Azərbaycan Prezidenti geosiyasi inqilab edib
29.10.2022 [10:00]
Vəziyyətin fövqəladə və mürəkkəb olmasına baxmayaraq...
Müharibənin başa çatmasından iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, hələ də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olunmayıb. Bütövlükdə, iki ölkə arasında münasibətlərin nizamlanması və sülh prosesi çətin irəliləyir.
Ermənistanın sülhdən imtina edilməsinə, vaxt uzadılmasına hesablanan manipulyasiyalara əl atdığının şahidi oluruq. Ermənistan rəsmiləri müxtəlif bəhanələr səsləndirsələr də, rəsmi İrəvanın üçtərəfli Bəyanatın ayrı-ayrı müddəaları ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdləri ortadadır. Məsələn, Ermənistanın silahlı birləşmələri indiyədək Azərbaycan torpaqlarından tam şəkildə çıxardılmayıb. Eləcə də, bəhs olunan sənədin mühüm müddəalarından sayılan 9-cu maddə hələ də yerinə yetirilməyib - kommunikasiyalar açılmayıb, Azərbaycanın fəallığına rəğmən, Ermənistan bu istiqamətdə konkret fəaliyyətə keçməyib. Məğlub ölkənin belə qeyri-konstruktiv davranışları sülh prosesinin ləng irəliləməsinə və regionda təhlükəsizliyə, sabitliyə təhdid hallarının qalmasına səbəb olur.
Eyni zamanda, biz ayrı-ayrı ölkələrin və bəzi beynəlxalq təşkilatların özlərini sülh prosesinə qatmaq cəhdlərinin şahidi oluruq. Təəssüf doğuran haldır ki, həmin ölkələr və təşkilatlar tərəfindən Ermənistanın nümayiş etdirdiyi manipulyasiyalar adekvat dəyərləndirilmir və sülh prosesinə əngəllər yaradan bu ölkəyə qarşı təzyiq tədbirləri görülmür. O da müşahidə edilir ki, müəyyən dairələr regionda öz maraqlarının təmin olunmasına çalışırlar.
Əslində, postmüharibə dövründə müşahidə edilən belə gəlişmələr işğal faktının davam etdiyi üç onillik ərzində baş verənlərin, keçmiş status-kvonun məqsədli şəkildə uzadılması cəhdlərinin davamı təəssüratını yaradır. O dövrdə də işğalçı beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmır, əksinə, tərəflər arasında bərabərlik işarəsi qoyulmasına çalışılırdı. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev vasitəçilərin belə loyallığını qəbul etmir və ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin və beynəlxalq hüququn təmin olunması prinsipindən geri çəkilmirdi. İşğal dövründə və postmüharibə mərhələsində cərəyan edən mürəkkəb proseslərdən o qənaət hasil olur ki, Azərbaycan Vətən müharibəsində Qələbəyə həm də çox mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə nail olub.
Ermənistan dərk etməlidir ki, onun üçün “yol bitib”. Azərbaycanın şanlı Zəfəri sayəsində regionda yeni reallıqlar formalaşıb. Vaxtilə Azərbaycanın sülh çağırışlarını adekvat qarşılamayan Ermənistan son nəticədə “dəmir yumruq”la üz-üzə qaldı və onun üçün kapitulyasiya sənədi sayılan üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Yeri gəlmişkən, oktyabrın 27-də baş tutan Valday Beynəlxalq Diskussiya Klubunun 19-cu iclasının plenar sessiyasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin, münasibətlərin normallaşması ilə bağlı hərəkət edək. Putin qeyd edib ki, Rusiya Ermənistan üçün beş rayonu Azərbaycana verib, iki rayonu - Kəlbəcərlə Laçını - Qarabağla əlaqə üçün saxlamağı təklif edib: “Axı Ermənistan faktiki olaraq Azərbaycanın yeddi rayonuna nəzarət edirdi. Təklif etdik ki, iki rayonu saxlasın. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşarıq. Beş rayonu verin. Onlar lazım deyildi. Saxlamaq mənasızdır. Onlar boş qalan rayonlardır, insanlar oradan gedib, faktiki olaraq həmin ərazilərdən qovulub. Onlar niyə saxlanılmalıdır? Bunun heç bir mənası yoxdur. Amma Qarabağla əlaqəsi olan iki rayon olduqca böyükdür. Hesab edirik ki, qaçqınların oraya qaytarılması ədalətli olardı. Bu, ümumilikdə regionda vəziyyətin normallaşması üçün yaxşı addım olardı. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugünkü vəziyyətə gətirib çıxardı”.
Putinin “Valday”dakı çıxışından bəlli olur ki, Rusiya Kəlbəcərin və Laçının danışıqlar vasitəsilə Azərbaycana qaytarılmasına tərəfdar olmayıb. 27 il ərzində Azərbaycanın öz mövqeyindən geri çəkilməməsi, ərazi bütövlüyünün tam şəkildə təmin olunmasını qətiyyətlə tələb etməsi bu kimi planların həyata keçirilməsinə imkan verməyib.
