Azərbaycanda İKT sahəsində ciddi uğurlar əldə olunub
25.11.2010 [10:07]
Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biri də informasiya kommunikasiya texnologiyaları (İKT) sektorudur. Bakı Ekspo Mərkəzində öz şinə başlayan 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi (“BakıTel 2010”) bunu bir daha sübut etdi. Belə ki, sərgidə dünyanın 15 ölkəsindən 120-dək şirkət iştirak edir. Sərgiyə qatılan şirkətlərin təqribən 60%-ini isə Azərbaycan şirkətləri təşkil edir. Sərgidə yerli şirkətlərdən “Azercell Telekom”, “Azərfon”, “Delta telekom”, “Aztelekom” İstehsalat Birliyi, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi, “Teleradio” İstehsalat Birliyi, eləcə də, “Ultra”, “AZEL” və s. şirkətlər öz stendlərində ölkəmizdə İKT sahəsində əldə olunan son nailiyyətləri sərgiləyirlər. Heç də təsadüfü deyil ki, noyabrın 23-də, sərginin rəsmi açılış mərasimində iştirak edən Prezident İlham Əliyev həmin şirkətlərin stendləri ilə tanış olarkən ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə etdi.
ümumilikdə götürdükdə, İKT sektoru hazırda Azərbaycan milli iqtisadiyyatında inkişaf sürətinə görə, energetika sektorundan sonra ikinci yeri tutur.
Son illərdə İKT sektorunda gəlir artımı illik 30-35 faizə çatıb. Qarşıdakı illərdə bu meyilin davam edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, bir neçə il ərzində, bu, enerji sektorundan əldə olunan gəlirə yaxınlaşacaq, 2018-2020-ci illər ərzində isə hətta onu üstələyəcək. Qeyri-neft sektorunda İKT sənayesi, tikinti sənayesindən sonra, vergi gəlirləri gətirən ikinci ən geniş sənaye sahəsidir. 2008-ci ildə telekommunikasiya və poçt rabitəsinə qoyulan investisiyalar 270,5 milyon dollara bərabər olub ki, bunun da müvafiq olaraq 52,2 milyon dolları dövlət müəssisələrinin, 218,3 milyon dolları isə özəl müəssisələrin payına düşür. Bununla da, ölkədə yüksək texnologiya avadanlıqlarının istehsalı üçün uzunmüddətli imkanlar yaradılır. Təkcə 2008-ci ildə İKT sektorunda göstərilən istehsal xidmətlərində 28,3 faiz artım qeydə alınıb.
Yeri gəlmişkən qeyd edək ki, ümumilikdə İKT sahəsi, ölkənin davamlı iqtisadi inkişafına nail olmaq üçün son dərəcə mühüm vasitədir. Elə bu səbəbdən də Azərbaycan hökuməti həm İKT sektorunun inkişaf etdirilməsində, həm də iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl texnologiyaların tətbiq edilməsində nəzərəçarpacaq dərəcədə uğurlu nəticələr əldə edib.
Azərbaycan müvafiq olaraq özünün elektron hökumət hazırlığını inkişaf etdirib, habelə, qabaqcıl və yeni texnologiyaları tətbiq etməklə, çox mühüm təcrübə əldə edib. Bu da, eyni zamanda, Azərbaycanda ümumi həyat səviyyəsini nəzərəçarpacaq dərəcədə artırıb.
Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanmış “Qlobal İnformasiya Texnologiyaları üzrə Hesabat”a əsasən Azərbaycan 134 ölkə arasında 60-cı yeri tutub və MDB ölkələri arasında öz aparıcı mövqeyi ilə bir çox dövlətləri geridə qoyub. Birləşmiş Millətlər Təşkilatının tərtib etdiyi 2008-ci il “e-Hökumət” təhlili Azərbaycanı Cənubi Qafqaz ölkələri arasında birinci, sorğu aparılmış 182 ölkə arasında isə 89-cu yerdə qeydə alıb.
Sərginin rəsmi açılış mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd etdi ki, hazırda Azərbaycan əhalisinin 50%-i aktiv internet istifadəçiləridir. Ən ucqar bölgələrdə, dağ kəndlərində belə əhalinin sərbəst internetə çıxışı təmin olunub. Hər bir orta məktəbdə xüsusi internet sinifləri fəaliyyət göstərir ki, şagirdlər sərbəst şəkildə İKT-nin imkanlarından faydalana bilirlər. ümumilikdə götürdükdə, İKT-dən təhsil sahəsində də geniş istifadə olunur və 2008-ci ildə ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq 2012-ci ildə Azərbaycanda bütün məktəblərin internetə çıxışı olacağı gözlənilir. Bundan əlavə, Azərbaycanda “e-Hökumət” layihəsinin icrası uğurla davam etdirilir. Hökumət ən müasir İKT-dən geniş miqyasda istifadənin səmərəliliyini artırmaq, hökumət və ümumilikdə cəmiyyətin əlaqələrinin keyfiyyətini inkişaf etdirmək niyyətindədir. İnformasiya texnologiyaları dövlət orqanları və vətəndaşlar arasında qarşılıqlı əlaqə üçün əlavə imkanlar yaradır və hökumətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlılığını artırır, bu da öz növbəsində şəffaflığı daha da artırır.
Sərgidə geniş çeşiddə təqdim olunan xidmətlər arasında mobil rabitə xüsusi ilə diqqəti çəkir. “Azercel” və “Azərfon” şirkətləri ziyarətçilərə həm yeni model mobil telefonlar, həm də öz yeni xidmət növlərini təqdim edirlər.
ümumiyyətlə götürdükdə, son 5 il ərzində ölkə ərazisində (80 % ərazi nəzərdə tutulur) olan əhalinin 100 faizi mobil rabitə ilə təmin olunub. Azərbaycanın mobil rabitə bazarı inkişaf etməkdə olan ölkələrin çoxu ilə müqayisədə daha yaxşı inkişaf edib. Hazırda hər 100 nəfərdən 75-i mobil rabitə istifadəçisidir və mobil rabitə bazarından gələn gəlirlər İKT sektorundan gələn ümumi gəlirlərin təxminən 65 faizini təşkil edir.
Azərbaycanın İKT sahəsindəki ən böyük uğurlarından biri, sözsüz ki, milli peykimizin kosmosa çıxarılması olacaq. Bu haqda sərginin ziyarətçiləri ətraflı məlumat almaq imkanına malikdirlər. Bu, 2012-ci ildə reallaşacaq. Peykimizin kosmosda fəaliyyətə başlaması isə ölkəmizin İKT sahəsində qazanmış olduğu nüfuzunu daha da artıracaq.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

