Azərbaycan ordusu regionda ən güclü ordudur
24.12.2010 [09:09]
Müharibə şəraitində yaşayan, ərazisinin 20 faizi işğal altında olan bir ölkə kimi Azərbaycanın güclü orduya, inkişaf etmiş müdafiə sənayesinə malik olması dövlətin və əhalinin təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Heç də təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu sahəsinin ölkə üçün prioritet əhəmiyyət daşıdığını dəfələrlə bəyan edib. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan ordusu regionun ən güclü ordusuna çevrilib. Dövlət başçısının Sədərək rayonunda ictimaiyyətlə görüşündə söylədiyi kimi, bu gün Azərbaycan ordusu Cənubi Qafqazda ən qüdrətli ordudur: “Ordumuz hər il daha da güclənir və ordu quruculuğu üçün bütün lazımi tədbirlər görülür”.
Son illər ordu quruculuğu sahəsində görülən işlər çərçivəsində hərbçilərin peşəkarlıq səviyyəsi artırılır, yeni növ silah-sursat, hərbi texnika alınır. Eyni zamanda, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, ordunun döyüş qabiliyyətinin artırılması üçün əsaslı tədbirlər görülüb. Digər tərəfdən, demək olar ki, hər il keçirilən hərbi təlimlər artıq ənənəvi hal alıb və Azərbaycan ordusunun yüksək potensialını nümayiş etdirir.
Bu gün tam məsuliyyətlə deyə bilərik ki, ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inkişaf etmiş ölkələrdən müxtəlif mürəkkəb əməliyyatları yerinə yetirən yüzlərlə adda dəzgah və avadanlıq alınıb. Eyni zamanda, Azərbaycanda hərbi sənayenin inkişafı ölkəmizin həm də hərbi məhsullar istehsal etməsinə imkan verir. Artıq müdafiə təyinatlı məhsulların istehsalı ilə Azərbaycan öz ordusunu gücləndirməklə bərabər, dünyada da istehsalçı ölkə kimi tanınmağa başlayıb. Belə ki, ölkəmiz iştirak etdiyi beynəlxalq sərgilərdə yerli məhsulları nümayiş etdirməklə bir sıra dövlətlərin şirkətlərinin marağına səbəb olub və artıq bu istiqamətdə əməkdaşlıq əlaqələri də qurulub. Müdafiə sənayesi naziri Yavər Camalovun bu günlərdə jurnalistlərə müsahibəsində də bildirdiyi kimi, nazirlik yaradılandan sonra qarşıya qoyulan ilk vəzifə Sovet dövründən qalan müəssisələrin bərpası və yenidən qurulması, onların bazasında müdafiə təyinatlı məhsulların istehsalı oldu. Elə bu məqsədlə də zavodlar rekonstruksiya olunub, 31 istehsalat sahəsi yaradılıb. Hazırda həmin istehsalat sahələrində müxtəlif kalibrli atıcı silahlar, döyüş sursatları, maskalanma torları, qumbaraatanlar, minalar, zirehli texnikalar, NATO standartlarına cavab verən “Zəfər” və “Zəfər-K”, “İnam” adlı tapançalar istehsal olunur. Nazirin sözlərinə görə, 2010-cu ildə müdafiə təyinatlı məhsulların istehsalında 2006-cı illə müqayisədə 115 dəfə artım olub. ötən illə müqayisədə isə artım 3,6 dəfə olub. Göründüyü kimi, hərbi sənayenin təkmilləşdirilməsi istiqamətində bu müddət ərzində çox böyük işlər görülüb. 2011-ci ildə isə müdafiə sənayesi daha da genişləndiriləcək. Belə ki, gələn ilin mart ayına qədər 8 yeni istehsalat sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da yeni növ silah və sursat istehsalının həyata keçirilməsi deməkdir.
Ordu quruculuğu sahəsində nəzərdə t
utulan tədbirlərin həyata keçirilməsi üçün isə hər il büdcədən külli miqdarda vəsait ayrılır. Azərbaycanın sürətli inkişafı və artan maliyyə imkanları bütün digər sahələrə olduğu kimi, ordu quruculuğuna da öz təsirini göstərir. Bunun bariz göstəricisi kimi, hərbi xərclərin ödənməsinə ayrılan büdcə vəsaitlərinin ildən-ilə artırılmasını göstərə bilərik. Belə ki, 2003-cü ildə hərbi xərclərə 135 milyon dollar həcmində vəsait ayrıldığı halda 2010-cu ildə bu məbləğ 2 milyard dollardan artıq olub. Bu isə o deməkdir ki, son 7 ildə hərbi sahəyə ayrılan vəsait 15 dəfə artırılıb.
Onu da qeyd edək ki, bu göstərici ilə dövlət büdcəsindən hərbi xərclərə ayrılan pay birinci yerdə dayanır. Bununla da dövlət başçısı 7 il əvvəl dediklərini reallaşdırmış oldu. Belə ki, Prezident İlham Əliyev hələ o zaman qətiyyətlə bildirmişdi: “Mən bəyan etmişəm ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi dövlət büdcəsi qədər olacaq”. Həqiqətən də, Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsi qədərdir. Gələn il ölkənin bütün hərbi xərclərinin 2 milyard 500 milyon manat olacağı gözlənilir ki, bu da 2 milyard dollardan bir qədər artıq olan Ermənistanın dövlət büdcəsindən çoxdur.
Dövlət başçısı, həmçinin, şəhid ailələrinin, müharibə veteranlarının sosial durumunu daim diqqət mərkəzində saxlayır. Belə ailələrin sosial-maddi imkanlarının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamları əsasında irimiqyaslı layihələr reallaşdırılıb, onların mənzillə təmin olunması həyata keçirilib.
Görülən bu işlərlə yanaşı, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülüb. O cümlədən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Hərbi Doktrinanın qəbul olunması olduqca böyük tarixi hadisə idi. Sənəddə ölkənin təhlükəsizliyini təmin edən bütün müddəalar öz əksini tapır, həmçinin, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünə təhlükə törədən faktorlar sadalanır. Mövcud təhlükələri aradan qaldırmaq üçün isə ölkənin hərbi potensialından maksimum istifadə olunmalı, ordunun strateji və taktiki hazırlıq məsələləri tam həyata keçirilməli, döyüş qabiliyyəti yüksəldilməlidir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində xeyli işlər görülüb. Təsadüfi deyil ki, Azərbaycan ordusu istər maddi-texniki baxımdan, istərsə də hərbçilərin mənəvi-psixoloji hazırlıq səviyyəsinə görə, bölgədə ən güclü ordudur. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş aparmaq, ölkəni istənilən hücumdan müdafiə etmək gücündədir. O da məlumdur ki, ordumuz işğalçı Ermənistan ordusundan dəfələrlə güclüdür. Bu isə Azərbaycana istənilən vaxt hərbi yolla öz ərazi bütövlüyünü müdafiə etməyə imkan verir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22