Situasiya isə artıq dəyişib. Vətən Müharibəsində qazanılan Qələbə ilə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev əslində geosiyasi inqilab etdi. həm də vəziyyətin fövqəladə, mürəkkəb olmasına baxmayaraq. Vaxtilə regionda “maraqların sintezi”ni yaratmaq istəyən Ermənistanın bütün planları alt-üst oldu. 44 günlük savaşdan sonra isə Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Artıq şərtləri diktə edən tərəf Azərbaycandır. Ermənistan isə məğlub ölkə olaraq vəziyyətlə barışmalı və sülh sazişinə imza atmalıdır. Müharibənin qalib tərəfi olan Azərbaycan sülh prosesində özü üçün hansısa bir imtiyazlar istəmir. Respublikamızın qarşı tərəfə təqdim etdiyi beş bənddən ibarət sülh paketi sırf beynəlxalq hüquq normalarına istinad edilməklə hazırlanıb. Heç bir zaman, heç bir addımında beynəlxalq hüquq normalarına zidd möqe tutmayan Azərbaycan yenə də öz humanist davranışını ortaya qoyur. Bağlanacaq sülh müqaviləsi Ermənistan üçün də yeni imkanlar, yeni perspektivlər yaradacaq. Bunun üçün isə Ermənistan özünün haqsız və yalan iddialarından geri çəkilməli, Azərbaycanın ərazi bütövlüyünü tanımaldır. Əks halda...
Ermənistan intiharı seçəcəkmi?
Razılaşmadan imtina Ermənistan üçün intihardır. Bunu da Rusiya prezidenti Putin deyib. Rusiyanın dövlət başçısı 2020-ci il noyabrın 18-də “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, Ermənistanın Qarabağda nizamlama üzrə razılaşmalardan imtinası “intihar” və böyük yanlış olardı: “Bu intihar olardı. Bu, hər bir tərəfin öz işidir - əldə edilmiş razılaşmalara əməl etmək və ya etməmək, amma bu, böyük yanlış olardı. Ümid edirəm ki, bu baş verməyəcək”.
Təbii ki, bu “intihar formulu” indiki halda daha aktualdır. Burada söhbət yalnız hərbi məğlubiyyətdən getmir. Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı öhdəliklərini pozsa, yenə də dalan olaraq qalacaq. Rəsmi İrəvanın ümid bağladığı dairələr və ya dövlətlər isə ona bu məsələdə heç bir “yardım” edə bilməyəcək. Rusiya üçtərəfli Bəyanatla üzərinə müəyyən öhdəliklər götürüb. Ortada Ukrayna münaqişəsinin uzanmasının yaratdığı reallıqlar da var. O cümlədən, İran üçün də vəziyyət heç də adi deyil. Vaxtilə İranın da rahat şəkildə bəhrələndiyi və bəzi neqativ əməllər üçün istifadə olunan yollar əsl sahibləri tərəfindən geri qaytarılıb. Biz bu ölkə ilə 132 kilometr uzuluğunda sərhədlərimizi nəzarətə götürmüşük. İran əvvəlki sərbəstliyini itirib. Artıq Azərbaycan regionda baş verənlərə hakimdir. Rəsmi Bakı qalib tərəf olaraq sülh prosesində qətiyyət göstərir və müxtəlif güclərin regionda öz maraqlarını təmin etmək cəhdlərinin qarşısını alır. Azərbaycanın haqlı tələbləri heç bir halda mübahisə və müzakirə mövzusu ola bilməz.
Rusiyadan Ermənistana ismarıc - baha başa gələr...
Son zamanlar Rusiya - Ermənistan münasibətlərinin kəskin şəkildə pisləşməsinin şahidi oluruq. Hətta baş nazir Paşinyan uzun zamandır ki, sosial şəbəkələrdə yazdığı postlarda belə rus dilindən istifadə etmir. Amma Putinin “Valday”dakı çıxışından sonra Paşinyan tvitter hesabında rus dilində paylaşım etdi - “Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında beynəlxalq münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılaşıb və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya onun təkliflərini dəstəkləyəcək”.
Bu paylaşımın səbəbi Putinin “Valday”dakı çıxışında Ermənistana da mesaj göndərməsidir - “Sülh müqaviləsi əlbəttə ki, lazımdır. Bizim mövqeyimiz sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir. Eləcə də, sərhədlərin delimitasiyasını, sərhəd məsələsinin tam nizamlanmasını dəstəkləyirik. Biz bunun tərəfdarıyıq. O ki qaldı hansı varinatı seçməyə, bu, Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazırlaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu, Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.
Bu, Rusiyanın Ermənistana “öz seçimini et - ya Qərb, ya biz” ismarıcıdır. Bütün hallarda Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Rusiyadan Ermənistana verilən mesaj isə ondan ibarətdir ki, məndən üz çevirsən, bu sənə daha baha başa gələ bilər...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25

