Tarixin 31 mart günü ...
31.03.2023 [09:15]
Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur qan gölünə döndü...
Mübariz FEYİZLİ
Dinc azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilmələri, yurd-yuvalarından qovulmaları, şəhər və kəndlərimizin dağıdılması, tarixi mədəni irsimizin müxtəlif vasitələrlə öznünküləşdirilməsi, inanc yerlərimizin, məscidlərin, qəbiristanlıqların murdarlanması... Bütün bunlar ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vandalizm əməllərinin tam olmayan siyahısını təşkil edir. Sadalanan vandalizm əməlləri ermənilərin özləri barədə uydurduqları “mədəni xalq” mifinin heç bir əsası olmadığını sübuta yetirir.
Tarix boyunca xalqımızın xüsusi amansızlıqla məruz qaldığı erməni vandalizminin uzun siyahısında 31 mart soyqırımı da yer alır. 1905-1907-ci illərin bəlli hadisələrindən sonra ermənilər xalqımıza qarşı növbəti məkrli planlarını 1918-ci ilin yazında təkrarladılar. Bu dəfə onlar həmin dövrdə regionda yaranan vəziyyətə uyğun olaraq bolşevizm ideyalarından sui-istifadə etdilər. Sıralarında çoxlu sayda erməninin “lövbər” saldığı Bakı Kommunası əks-inqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı. S.Şaumyan başda olmaqla Bakı bolşevikləri daşnaqlarla birlikdə mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə, azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılıq etdiyi quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırdılar, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyalarını dağıtdılar, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etdilər.
Azərbaycanlıların soyqırımı yalnız Bakı ilə məhdudlaşmadı. Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib. Bakının küçələri, qeyd olunan bölgələr, necə deyərlər, qan gölünə qərq olunur. O dövrün mətbuatında dərc edilən statistikaya əsasən təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Şamaxıda 58 kənd dağıdılıb, 7000 insan xüsusi qəddarlıqla öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə yeksan edilib...
Sadalanan faktlardan da göründüyü kimi, 1918-ci ilin martında və sonrakı aylarda ermənilərin törətdikləri vəhşiliklərin miqyası kifayət qədər genişdir və xüsusi qəddarlığı ilə diqqəti cəlb edir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında erməni quldur dəstələrinin Azərbaycanın, demək olar ki, bütün ərazilərində qətliamlar törətdiklərinə diqqət çəkərək deyib: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur”.
31 mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verilməsi
Tarixin dərsləri nə qədər acı olsa da, biz ondan ibrət götürməliyik. Xüsusilə gənc nəsil keçmişdə xalqımızın düçar olduğu qətliamlar, soyqırımları barədə ətraflı bilgilərə malik olmalıdır. Bu, ilk növbədə, gələcəyimiz üçün, faciələrimizin təkrarlanmaması naminə zəruridir.
Bu baxımdan 31 mart soyqırımına Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə siyasi və hüquqi qiymət verilməsi mühüm tarixi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin ömrü az oldu və başlanılan işlər yarımçıq qaldı. Sovet hakimiyyəti illərində isə 1918-ci ilin yazında xalqımıza qarşı törədilən vəhşiliklər cəmiyyətə tamam başqa rakursdan təqdim edilirdi. Soyqırımının təşkilatçıları lənətlənmək əvəzinə, qəhrəmanlar kimi dərsliklərdə təbliğ edilirdilər, onlara heykəllər ucaldılır, şənlərinə mahnılar bəstələnirdi. Müstəqilliyimizin ilk illərində zorla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarı da bəhs olunan soyqırımı hadisəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Halbuki ermənilərin respublikamıza qarşı yeni ərazi iddiaları ilə çıxış etdikləri, elan olunmamış müharibəyə başladıqları bir dövrdə bu, çox vacib idi.
Xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Ötən dövrdə aşkarlanmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Xocalı soyqırımı erməni vəhşiliyinə növbəti sübutudur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu faciə dünyanın gözü qarşısında baş verib: “Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır”.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması da müstəsna önəm daşıyır. Biz yalan tarix, saxta mədəniyyət daşıyıcısı olan ermənilərin əsl simasını açıb göstərməli, onların maskalarını yırtmalıyıq. Bu istiqamətdə Prezident İlham Əliyevin ardıcıl fəaliyyəti təqdirəlayiqdir. Dövlət başçımız müxtəlif auditoriyalarda çıxışlarında tarixi ədalətin gec-tez bərpa olunacağına dərin inam ifadə edir. Prezident İlham Əliyev inamla və qətiyyətlə bildirib ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. 44 günlük müharibədə qazanılan şanlı Qələbə sayəsində biz ölkəmizin ərazi bütövlüyünü təmin etdik, işğalçıları torpaqlarımızdan qovduq. Növbəti hədəfimiz isə zamanında yurd yerlərindən - indiki Ermənistan ərazisindən zorla qovulmuş soydaşlarımızın tarixi torpaqlarımıza layiqli şəkildə qayıdışını təmin etməkdir. Xalqımızın o yerlərə güclü mənəvi bağlılığı var. Prezident İlham Əliyevin ötən ilin sonlarında Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlər üç mərhələdə deportasiyaya məruz qalmış azərbaycanlıların geri dönüşünün təmin edilməsi üçün bir növ yol xəritəsidir. Qeyd edək ki, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13

Xəbər lenti
28 May 16:11

Xəbər lenti
28 May 13:38

Siyasət
28 May 13:21

Gündəm
28 May 13:19

Xəbər lenti
28 May 12:44

Xəbər lenti
28 May 11:53

Xəbər lenti
28 May 11:46

Xəbər lenti
28 May 11:40

Xəbər lenti
28 May 11:38

Xəbər lenti
28 May 11:35

Siyasət
28 May 11:32

Gündəm
28 May 11:30

Xəbər lenti
28 May 11:28

Xəbər lenti
28 May 11:01

Gündəm
28 May 10:59

Dünya
28 May 09:10

Xəbər lenti
27 May 23:47

Xəbər lenti
27 May 22:57

Xəbər lenti
27 May 22:55

Xəbər lenti
27 May 22:15

Xəbər lenti
27 May 22:14

Xəbər lenti
27 May 22:12

Gündəm
27 May 21:29

Xəbər lenti
27 May 21:27

Xəbər lenti
27 May 20:43

Xəbər lenti
27 May 20:41

Xəbər lenti
27 May 20:38

Xəbər lenti
27 May 19:38

Xəbər lenti
27 May 18:48

Xəbər lenti
27 May 18:42

Xəbər lenti
27 May 16:34

Siyasət
27 May 16:11

İqtisadiyyat
27 May 16:08

Xəbər lenti
27 May 16:06

Xəbər lenti
27 May 16:03

Xəbər lenti
27 May 14:08

Xəbər lenti
27 May 13:29

Xəbər lenti
27 May 13:26
