nəticələri ümidverici - müsbət və gələcəyə yönəlikdir. Reallıq budur ki, Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Proses davam edir!
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07
