O bizim Mehribandır
05.05.2022 [09:46]
Mehriban Əliyeva: Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir.
İlhamə HƏKİMOĞLU
Qarabağ uğrunda müqəddəs müharibəmizin ilk günləriydi. Qəhrəman ordumuzun zəfərlərinin ardı-arası kəsilmirdi. Amma şəhid, qazi xəbərləri də alırdıq. Heç bir qələbə itkisiz qazanılmır çünki. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qazilərin görüşünə getmişdi. Dövlət başçısı ilə görüş yaralı hərbiçilərə ruh verir, vətən uğrunda sağlamlıqlarını itirsələr də, gözləri qürurla parlayırdı. Yalnız onun gözlərində yaş gilələnmişdi. Mehriban xanım kövrəlmiş, göz yaşlarını, qəhərini, şəhidlərimiz üçün ürək sızıltısını gizləyə bilməmişdi. Hər görüşdə öz doğma qardaşlarını, balalarını görürmüş kimi yaxınlaşırdı hərbçilərə. Bu görüşlərə dövlət başçısının xanımı, Birinci vitse-prezident kimi yox, ana şəfqəti, ana nəvazişi, ana böyüklüyü ilə gəlirdi. Mehriban xanım bundan öncə də şəhid və qazi ailələrinə öz himayəsini, qayğısını əsirgəməmiş, bir rəhbər təmkini ilə yanaşı, həm də el anası qayğısını sərgiləmişdi.
Hələ 2016-cı ildə Heydər Məscidində Mehriban Əliyeva adından Aprel döyüşlərində şəhid olmuş hərbçilərə ehsan verildi. Azərbaycanın birinci xanımı balasını itirmiş analara, atasız qalmış uşaqlara, ərini itirmiş gəlinlərə başsağlığı verəndə də kövrəldiyini gizlədə bilməmişdi, lakin hər kəs yaxşı bilirdi ki, bu zəiflik deyil. Ürəyi şəhid yarası almış hər qadın yaxşı bilirdi ki, bundan sonra arxasında Mehriban xanım kimi böyük bir dayaq olacaq.
O, Vətən uğrunda canından keçmiş şəhidlərin ailələrinə qayğı məqsədilə başlatdığı hər yeni layihəyə, keçirdiyi hər bir tədbirə qadın zərifliyini, ana ürəyinin hərarətini qatırdı.
Hər dəfə qazilərlə görüşdə onlara olan dərin hörmətini, belə qardaşları olduğu üçün qürurlandığını dilə gətirirdi: “Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bombalar altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.
O, İlham Əliyevin xanımı olmaqla yanaşı, sədaqətli yol yoldaşıdır. Bu illər ərzində dövlət başçısının dəmir iradəsini, qətiyyətini Mehriban xanımın şəfqəti və mərhəməti tamamladı. Onlar dövləti himayə edən qoşa qanad kimidirlər. Biri digərinə güc verir. İlham Əliyevin yanında və arxasında ən birinci o dayandı, ona arxa-dayaq olduğunu hiss etdirdi. Atdığı hər bir addım İlham Əliyevin yürütdüyü siyasətin davamı oldu, Mehriban xanım Azərbaycanda humanizmin, yumşaq gücün simvoluna çevrildi.
2018-ci ilin aprelində yenidən dövlət başçısı seçildikdən sonra Prezident İlham Əliyevin ilk imzaladığı Fərman məhz şəhid ailələri ilə bağlı idi. Şəhid ailələrinə və müharibə veteranlarına qayğı dövlətin prioritetinə çevrilmişdi və bu vəzifəni öz üzərinə məhz Mehriban xanım çəkmişdi.
Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezidentin köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır. Onun hamiliyi ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirir. Ötən müddət ərzində yüzlərlə zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. II Qarabağ müharibəsində şəhid və qazi olanların ailələrinə də eyni şəkildə qayğı göstərilir. İllər keçdikcə şəhid və qazi ailələrinin sosial müdafiəsi daha da gücləndiriləcək.
Onun humanitar yöndə zəngin, fədakar, səriştəli fəaliyyəti digər dövlətlərin birinci xanımlarına örnək olmalıdır. Mehriban xanımın ictimai-siyasi istiqamətdə gördüyü bütün işlər Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi istiqamətində verilmiş töhfədir.
Sevgi və hörmət elə bir duyğudur ki, kimsə onu zorla və ya sifarişlə əldə edə bilməz. Sevgi və hörmət insanın öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri əsasında qazanılır. Xalq onun mərhəmətini, şəfqətini, diqqətini, qayğısını sevdi. Mehriban xanım əyilib yaşlı bir ananın qarşısında diz çökəndə, bir şəhid anasını qucaqlayıb, ürəyi onunla birlikdə yananda, ağbirçək bir nənənin əllərindən öpəndə, şəhid balasını köksünə sıxanda, qazimizin yarasına sığal çəkəndə könlümüzdə taxt qurdu.
Başqalarının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq, sosial problemləri yalnız dövlətə yükləmədən, həllinə elliklə çalışmaq, cəmiyyətin bütün təbəqələrini həmin problemlərin həllinə cəlb etmək, xalqın birliyi, sosial rifahının yüksəlməsi naminə fəaliyyət - bax, budur onun missiyası. Ona inam sonsuzdur. Təsadüfi deyil ki, hər gün ünvanına minlərlə ümid dolu məktublar uçur. O, Azərbaycan ailələrinin güvəndiyi, inandığı xeyirxah mələkdir. Müraciət edən hər kəs mütləq şəkildə dəstək alacağına əmindir. Çünki öz dediyi kimi, o, bizdən biridir, bizim Mehribandır.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

