Tarixi bir gündür - Azadlıq meydanında Zəfər paradı!
10.12.2022 [10:10]
İlham Əliyev: Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır
Ərdoğan: Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm
İnşallah, Azərbaycan qardaşım İlham Əliyevin rəhbərliyi ilə, dastan yazmaqda davam edəcək
Böyük Qələbənin təntənəsi - Zəfər Paradı
Bakının indiki Azadlıq meydanı. Bu geniş, əzəmətli meydan çox izdihamlara şahidlik edib. Burada paradlar da az keçirilməyib. 10 dekabr 2020-ci il tarixində isə Azadlıq meydanında tamam fərqli bir ab-hava, fərqli bir təntənə yaşanırdı. Həmin tarixdə müstəqil Azərbaycanın paytaxtının baş meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.
Şanlı Zəfərə imza atan Ordunun gücünün nümayişi
Azərbaycana 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində şanlı Qələbəni heç kim hədiyyə etməyib. Bu Qələbəni Prezident, Müzəffər Ali Baş Komandan İlham ?liyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını uğurla yerinə yetirən Ordumuzun rəşadəti sayəsində qazandıq. Torpaqlarımız işğal altında qaldığı uzun illər ərzində Azərbaycan sülh danışıqlarında fəal iştirak etməklə yanaşı, həm də ordu quruculuğunu daim gündəlikdə saxlayırdı. Prezident İlham Əliyevin müasir ordu quruculuğu siyasəti həm yüksək səviyyəli kadrların hazırlanmasını, həm də Silahlı Qüvvələrimizin innovativ texnika ilə təchizatını əhatə edirdi. Vətən müharibəsinin nəticələri bir daha göstərdi ki, ölkəmizdə ordu quruculuğu ilə bağlı bütün hazırlıqlar yüksək səviyyədə təmin edilib. 44 günlük müharibəyədək Azərbaycan bir neçə dəfə öz iradəsini və gücünü düşmənə göstərmişdi. 2016-cı ilin Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Aprel döyüşlərində düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi tar-mar oldu. Həmin döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı. Aprel döyüşlərindən iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Ancaq bütün bunlar düşmənə dərs olmadı. Nəhayət, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmənin keçmiş təmas xətti boyunca təxribatları səngimirdi, əksinə, getdikcə daha intensiv hal alırdı. Aydın görünürdü ki, Ermənistan yeni torpaqlar ələ keçirmək istəyir. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin geri qaytarılması uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Müharibə noyabrın 10-da düşmən tərəf üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatın imzalanması ilə yekunlaşdı. Azərbaycan Ordusunun həmlələri qarşısında aciz qalan məğlub Ermənistan həmin sənədlə üzərinə bir sıra öhdəliklər götürdü və sonrakı mərhələdə Ağdam, Kəlbəcər, Laçın rayonlarını respublikamıza döyüşsüz geri qaytardı.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu Qələbə son 200 illik tariximizin ən böyük Zəfəridir. Bəhs olunan tarixdə biz heç vaxt itirilmiş torpaqlarımızın geri qaytarılmasına nail olmamışdıq. Azərbaycan ermənilərin nəzarətinə keçən torpaqlarını ilk dəfə məhz Vətən müharibəsində geri qaytarmağa nail oldu. Zəfər Paradındakı çıxışında şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
Zəfər paradında Ordumuzun gücü bütün dünyaya nümayiş etdirildi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub.
Ermənistana məxsus hərbi texnika Bakıya qənimət kimi gətirildi
İşğal dövründə düşmən ölkənin rəsmiləri bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını geri qaytarmağa cəhd göstərsə, Ermənistan ordusunun texnikası Bakıyadək irəliləyəcək. Belə sərsəm açıqlamalarla ermənilər Ermənistan silahlı qüvvələri barədə “yenilməz ordu” mifi yaratmağa çalışırdılar. Vətən müharibəsinin nəticələri bu mifi tar-mar etdi. Bəli, düşmənin hərbi texnikası Bakıya gəldi, ancaq hərbi qənimət qismində. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Müharibə zamanı 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülüb. Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər texnikaları da hərbi qənimətlər sırasındadır. Düşmən ordusundan götürülən hərbi qənimətlərin bir qismi Zəfər paradında nümayiş olundu. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalarından biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi. Hazırda həmin lövhə Hərbi Qənimətlər Parkının ekspozisiyaları sırasındadır. Xatırladaq ki, ermənilər də zamanında Azərbaycan avtomobillərinin nömrələrindən ibarət lövhə düzəltmişdilər. Həmin nömrələr işğal illərində dədə-baba torpaqlarından qovulan mülki insanların avtomobillərindən çıxarılmışdı. Azərbaycanın nümayiş etdirdiyi lövhədə isə erməni hərbçilərinin qoyub qaçdıqları texnikaların nömrələri yer alır. Bu iki təzadlı nümunə Azərbaycan və Ermənistan orduları arasındakı fərqi aydın şəkildə nümayiş etdirir.
Araz nəğməsini daha gur oxuyacaq
“Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”. Bu fikirləri Zəfər Paradındakı çıxışında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ifadə edib.
Ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” fəlsəfəsinə uyğun olaraq Azərbaycan və Türkiyə şad günlərində də, çətinliklərdə də həmişə bir yerdə olurlar. Qardaş ölkənin nümayəndə heyətinin, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmələri böyük rəmzi məna daşıyır. Vətən müharibəsində qazanılan Qələbənin sevincini bölüşməyə qardaş ölkənin xalqının və dövlət rəsmilərinin tam mənəvi haqları var. Çünki keçmiş Dağlıq Qarabağ münaqişəsinin lap əvvəlindən Türkiyə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Vətən müharibəsi günlərində də Türkiyə xalqı və dövləti Azərbaycanın yanında oldu. Qardaş ölkənin güclü mənəvi-siyasi dəstəyi Azərbaycanın özünəinam hissini artırdı və biz böyük Qələbəyə doğru irəlilədik.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

